Caliber.Az-ın bir yaşı tamam olur! Baş redaktor Timur Hüseynov sayt və jurnalistikadakı problemlər barədə

Caliber.Az-ın bir yaşı tamam olur! Baş redaktor Timur Hüseynov sayt və jurnalistikadakı problemlər barədəCaliber.az informasiya-analitik portalının baş redaktoru Timur Hüseynov "Report"a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- İlk növbədə icazə verin, sizi təbrik edək. Çünki bu gün Caliber.az-ın bir yaşı tamam olur. Ancaq sayt üçün əlamətdar günə təsadüf etsə də, söhbət, necə deyərlər, asan olmayacaq. Suallarımız bir az sərtdir...

– Mən də bizim mehriban kollektivimizi təbrik edirəm. Bəli, əlbəttə. Üstəlik, biz sualları əvvəlcədən sizinlə razılaşdırmamışıq.

– Onda başlayaq. Sizin üçün Caliber.az nədir?

– Mənim üçün Caliber.az – ikinci evimdir. Azca düzəliş edim – işdə keçirdiyim vaxt baxımından hətta birinci evimdir (gülümsəyir – red.). Hər bir əməkdaşımız çalışır ki, sayt nəinki oxunaqlı, eləcə də hörmətli, istinad edilən mənbə olsun.

– Hesab edirsiniz ki, il ərzində bu məqsədlərə çata bilmisiniz?

– Saytı istinad edilən, sitat gətirilən mənbəyə çevirmək üçün illər tələb olunur. Can atdığımız hədəflərimiz var. Ancaq quru rəqəmlərə baxsaq, hər ay daha populyar oluruq. Saytın auditoriyası hər ay təxminən 10 faiz artır. Şəxsən mənim üçün isə daha vacib olan başqa bir məqam var - Caliber.az etibarlı brendə çevrilməkdədir. Bir çox oxucularımız mənə tez-tez yazır və deyirlər ki, əgər hansısa məlumatı bizim saytda oxuyurlarsa, onun 100 faiz reallığa uyğun olduğuna əmindirlər. Bu isə mənim üçün çox şey deməkdir. Həmçinin oxucuların bizim xəbərləri, analitik yazıları və müsahibələri bir-birlərinə göndərməsi də çox vacibdir. Bütün bunlar saytın həm peşəkarlıq, həm də oxucu auditoriyası baxımından sürətli artımına təkan verir.

– Əlinizdə olan mənbələrlə saytı irəli aparmaq elə də çətin deyil...

– Bununla mübahisə edə bilmərəm. Ancaq bizə daxil olan məlumatı düzgün təhlil etmək gərəkdir. Bundan başqa, bu və ya digər eksklüziv xəbəri dərc edərkən biz onu dəfələrlə müxtəlif mənbələrdən yoxlayırıq. Buna görə də il ərzində ciddi xətamız olmayıb. Ümid edirəm ki, bundan sonra da olmayacaq.

– Bəs niyə eksklüziv məlumatı məhz sizə verirlər? Razılaşın ki, Azərbaycanın media bazarında hazırda Caliber.Az-dan da populyar saytlar var, ancaq "qaymaqlar" niyəsə məhz sizə qismət olur.

– Məlumatı verirlər, çünki etibar edirlər, bilirlər ki, onu emal, təhlil edəcək və vaxtında dərc edəcəyik. Şəxsi əlaqələrimiz də bunda vacib rol oynayır.

– Təkcə buna görə? Sualım, ola bilər, bir az sərt olsun, ancaq Caliber.Az çox vaxt hökumət resursu, tamamilə hakimiyyətin nöqteyi-nəzərinin müdafiəçisi kimi qəbul olunur. Bu belədir?

– Caliber.Az müstəqil "Global Media Group" media holdinqinin tərkib hissəsidir. Günümüzdə bu, ölkədə ən iri media holdinqidir və hökumətə də heç bir aidiyyatı yoxdur. Biz bu nəhəng strukturun tərkib hissəsi olmağımızla qürur duyuruq. Əlbəttə, müxtəlif şayiələr həmişə olacaq, mən buna tamamilə sakit yanaşıram. Əgər daim sənin haqda nə dedikləri barədə düşünüb həyəcan keçirsən, nəticədə əsas məqsədlər arxa plana keçəcək. Bu isə bizim üçün qəbuledilməzdir. Fürsətdən istifadə edərək demək istəyirəm ki, holdinqin rəhbərliyi bizə keyfiyyətli, məhsuldar iş üçün hər bir şəraiti yaradıb. Bura həm maddi-texniki təminat, həm də müxtəlif təşkilati məsələlər daxildir.

