Ukraynadan Bakıya təxliyə olunan azərbaycanlı həkim DANIŞDI - VİDEO
"Ukraynada bütün ölkəni bürüyəcək müharibənin olacağını heç gözləmirdik".
Bunu "Report"a açıqlamasında Ukraynadan Bakıya təxliyə olunan azərbaycanlı həkim, Azərbaycan Diasporu Gənclər Təşkilatının üzvü Orxan Nəzəroğlu deyib.
Fevralın 24-ü müharibə xəbəri ilə oyandıqlarını bildirən O.Nəzəroğlu Ukraynadakı vəziyyəti Qarabağda, Suriyada və digər ölkələrdə yaşanmış dəhşətli müharibələrə bənzədib:
"Gözümüzü bomba və atışma səsləri ilə açdıq. Rus ordusu paytaxt Kiyevə qədər daxil oldu. Nə edəcəyimizi bilmirdik. Ölkə ərazisində fövqəladə vəziyyət elan edildi. Təsəvvür edin, bir anın içərisində marketlərdə böyük izdiham yaşandı. Gecə saatlarında atışmalar daha güclü olurdu, yaşadığım ev Kiyevin mərkəzində olduğundan həmin mənzərənin daha yaxından şahidi oldum. Evimin bir tərəfində "Julian" hava limanı, digər tərəfində isə Kiyevin mərkəzi dəmiryol vağzalı yerləşir. Eyni zamanda, yaxınlıqda hərbi baza da vardı. Ona görə də partlayan bombaların və atışmaların səsi rahatlıqla eşidilirdi".
O.Nəzəroğlu 1 500 illlik tarixi olan şəhərin yerlə-yeksan olunmasının dəhşətli olduğunu bildirib:
"İllərdir Ukraynada yaşayırıq, mən orada üz və çənə cərrahiyyəsində həkim kimi fəaliyyət göstərirdim. Daha doğrusu, həyatımızı artıq orada qurmuşduq. İndi yaşadığımız ölkənin darmadağın edilməsi bizim üçün sözün həqiqi mənasında ürəkağrısıdır".
Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədən indiyədək ümumilikdə, 5 000-dən çox vətəndaşımız və onların ailə üzvləri Azərbaycana təxliyə olunub.
Daha ətraflı videomaterialı təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1976 Tarix: 10 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"
22 oktyabrSalyanda ağır qəza, ölən var - Video
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə
23 oktyabrMetronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni
23 oktyabr"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21 oktyabrAzərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu
Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl
22 oktyabrBakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl
21 oktyabrYasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar
Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki
23 oktyabr