Milli Məclisin son 2 ildəki fəaliyyəti ilə bağlı deputatdan AÇIQLAMA

Milli Məclisin son 2 ildəki fəaliyyəti ilə bağlı deputatdan AÇIQLAMA"VI çağırış Milli Məclis ötən iki il ərzində kifayət qədər məhsuldar və səmərəli fəaliyyət göstərib".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputatın sözlərinə görə, VI çağırış Milli Məclisin fəaliyyəti çətin dövrə təsadüf edib:

"Bilirsiniz ki, həmin dövrdə dünyanı koronavirus pandemiyası cənginə aldı. Pandemiya səbəbindən bir sıra sahələrdə məhdudiyyətlər və çətinliklər olsa da parlament fasiləsiz olaraq öz işini davam etdirdi, bir sıra vacib qanun layihələrinin geniş müzakirələrini təşkil edərək qəbul etdi. Bununla yanaşı, həm də dövlətimizin və xalqımızın maraqlarına, mənafeyinə xidmət edən mühüm dövlət sənədlərinə, məcəllə və hüquqi aktlara müvafiq dəyişikliklər edildi. Ən önəmlisi isə, VI çağırış Milli Məclisin fəaliyyətinin bir hissəsi tarixə qəhrəmanlıq salnaməsi kimi daxil olan Vətən müharibəsini əhatə etdi.

Deputatlıq fəlaiyyətimin 44 günü məhz həmin dövrə düşdüyü üçün xüsusi qürur hissi keçirirəm. Vətən müharibəsi zamanı bütün deputatlar öz fəaliyyətlərini daha da gücləndirdilər, parlament rəhbərliyi səviyyəsində, eləcə də dostluq qruplarının rəhbərləri və beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimiz xarici ölkələrdəki həmkarlarımızla fəal təmaslar qurub, bu dövrdə Bərdədə, Gəncədə və digər bölgələrdə törədilən erməni vəhşiliyini bütün dünyaya çatdırdılar. Düşünürəm ki, 44 gün ərzində və post-müharibə dövründə deputatlarımız Ermənistanın terrorçu mahiyyətini ifşa edərək Azərbaycanın ədalətli mövqeyini dünya ictimaiyyətinə çatdırarmaqla bu işin öhdəsindən də layiqincə gələ bildilər".

Deputat vurğulayıb ki, bütövlükdə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların əsas məqsədi ölkəmizin müasir dövrlə ayaqlaşmasını və Azərbaycan xalqının daha firavan yaşamasını təmin etməkdir:

"Eləcə də 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri də ölkə rəhbərinin islahat paketinin tərkib hissəsi idi. Prezidentin islahatlar paketi idarəetmənin təkmilləşməsi və sosial rifahın yaxşılaşdırılması məqsədi daşıyırdı. Seçkilərdən sonra VI çağırış Milli Məclisin strukturunda da ciddi dəyişiklik edildi və ilk dəfə olaraq, müxalifət partiyalarının nümayəndələri də parlamentdə, eləcə də komitələrin rəhbərliyində təmsil olundu. Təbii ki, burada məqsəd Azərbaycanda siyasi sistemi və dövlət-xalq birliyini daha da möhkəmləndirməkdir. Əminliklə deyə bilərik ki, 10 mart 2022-ci il tarixində demokratik əsaslara tam riayət edilməklə keçirilən növbədənkənar seçkilər əsasında formalaşan Milli Məclis cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların tərkib hissəsi kimi qanunvericilik sahəsində işini daha da gücləndirib. Bu gün hakimiyyətin hər üç qolunda - icra, qanunvericilik və məhkəmə-hüquq sistemində - həyata keçirilən təkmil islahatlar ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirir, müasir dövrün tələblərinə uyğun olaraq, müəyyənləşdirilən hədəflərin gerçəkləşməsinə öz töhfələrini verir.

Bir sözlə, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz zəfərimizin yaratdığı reallıqlar fonunda Milli Məclis dövlətimizin, xalqımızın maraqlarına, mənafeyinə xidmət edən qanunları qəbul etməklə yanaşı, həm də beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətində öz töhfələrini verməkdə davam edir. Düşünürəm ki, bundan sonra da deputatlarımız seçicilərinin onlara göstərdiyi etimada layiq olaraq, öz fəaliyyətlərini dövlətimizin və xalqımızın maraqlarına, mənafeyinə uyğun davam etdirəcəklər".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1738   Tarix: 10 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021