– Geniş auditoriya üçün maraqlı olan kəskin problemlərin saytınızda az, yaxud heç işıqlandırılmaması fikri ilə razısınız?

– Razı deyiləm. Müntəzəm olaraq kəskin materiallar dərc edirik. Bizdə hətta "Məqalələrimizin izi ilə" adlı rubrika da var idi. Orada bizim materialların dərcindən sonra həllini tapan problemlərdən danışırdıq. Xüsusilə qeyd etmək istəyirəm ki, bizim kəskin sosial materiallarımız hansısa şirkətin, dövlət qurumunun, konkret şəxsin əleyhinə yönəldilməyib. Bizim üçün əsas odur ki, haqqında yazdığımız problemlər operativ qaydada, vaxtında nəzarətə götürülərək həllini tapsın. Çalışırıq ki, məqalələrimiz adi vətəndaşlarımıza fayda verə bilsin.

– Caliber.az-ın işində qarşılaşdığınız ən kəskin problem nədir?

– Birinci və yeganə problem kadrlardır. Layihənin ilk günlərindən tətbiq etdiyimiz standartlara cavab verən kadrları tapmaq çox çətindir. Düzdür, biz peşəkar və yekdil kollektiv qura bilmişik, amma yenə də kadrlara ehtiyacımız var. İşə qəbul zamanı həmişə deyirəm ki, asan olmayacaq, daha doğrusu, çətin, amma eyni zamanda maraqlı olacaq.

– Jurnalistika sahəsində işləyən biri kimi deyə bilərəm ki, sizdə iş elə də asan deyil.

– Amma həm də maraqlıdır axı.

– Maraqlıdır. Yeri gəlmişkən, hiss olunur ki, siz müəlliflər üçün bəlli çərçivələr qoymursunuz. Bu, sözsüz ki, müsbət cəhətdir.

– Bəli, biz müəllifləri zaman və ya senzura çərçivələrinə salmırıq. Ancaq işin keyfiyyəti baxımından həddən artıq tələbkarıq.

– Gəlin fərdidən ümumiyə keçək. "Media haqqında" qanuna münasibətiniz necədir? Bir çox jurnalistin bu qanuna reaksiyası birmənalı olmadı.

– Məni qanunun özündən çox, onun icrası narahat edir. Qanunun bəzi bəndlərinin yerinə yetirilməsi çox çətindir. Məsələn, axıra qədər anlaya bilmirəm ki, plagiatla mübarizə necə aparılacaq. Bu məsələ bizim KİV-lərdə kifayət qədər böyük problemdir. Eləcə də KİV-lərin daxil ediləcəyi "reyestr" məni narahat edir. Daha doğrusu, reyestrin özü yox, kütləvi informasiya vasitələrinin oraya daxil edilməsi prosesi. Ümid edirəm ki, oraya təkcə loyal mediaları daxil etməzlər, müstəqil sayt, qəzet və s.-nin hüquqlarını da qoruyarlar.

– Bayaq qeyd etdiniz ki, redaksiyanızda kadr çatışmazlığı var. Bu nə ilə bağlıdır? Təhsilin səviyyəsinin aşağı olması ilə? Gənclərin jurnalistika ilə məşğul olmaq istəməməsi ilə? Aşağı maaşla? Yoxsa başqa nəsə var?

– Problemlə ilk növbədə rusdilli redaksiyalar qarşılaşır. Özü də bu, kompleks problemdir. O, həm təhsilin səviyyəsi, həm də işə düzəlməkdə çətinlik çəkəcəklərindən ehtiyat edən gənclərin jurnalistika sahəsindən imtina etməsi ilə bağlıdır. Bir çox gənclərdə belə bir stereotip formalaşıb ki, guya jurnalistlərin maaşı çox aşağıdır. İkinci və üçüncü bəndlər barədə abituriyentlər heç düşünməsinlər. Savadlı jurnalistə tələbat həmişə var. Fürsətdən istifadə edərək jurnalistlərə, o cümlədən bu sahədə yeni başlayanlara, həmçinin jurnalistika fakültəsinin 4-cü kurs tələbələrinə səslənirəm: bizim [email protected] elektron ünvanına öz CV-lərinizi göndərə bilərsiniz. Biz jurnalistlər, redaktorlar, tərcüməçilər, SMM-lər ilə qarşılıqlı faydalı əməkdaşlığa hazırıq.

– Yeri gəlmişkən, SMM barədə danışaq. Caliber.az-ın "Facebook" və "Telegram"da populyar səhifələri var. Bu istiqaməti tənzimləmək çətindir?

– Bəli, səhifələrimiz, gerçəkdən, populyardır. Sonuncu nümunələrdən birini deyim. Ukraynada hərbi əməliyyat başlayandan sonra "Facebook"dakı səhifəmizə bir video yüklədik. İki gün ərzində həmin videoya iki milyondan çox baxış oldu. Yerli səhifələr üçün bu, çox yaxşı göstəricidir. "Telegram" kanalımıza gəldikdə isə, o, ümumiyyətlə, ayrı mövzudur. Bir çox xəbərlər, eksklüziv məlumatlar məhz bu kanalda daha tez dərc olunur. Hazırda kanalın abunəçilərinin sayı 30 mindən çoxdur. "Telegram" kanalının admini onu gözəl idarə edir, operativdir, dəqiqdir, paylaşımlara özünəməxsus yumorunu da qatır. Ancaq "Telegram" kanalımızdan savayı, onun başqa vacib işləri də var. Ona görə də bayaq qeyd elədim ki, bu sahədə peşəkar olan şəxsləri məmnuniyyətlə işə götürərik. Ölkədə və dünyada baş verənləri dəqiq və operativ işıqlandıra bilən insanlarla əməkdaşlıq edərik.

– Bu yaxınlarda saytın erməni dilində versiyası yaradıldı. Erməni versiyasının işə salınması nə qədər məntiqidir, axı hələ də Azərbaycan dilində versiyanız yoxdur?

– Bilirsiniz, məsələ hazırda layihənin qarşısında duran məqsədlərlə bağlıdır. Azərbaycandilli KİV bazarı bu gün dolub-daşır. Bizim müəllif materiallarının çoxu da holdinqin digər layihələri tərəfindən Azərbaycan dilinə tərcümə edilib yayılır. Rusdilli, eləcə də ermənidilli seqmentdə isə müəyyən boşluqlar var. Məhz buna görə də həmin istiqaməti aktiv surətdə inkişaf etdiririk. Ancaq gələcəkdə saytın digər dillərdə versiyalarının olacağını da istisna etmirik. Bununla yanaşı, layihənin texnoloji tərəfini də inkişaf etdiririk. Ötən ilin avqustunda saytın tam yenilənmiş versiyasını işə saldıq, ilin sonunda isə Caliber.Az-ın Android əməliyyat sistemi üçün tətbiqini təqdim etdik. Ən yaxın vaxtda tətbiqin iOS-da da işə düşəcəyi planlaşdırılır.

– Bəs bir il sonra Caliber.az-ı necə görürsünüz?

– Əvvəlcədən deyə bilmərəm, ancaq saytımızın Azərbaycan KİV-ləri arasında layiqli yer tutması üçün əlimizdən gələn hər şeyi mütləq edəcəyik. Caliber.Az-ın hər bir əməkdaşına – Bəhram Batıyevə, Cəmil Bayramova, Spartak Həsənova, Samir Dadaşova, Timur Rzayevə, Xəzər Axundova, Fuad Şərifzadəyə, Məlik Məhərrəmova, İsmət Mirbabayevə, Tamilla Məmmədovaya, Mətanət Nəsibovaya, Tamilla Səncaplıya, Hüseyn Səfərova, Gülzar Quliyevaya, Həsən Ağacanova, Vladimir Todoseyçuka, Firudin Cavanşirə, Süleyman Kalimullinə, Sara İsrafilbəyovaya, Rahilə Əkbərliyə - hər gün bu layihəni daha da yaxşı etdiklərinə görə minnətdarlığımı bildirirəm. Holdinqin rəhbərinə bizə göstərdiyi etimada görə təşəkkür edirəm. Bundan sonra da işimizi dəqiq, düzgün və keyfiyyətli davam etdirməyə çalışacağıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1146   Tarix: 10 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib

"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"

22 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları

Bakıda yerləşən gözəllik salonundan müxtəlif kosmetik və saç baxımı avadanlıqları, eləcə də idman ayaqqabısı oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb. Qaynarinfo xəbər verir ki, iş materiallarına görə, hadisə 2026-cı ildə, gecə saat 02:00 radələrində Bakı şəhərinin Nizami rayonunda, Tofiq Abbasov küçəsind

22 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə kərə yağının qiymətində artım müşahidə olunur. Alıcılar bəzi məhsulların əvvəlki qiymətlərlə müqayisədə bir neçə manat bahalaşdığını bildirirlər. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan yağların qiymətində artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyab

22 oktyabr
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21 oktyabr
.

Azərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu

Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl

22 oktyabr
.

Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl

21 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr