Yaralı azərbaycanlılar Xarkovda köməksiz qalıblar: "Maşından düşürüb ikimizi də güllələdilər" - FOTO

Yaralı azərbaycanlılar Xarkovda köməksiz qalıblar: "Maşından düşürüb ikimizi də güllələdilər" - FOTOMasallı rayon Ərkivan kənd sakini 1980-ci il təvəllüdlü Bayramov Yusif və Masallı rayon Hışqədərə kənd sakini 1982-ci il təvəllüdlü Tahirov Samir Ukraynanın Xarkov şəhərində güllə yarası alıblar və hazırda şəraiti olmayan xəstəxanadadırlar. Onların vəziyyəti çox acınacaqlıdır. Vətənə qayıtmaq üçün kömək istəyirlər.

Bu barədə Bakupost.az-a Bayram Yusifov danışıb.

Onun sözlərinə görə, hazırda qaldıqları xəstəxanada vəziyyət çox acınacaqlıdır:

"Fevralın 21-də biz böyük maşınla Moldovaya mal aparmışdıq. Yükü təhvil verəndən sonra Xarkova qayıtdıq. Orada yenidən maşına şirniyyat yükləyib Azərbaycana qayıtmalı idik. Həmin gün maşına heç bir şey yükləyə bilmədik, dedilər sabaha qaldı. Bir neçə saat sonra telefona mesaj gəldi ki, bəs sərhəddə atışmalar başlayıb. Mən növbəti gün Rusiya-Ukrayna sərhədinə doğru yol aldım. Həmin vaxt orada olan əsgərlər üstümüzə hücum etdilər, daha sonra maşını yoxladılar və dedilər ki, icazə yoxdur, sizi buraxa bilmərik.

Biz dedik ki, biz azərbaycanlıyıq və boş maşındı icazə verin gedək. Yenə də icazə vermədilər. İki gün sərhəddə qaldıq. Daha sonra bildirdilər ki, burada qalmağın mənası yoxdur, qayıdın, özünüzə yol axtarın. Fevralın 27-də biz geri qayıdarkən Xarkov körpüsünü keçmək istəyəndə atışma başladı. Həmin vaxt bir neçə maşını partlatdılar, amma biz çıxa bildik. Daha sonra bizi mühasirəyə aldılar və məcbur maşından yerə düşdük. Üç metr arada məsafə olmaqla məni qarın nahiyəmdən, Tahirov Samiri isə ayağından vurdular. Biz onlara dəfələrlə dedik ki, Azərbaycan vətəndaşıyıq və müharibəyə düşəcəyimizi bilmirdik. Amma heç kim bizi eşitmirdi. Vurandan sonra təcilli yardım çağırıb bizi tibb məntəqəsinə göndərdilər".

Y.Bayramovun sözlərinə görə, hazırda onlar tibb məntəqəsində çox ağır vəziyyətdədirlər:

"Hazırda Xarkovda 4 saylı təcilli yardım məntəqəsində çox pis vəziyyətdəyik. Başa düşürük ki, müharibə şəraitidir, amma xahiş edirik dövlətimiz, səfirliyimiz bizim səsimizi eşitsin. Hazırda güllə yaramız var və heç bir köməklik yoxdur. Artıq 10 gündən artıqdır biz buradayıq. Heç bir səfirliklə əlaqə saxlaya bilmirik. Dövlətimizdən xahiş edirik ki, bizi buradan çıxarsınlar. Hər yerdə atışma və güllə səsləri eşidilir".
Yaralı azərbaycanlılar Xarkovda köməksiz qalıblar: "Maşından düşürüb ikimizi də güllələdilər" - FOTOYaralı azərbaycanlılar Xarkovda köməksiz qalıblar: "Maşından düşürüb ikimizi də güllələdilər" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1664   Tarix: 10 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib

"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"

22 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları

Bakıda yerləşən gözəllik salonundan müxtəlif kosmetik və saç baxımı avadanlıqları, eləcə də idman ayaqqabısı oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb. Qaynarinfo xəbər verir ki, iş materiallarına görə, hadisə 2026-cı ildə, gecə saat 02:00 radələrində Bakı şəhərinin Nizami rayonunda, Tofiq Abbasov küçəsind

22 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə kərə yağının qiymətində artım müşahidə olunur. Alıcılar bəzi məhsulların əvvəlki qiymətlərlə müqayisədə bir neçə manat bahalaşdığını bildirirlər. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan yağların qiymətində artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyab

22 oktyabr
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21 oktyabr
.

Azərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu

Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl

22 oktyabr
.

Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl

21 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr