İtkin düşən tələbə ailəsini də aldadıbmış: İlkin hazırda Polşadadır? - TƏFƏRRÜAT + FOTO

İtkin düşən tələbə ailəsini də aldadıbmış: İlkin hazırda Polşadadır? - TƏFƏRRÜAT + FOTOBir neçə gündür ki, Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin III kurs tələbəsi, idmançı İlkin Qənbərli itkin düşüb.

İ.Qənbərli sonuncu dəfə bir həftə öncə dostları ilə birlikdə olub. Onlardan ayrılandan sonra İlkindən xəbər almaq mümkün olmayıb. Onun sonuncu dəfə Yasamal rayonu ərazisində göründüyü deyilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hazırda İlkin Qənbərlinin axtarışları davam etdirilir.

Qeyd edək ki, BDU-nun yaydığı məlumatda İlkin Qənbərlinin 5 qat ölkə çempionu və bir sıra beynəlxalq turnirlərin qalibi olduğu vurğulanmışdı. Lakin Güləş Federasiyasından verilən məlumata görə, İlkin Qənbərli bu idman növü ilə məşğul olsa da, milli komandaya yüksələ bilməyib və beynəlxalq turnirlərdə qalib olmayıb.
İtkin düşən tələbə ailəsini də aldadıbmış: İlkin hazırda Polşadadır? - TƏFƏRRÜAT + FOTOModern.az saytının əməkdaşı İlkin Qənbərlinin tələbə yoldaşları ilə həmsöhbət olaraq, onunla bağlı bəzi məlumatlar əldə edib.

BDU-nun Geologiya fakültəsinin tələbələrinin sözlərinə görə, İlkin idman fəaliyyətinin qiymətləndirilmədiyini deyərək, ona göstərilən laqeyd münasibətdən narazılığını bildirib:

"Birinci kursdan onlayn dərs müddətində digər qrup yoldaşımlarım kimi İlkini də ekrandan tanımışam. O qədər də əlaqəmiz olmayıb. Əyani üsulla dərs keçməyə başladıqdan sonra münasibətimiz yarandı. Birinci kursdan idman fəaliyyətinə görə aktiv şəkildə dərslərdə iştirak edə bilmirdi, müəllimlər bunu nəzərə alırdı və qiymətlərinə güzəşt edirdi. Son 1-2 həftə ərzində xəbər aldıq ki, sən demə, idman sahəsində heç bir nailiyyəti yox imiş. Hər nə qədər bizə yalan danışsa da, onun itkin düşməsi bizim üçün üzücü xəbərdir. İtkin düşməzdən bir neçə gün öncə bizə demişdi ki, Azərbaycan Güləş Federasiyası onun nailiyyətini qiymətləndirmir, buna görə də idman və təhsilini başqa ölkədə davam etdirməyi planlaşdırırdı. Bununla bağlı ailəsilə danışdığını deyirdi".

Tələbə yoldaşlarının dediyinə görə, İlkin idman fəaliyyətini Polşada davam etdirmək və orada təhsil almaq qərarına gəlib:

"Bunu dedikdən sonra qrup yoldaşları ilə sağollaşdı. Həmin gün ən yaxın bildiyi 5-6 nəfər dostu ilə onun gedişini qeyd etdik, xeyir-dua verdik, vidalaşdıq. Bizə dedi ki, bu gecə Naxçıvana gedəcək, oradan atası Polşaya göndərəcək. Səhəri günü evdən çıxıb. Ailəsi də daxil olmaqla müəllimləri, tələbə yoldaşları ondan xəbər almayıb. Hazırda harada olması məlum deyil".
İtkin düşən tələbə ailəsini də aldadıbmış: İlkin hazırda Polşadadır? - TƏFƏRRÜAT + FOTOİlkin tələbə yoldaşlarına və müəllimlərə dünya çempionu olduğunu desə də, sonradan onun yalanı üzə çıxıb:

