Azərbaycanın sabiq səfiri axtarışa verilib - FOTO
Azərbaycanın Ukraynadakı sabiq səfiri Tələt Əliyev axtarışa verilib.
Bununla bağlı məlumat Bakı Şəhər Baş Polis İdarəsinin rəsmi saytında yerləşdirilib.
Əliyev Tələt Müseyib oğlunun adı axtarışda olanların siyahısında qeyd olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) ilə axtarış elan olunub.
Qeyd edək ki, T. Əliyev 2001-2010-cu illərdə Azərbaycanın Ukraynada səfiri olub.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyində ölkəmizin Ukraynadakı Səfirliyi ilə bağlı müvafiq araşdırma aparılıb. Aparılmış araşdırmaların nəticələri ilə əlaqədar Azərbaycan Baş Prokurorluğuna müvafiq müraciət göndərilib.
Məsələ burasındadır ki, həmin dönəm Azərbaycanın Ukraynadakı səfiri olan Azər Xudiyev KİV-ə açıqlamasında Tələt Əliyevin Azərbaycanın Ukraynadakı səfiri vəzifəsində çalışan zaman (2001-2010-cu illər) 2 milyon 400 min dollar dövlət vəsaitini mənimsədiyini iddia etmiş, əlində bütün bunların hər birini sübut edən faktlar və sənədlər olduğunu bəyan etmişdi. Səfir bütün bu məsələlərlə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyini də məlumatlandırdığını söyləmişdi.
Əlavə edək ki, Tələt Əliyevin 2016-cı ildə Ukraynada 25 yaşlı model Alyona Solyaniklə evləndiyinə dair dövrü mətbuatda məlumatlar yayılmışdı./milli.az
Məqaləyə dair fotomateriallar:

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1618 Tarix: 10 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"14 ildir işlədiyim vəzifədə qalmağım üçün 2500 manat istədi" - Açıqlama
"14 ildir Neftçalanın Şorkənd kəndində kitabxanaçı işləyirəm. Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəhbəri Araz Əlizadə məndən rüşvət tələb edib, vermədikdə isə hədə-qorxu gələrək ərizə yazdırıb və işdən çıxarıb". Bu iddia ilə "Qafqazinfo"ya Neftçala rayon sakini Gülmira Zeynalov
8 mayStresslə mübarizənin ƏN EFFEKTİV yolu açıqlandı
Stresslə necə mübarizə aparmağın yolları açıqlanıb. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə psixologiya üzrə fəlsəfə doktoru və yazıçı Mixail Xors yerli mətbuata danışıb. Mütəxəssisin fikrincə, stressin iki növü var: bioloji və emosional. Xors qeyd edib ki, "Bioloji stress həyatdak
7 mayVətən Müharibəsi Qəhrəmanın xanımına rütbə verildi (FOTO)
Şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevaya leytenantı rütbəsi verilib. -ın məlumatına görə, polkovnik-leytenant, şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva bu gün Gömrük orqanlarında xidmətə yeni qəbul edilən əməkdaşların andiçməsində iştirak edənlər arasında olub. Ona bu gün leytenan
8 may"Alp Delux" şadlıq evində ətlərdə at DNT-si aşkarlandı (FOTO)
Bakı şəhəri, Nizami rayonunda fəaliyyət göstərən "Alp Delux" şadlıq evində istehlaka təqdim edilən ətlərdə at DNT-si aşkarlanıb. Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, restorana baxış zamanı obyektdə soyuq qəlyanaltıların və isti yeməkləri
7 may"Hayal Kahvesi"ndə istehlaka yararsız qida məhsulları aşkarlandı (FOTO)
Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Dənizkənarı Milli Park ərazisində fəaliyyət göstərən "Hayal Kahvesi" MMC-yə məxsus "Hayal Kahvesi" ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktları
7 mayBu şəxslər Prezidentin fərdi təqaüdünü alacaq - Siyahı
Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Prezidentinin fərd
7 mayXəlil Göyüşov camış əti aşkarlanan "Ramin-Nur"un adını dəyişdi (FOTO)
Xəbər verdiyimiz kimi, ötən ilin dekabr ayında Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Xətai rayonu, R.Bağırov küçəsi, ev 58 ünvanında yerləşən, fiziki şəxs Firdovsi Quliyevin rəhbərliyi altında fəaliyyət göstərən "Ramin-Nur" şadlıq sarayında camış ətini dana əti adı ilə təqdim edərək istehlakçılar
8 mayPensiyaçılar üçün endirim barkodu artıq "mygov" mobil tətbiqindədir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşəbbüsü ilə yaradılmış "Sosial Tərəfdaş" layihəsi çərçivəsində həssas əhali qruplarına, xüsusilə də yaşa, əlilliyə, ailə başçısını itirdiyinə görə pensiya alan şəxslərə, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, kompensasiy
8 mayAkif İslamzadə ürək əməliyyatı keçirdi: Vəziyyəti necədir?
Xalq artisti Akif İslamzadə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. xəbər verir ki, bu barədə "Teleqraf"a sənətkarın oğlu Ayxan İslamzadə məlumat verib. O bildirib ki, atası təxminən yarım saat əvvəl ürək əməliyyatı olunub:. "Atamın ürəyinə stent qoyulub. Hazırda xəstəxananın reanimasiy
8 may