Azərbaycan qızıl bazarında vəziyyət: Qiymətlər necə dəyişəcək?
Rusiya və Ukrayna arasında baş verən hərbi əməliyyatlar birjada təkcə neft-qaz məhsullarına deyil, eləcə də qızılın qiymətinə təsir göstərir. Qızılın qiymətinin qalxması zərgərlik məmulatlarının qiymətinə necə təsir edib və bu sahədə ölkəmizdə vəziyyət necədir?
"Report"un mövzu ilə bağlı suallarını cavablandıran Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyib ki, həqiqətən də Ukraynada baş verənlərin fonunda yaşanan böhranla əlaqədar xam qızılın qiyməti son iki həftədə hissedilən dərəcədə qalxıb:
"Dünən xam qızılın bir qramının qiyməti 66 ABŞ dollara qədər qalxmışdı. İki həftə öncə isə bu qiymət 60-61 ABŞ dolları civarında idi. Sözsüz ki, bu hazırlanan zərgərlik məmulatlarının qiymətinə böyük təsir göstərir. Çünki bu məmulatlarda qiymət əsasən xammaldan asılıdır.
Başqa bir təsir isə Rusiyadan Azərbaycana kifayət qədər zərgərlik məmulatlarının idxal olması ilə bağlıdır. Doğrudur, bu əməliyyatlar zamanı yerli valyutadan (rubldan) istifadə olunduğu üçün təsir o qədər də hiss olunmur. Amma böhranın sürəcəyi dövrdən asılı olaraq təsirin səviyyəsi də dəyişə bilər".
Qarşıdakı 1-2 ay ərzində dəqiq söz deməyin mümkün olacağını açıqlayan T.Abbasquliyev hazırda Azərbaycanda qızıl bazarında hökm sürən vəziyyətə də aydınlıq gətirib:
"Bazara nəzər salsaq, qiymətlərlə bağlı belə bir bölgü görə bilərik: konkret brend altında istehsal olunan məhsulların qiyməti dəyişilməz qalır, topdan alınan qızıl məmulatlarının qiyməti isə birjaya uyğun olaraq formalaşır. 60-66 ABŞ dolları arasındakı fərq pərakəndə qiymətə təsirsiz ötüşə bilməz".
Zərgər Camal Qasımlı da hazırda qızıl bazarında qiymətlərin yüksəldiyini deyib:
"Təxminən, 3-4 gün olar ki, qiymətlər artmağa başlayıb. Qızılın qramında 3-4 manat, yəni 2 ABŞ dolları artım baş verib. Hələlik zərgərlik məmulatlarında qiymətlər eyni qalıb. Əvvəl qızılın bir qramını 85 manata satırdıqsa, indi onun dəyəri 90 manata kimi qalxıb. Amma onu hələlik 85 manata satırıq. Yəni bazar qiymətləri stabil olaraq qalır. Amma qızılın qiyməti çox qalxarsa, biz də o qiymətlə satmağa məcbur olacağıq.
Bazarda qızılın qramının qiyməti hər gün 0,60-0,90 manat qalxır".
Qeyd edək ki, Nyu-Yorkun "Comex" birjasında qızılın aprel fyuçersləri 0, 99 %, yaxud 20,25 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 2 063,55 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 1,28 % artaraq, 1 unsiyası 27,24 ABŞ dolları təşkil edib.
Rusiya və Ukrayna ətrafında cərəyan edən hadisələr fonunda investorların qızılın da daxil olduğu etibarlı aktivlərə maraq göstərməsi tələbi dəstəkləyir. Bu şəraitdə qızıl artıcıl 5 ticarət sessiyası ərzində 7 %-dən çox bahalaşıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Sentyabr ayının sonlarından etibarən Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb. "Report"un Aran bürosu xəbər verir ki, bununla əlaqədar Saatlı rayonunun Fətəlikənd kəndində tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmi
2 oktyabrBakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək
"Bakı şəhəri 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, bu, rəqabətədavaml
26 sentyabrBritaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl
21 sentyabrAzərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 14 %-dən çox azalıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 485 milyon 186,02 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 252 milyon 544,42 min ABŞ dolları və yaxu
26 sentyabrAzərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyə
1 oktyabrÖtən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb
Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə
18 sentyabrİqtisadçı ekspert vəfat etdi
İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatını
29 sentyabrBu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. xəbər verir ki, sözügdən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Verg
30 sentyabr