Bill Qeyts boşanma səbəbini ilk dəfə açıqladı
27 illik həyat yoldaşı, "Microsoft" şirkətinin sahibi, milyarder Bill Qeytsdən boşanan Melinda Qeyts ilk dəfə bunun səbəbini açıqlayıb.
Axşam.az xəbər verir ki, Melinda "CBS Mornings"ə müsahibədə bu qərarı almaqda çətinlik çəkdiyini etiraf edib. O, bildirib ki, səbəb hər hansı böyük qalmaqaldan qaynaqlanmayıb, lakin münasibətlərində illər ərzində çoxlu fikir ayrılıqları olub.
"Bağışlamağa inanıram. Mənə elə gəldi ki, bəzi problemlərin öhdəsindən gəldik. Heç bir səbəb yox idi, lakin ayrılıq qəfil və bir anda baş vermədi. Elə bir məqama gəldim ki, kifayət qədər dözdüyümü başa düşdüm.Anladım ki, bu, sağlam münasibət deyil və buna etibar edə bilmirəm".
Bu məqamda xatırladaq ki, cütlük mehriban formada ayrılsa da sosial şəbəkələrdə bunun əsl səbəbləri haqqında şayiələr yayılmışdı. Bəziləri hesab edirdilər ki, buna səbəb Bill Qeytsin xəyanəti və onun şirkətinin işçilərinin tez-tez təqiblərə məruz qalması olub. 2021-ci ilin yazında bir neçə qadın eyni anda B.Qeytsin onlara münasibət təklif etdiyini iddia etmişdi. Bundan əlavə, Bill Qeyts azyaşlıları zorlamaqda ittiham olunan maliyyəçi Cefri Epşteynlə dost idi.
Melinda sözügedən şayiələrlə bağlı bu sözləri vurğulayıb:
"Heç bir səhv etməmişəm və başımı dik tutub yaşayıram. Qoy Bill həmin şayiələrə cavab versin. Cefri ilə dostluğa gəlincə, bunun əleyhinə idim. O, pisliyin təcəssümü olan dəhşətli bir insan idi və onunla görüşdükdən sonra uzun müddət kabuslar gördüm".
Melinda sonda boşanmasına kədərləndiyini əlavə edib:
"Eləcə bütün günü yatıb ağladığım günlər oldu. Tez-tez düşünürdüm ki, bununla necə mübarizə aparacağam, həyatıma necə davam edə biləcəyəm".
Qeyd edək ki, ikili 1987-ci ildə B.Qeytsin şirkətində - mətbuat brifinqində tanış olublar və 1994-cü ildə evləniblər. Evlilikdə onların üç övladı var - Cennifer Katarin, Rori Con və Fibi Adel. Cütlük 27 illik evlilikdən sonra 2021-ci ilin mayında ayrıldıqlarını elan edib və üç ay sonra rəsmi olaraq boşanıblar. Melinda boşandıqdan sonra da keçmiş həyat yoldaşının soyadını saxlamağa qərar verib.
Bill Melindaya şirkətlərinin bir qisminin qiymətli kağızlarını, "Microsoft"un 3 milyard dollarlıq səhmlərini verib.
"Forbes"in məlumatına görə, Bill Qeytsin sərvəti 134,1 milyard dollar, Melinda Qeytsin isə 6,2 milyard dollardır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Ramiz Mehdiyevin müsadirə olunan əmlakları - Siyahı
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı - Foto
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
Professor Adilə Abbasova vəfat etdi
Müdirlər bu şəxsləri işdən qovarsa, 5 minədək cərimə olunacaq
Ali təhsil daha əlçatan ola bilər: Təhsil kreditləri ilə bağlı TƏKLİFLƏR
Məşhur brendlər satıldıqdan sonra niyə keyfiyyətini itirir? - İQTİSADÇIDAN AÇIQLAMA
Benzin və dizel maşınları bazardan çıxarılacaq? - EKSPERT AÇIQLADI
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Kartofda normadan artıq gübrə təhlükəsi: İstehlakçılar necə qorunmalıdır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Evi kupçasız olanların DİQQƏTİNƏ: Sığorta ilə bağlı vacib məqamlar