"Özünü yaxşı tələbə yoldaşı kimi tanıtmışdı. Dünya və Avropa çempionu olduğunu söyləyirdi. Müəllimlər ona hörmət edirdi. Sonradan, yəni itkin düşəndən sonra çempion olması barədə dediklərinin yalan olduğu üzə çıxdı. İlkin dərslərdə iştirak etməyəndə müəllimlər ona güzəşt edirdi. Sonuncu dəfə universitetdə çay içib, xeyli söhbət etdik. Sonra sağollaşaraq Polşaya gedəcəyini bildirdi.

Universitetdən çıxandan sonra bizim kirayə qaldığımız evə gəlib, yoldaşlarımıza "mən sabah Naxçıvana, oradan da Polşaya yola düşürəm. Daha idmanı orada davam etdirəcəyəm" deyib. Biz onu "20 Yanvar" metro stansiyasına yola saldıq. Sonradan ondan xəbər çıxmadı. İtkin düşdüyünü eşitdik. Ailəsi ilə əlaqə saxlayıb, nə baş verdiyini öyrənməyə çalışdıq. İlkinin atası oğlunun Polşaya gedəcəyi barədə dediklərinin yalan olduğunu söylədi. Bildirdi ki, İlkin valideynlərinə bizimlə qalacağını deyərək evdən çıxıb.

Biz onun hansı markalı maşınla və hara getdiyini araşdırdıq. Sürücünü tapdıq, onunla bu barədə danışdıq.

"Mən "20 Yanvar" metro stansiyasından "Koroğlu" metrosuna bir manatdan taksi işləyirəm. Siz onu yola salandan sonra, mənə bütün sərnişinləri düşür, sənə əlavə pul verirəm, məni "Sahil" metrosuna apar dedi" - sürücü bildirib.

Bu hadisədən sonra onunla heç bir əlaqəmiz olmayıb. Amma dəfələrlə əlaqə saxlamağa çalışmışıq".

Qrup yoldaşlarının sözlərinə görə, İlkin xasiyyətcə pis insan olmayıb, hamı ilə yaxşı ünsiyyət saxlamağa çalışıb. Lakin onun niyə yalan danışması heç kimə məlum deyil:

"Bizə deyirdi ki, guya keçən ilin fevral ayında Fransanın paytaxtı Parisdə dünya çempionu olub. Bu yaxında da Qazaxıstanın Nursultan şəhərinə gedibmiş. Sən demə, bunların hamısı yalan imiş. Mart ayının 1-də bizim dərsimiz var idi, İlkin həmin dərsdə iştirak etdi. Sonra yoxa çıxdı".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4373   Tarix: 07 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Süni intellekt indi də oğurluq etdi

"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut

21 oktyabr
.

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ

23 oktyabr
.

Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA

Saç şampunu seçərkən yalnız məhsulun markasına və qiymətinə deyil, onun tərkibinə və saçın xüsusiyyətlərinə də diqqət yetirmək vacibdir. Yanlış şampun seçimi saç dərisində quruluq, yağlanma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər. Bəs saç tipinə uyğun şampunu necə seçmək lazımdır, məhsulun tərkibindək

22 oktyabr
.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

2 yaşlı uşaq su kanalında boğuldu

Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır

22 oktyabr
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

22 oktyabr
.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

Şagirdlər hazır cavablara öyrəşir: Süni intellekt təhsilə necə təsir edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagirdlərin ev tapşırıqlarını süni intellektə həvalə etməsi onların bilik və bacarıqlarının inkişafı ilə bağlı ciddi suallar yaradır. Dərslərini müstəqil hazırlamaq, suallara cavab tapmaq üçün araşdırma aparmaq və qarşılaşdıqları çətinlikləri özləri həll etmək əvəzinə, hazır cavablardan istifadə edə

23 oktyabr
.

Xəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində

24 oktyabr