"Qayınatam dedi ki, mən bacarmıram artıq, arvadını öldür"

"Qayınatam dedi ki, mən bacarmıram artıq, arvadını öldür"Bakıda illərlə əri tərəfindən döyülən, sonda isə öldürülən Sevinc Məhərrəmovanın qətli ilə bağlı məhkəmə araşdırmaları davam edir.

"Qafqazinfo" xəbər verir ki, Bakı ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhumun atası Yalçın Məhərrəmov ifadə verib.

O bildirib ki, qızı ailə qurandan sonra həmişə ərindən narazılıq edib: "Ailə qurandan 3 ay sonra narazılıqlar başladı. Tez-tez mübahisələri olurdu, qızımı döyürdü. Evləri şəraitsiz idi. Bu da söz-söhbətlər yaradırdı. Axırıncı dəfə oğlan polisə verilmişdi. Yəqin ki, ona görə öldürüb qızımı. Qızım qətlə yetiriləndə rayonda idim, toya getmişdim. Zəng vurdular ki, qızını öldürüblər".

Sevinci öldürən əri Füzuli Qarayev isə qayınatasını yalan danışmaqda ittiham edib: "Mən yoldaşımı heç vaxt döyməmişəm. Ailə qurandan 4 ay sonra qaçıb getmişdi atası evinə. Dedi darıxıram, bir müddət sonra qayıtdı. Amma sonradan yenə xəbərsiz çıxıb gedirdi. Bir neçə dəfə evdən qaçmışdı. Sonuncu dəfə axtardım, tapmadım. Qayınatamı da çağırdım ki, gəl axtaraq, amma tapa bilmədik. Qayınatam dedi ki, mən bacarmıram artıq öldür, mənim üçün o qız ölüb. Mən də dedim, "mən niyə öldürürəm?!"

Fotoda: Döyüləndən sonra Sevinc Məhərrəmovanın vəziyyəti
"Qayınatam dedi ki, mən bacarmıram artıq, arvadını öldür"Mərhumun anası Mətanət Məhərrəmova da həmişə qızının evində dava olduğunu bildirib: "Bu, bizi uşaqlarla qorxudurdu ki, gəlməsə, uşaqları öldürəcəyəm. Qızım qaçıb ya bizə gəlirdi, ya xalasıgilə. Deyirdi ki, kanalizasiya tutulduğuna görə məni döyüb. Mənə çox söz demirdi, bacıları ilə danışırdı, dərdini onlara deyirdi. Sığınacağa getməyini bilirdim. Axırıncı dəfə mart ayında pis döyülmüşdü, bədəni gömgöy idi. Bir neçə gün bizdə qaldı. Mən dedim apar uşaqları qaytar, özün getmə. Dedi yox, mən uşaqlara görə getməliyəm. Füzuli ona nə dedi, nə demədi, başını bişirdi, qız da getdi. Gedəndən 10 gün sonra da öldürdü".

Mərhumun anası qızının feministlərə (Qadın hüquq və azadlıqlarını, bərabərliyini təbliğ edən sosial hərəkat) qoşulması səbəbindən əri tərəfindən öldürülməsi xəbəri haqda da danışıb: "Feministlər qızıma köməklik edirdilər. Onun ailə problemini həll etmək istəyirdilər. Qızım feministlərə qoşulub pis yola getməyib ki? Onlar hamısı qadınlar idi, kişilər yox".

Füzuli Qarayev isə feministlərin onun həyat yoldaşını yoldan çıxardığını iddia edib: "Mənim həyat yoldaşımı xalası qızı yoldan çıxarıb feministlərə qoşdu. Qayınanam öz qızını oğurluğa vadar edib. Yoldaşım feministlərə qoşulandan məni saymırdı, qətlin səbəbi də budur".

Fotoda: Füzuli Qarayev
"Qayınatam dedi ki, mən bacarmıram artıq, arvadını öldür"Ailənin qonşusu Əli Həmidov da şahid qismində ifadə verib: "Füzuli həyat yoldaşını qətlə yetirəndən sonra bizə gəldi, əl-üzünü yuyandan sonra polisə zəng vurdu ki, yoldaşımı qətlə yetirmişəm. Tez-tez gəlib bizdən soruşurdu ki, Sevinc sizə gəlməyib? Deyirdi ki, evdə yoxdur, qaçıb feministlərə qoşulub. Onların yanına qaçır tez-tez. 10 ildir ki, Füzulini qonşu kimi tanıyıram. Get-gəlimiz var idi. Amma evlərində problem olmasını bilmirdim. Füzulini də ömrü boyu dava edən görməmişəm. Qonşulardan heç kim ondan şikayət etməyib".

Proses martın 30-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin yayında baş verib. Sevinc Məhərrəmova ilə əri arasında münaqişə yaranıb və Füzuli Qarayev arvadının aralarında yaranmış mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib. Oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadını qətlə yetirib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 8627   Tarix: 10 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video

Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c

6 avqust
.

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca

3 avqust
.

Qadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir

Ağdaşda ana-oğul bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib. Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşlar

24 avqust
.

Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib. xəbə

16 sentyabr
.

Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi

Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i

15 sentyabr
.

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı

Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili

31 avqust
.

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl

4 sentyabr
.

Havvaxanım Rüstəmovaya hökm oxundu

"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd

16 sentyabr
.

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI

Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad

28 avqust