Qadın sahibkarların iqtisadiyyatda rolu artır

Qadın sahibkarların iqtisadiyyatda rolu artırDünyanın, eləcə də Azərbaycanın ictimai, sosial və mədəni həyatında, iqtisadiyyatda qadınların rolu artır.

KOBİA-dan "Qafqazinfo"ya verilən məlumata görə, 2022-ci ilin 1 yanvar tarixinə ölkəmizdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş sahibkarların 21,4%-ni qadınlar təşkil edib. Sahibkar qadınların 30,5%-i Bakıda, 10,1%-i Lənkəran-Astara, 8,8%-i Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Qadın sahibkarların əsas hissəsi xidmət (52,4%), kənd təsərrüfatı (24%) və digər sahələrdə fəaliyyət göstərirlər.

Qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətində prioritet istiqamətlərdəndir. Qadınlar biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün Agentliyin təlim, məsləhət, beynəlxalq ixtisasartırma, maliyyə resurslarına və satış bazarlarına çıxış, qrant, sərgilərdə iştirak, "kobmarket.az" ticarət portalı, daxili bazar araşdırması, "Startap" şəhadətnaməsi və s. dəstək və xidmətlərindən yararlanırlar. İndiyədək 5 qadın sahibkara qrant, 4 qadın sahibkara "Startap" şəhadətnaməsi verilib. 2021-ci ildə və cari ilin yanvar-fevral aylarında 30-a yaxın qadın sahibkarın ölkəmizdə və xaricdə keçirilmiş sərgilərdə iştirakı dəstəklənib. Ötən il Agentliyin KOB inkişaf mərkəzləri tərəfindən təşkil olunmuş təlim və məsləhət xidmətlərindən 9 minə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadınlar faydalanıb. KOBİA-nın əlaqələndiricisi olduğu beynəlxalq ixtisasartırma proqramından faydalanmış sahibkar və menecerlərin 21%-ni qadınlar təşkil edir.

Qadın sahibkarlığının dəstəklənməsi, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin araşdırılması, qadınların biznes fəaliyyətinə təşviqi və özünüməşğulluğunun təmin edilməsinə dəstək məqsədilə KOBİA bir sıra yerli və xarici təşkilatlarla da əməkdaşlıq edir. Agentlik yanında İctimai Şurada Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası fəal şəkildə təmsil olunur.

İşğaldan azad olunmuş ərazilərimizdə biznes qurmaq istəyən, eləcə də iş və xidmətlərini təklif edən sahibkarlardan indiyədək KOBİA-ya 1000-dən çox müraciət daxil olub ki, bunun 50-yə yaxını qadın sahibkarlara məxsusdur.

Ölkəmizin dayanıqlı inkişafında qadın sahibkarlığının rolunun, KOB subyektləri arasında qadınların sayının daha da artması üçün potensial böyükdür. Qadın sahibkarlar Azərbaycanın əlverişli biznes mühitindən, sahibkarlıq fəaliyyəti üçün yaradılmış imkanlardan və dövlət dəstəyi mexanizmlərindən faydalanmaqla iqtisadiyyatımıza, məşğulluğun təmin olunmasına daha çox töhfə verə bilərlər.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1041   Tarix: 08 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Neftin qiyməti 125 dolları keçdi: Daha da bahalaşa bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Neftin qiymətinin 125 dollar ətrafında olması enerji bazarında qiymətlərin bundan sonra hansı istiqamətdə dəyişəcəyi ilə bağlı sualları artırır. Qlobal bazarda tələb, təklif, geosiyasi gərginlik və hasilatla bağlı qərarlar neftin qiymətinə təsir edən əsas amillər sırasında yer alır. Bəs neftin qiymət

2 oktyabr
.

Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb

Sentyabr ayının sonlarından etibarən Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb. "Report"un Aran bürosu xəbər verir ki, bununla əlaqədar Saatlı rayonunun Fətəlikənd kəndində tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmi

2 oktyabr
.

Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək

"Bakı şəhəri 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, bu, rəqabətədavaml

26 sentyabr
.

Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb

Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl

21 sentyabr
.

Azərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 14 %-dən çox azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 485 milyon 186,02 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 252 milyon 544,42 min ABŞ dolları və yaxu

26 sentyabr
.

Azərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyə

1 oktyabr
.

Ötən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb

Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə

18 sentyabr
.

İqtisadçı ekspert vəfat etdi

İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatını

29 sentyabr
.

Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. xəbər verir ki, sözügdən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Verg

30 sentyabr