Rusiya-Ukrayna müharibəsi Azərbaycanın turizm sektoruna necə təsir edəcək?

Rusiya-Ukrayna müharibəsi Azərbaycanın turizm sektoruna necə təsir edəcək?"Rusiya-Ukrayna müharibəsindən Azərbaycanın turizm sektoru müəyyən mənada zərər çəkəcək".

Sonxeber.az xəbər verir ki, bunu "report"a açıqlamasında müharibənin turizm sektorumuza təsirini şərh edən "Azərbaycan Turizm Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib.

"Müharibədən istifadə edilməlidir"

Bununla belə, o hesab edir ki, bu müharibədən maraqlar naminə istifadə edilməlidir:

"Böhranı fürsətə çevirmək çalışdığımız sahə üçün vacib amildir. Hazırda Rusiyadan Azərbaycana və Azərbaycandan Rusiyaya uçuşların dayandırıldığı bir şəraitdə biz digər ölkələrdən turistlərin gəlməsinə yol aça bilərik. Koronavirus (COVID-19) pandemiyası səbəbindən Azərbaycanın quru sərhədləri qapadılıb və yalnız hava sərhədləri mərhələli şəkildə açılır.

Hazırda 82 ölkə ilə, o cümlədən İranla hava sərhədimiz açıqdır və bu, Novruz bayramında qonşu ölkədən Azərbaycana turist axınına səbəb olacaq. Biz onların sayının artması üçün çalışmalıyıq.

Düşünürəm ki, hazırda yerinə yetirilməli işlərdən biri quru sərhədlərin açılmasıdır. Tövsiyə və arzu edərdik ki, qonşu ölkələrlə olan quru sərhədlər açılsın və bununla ölkəyə gələn turistlərin sayını artıra bilərik. Çünki yaxın ölkələrdən Azərbaycana səfər etmək istəyənlərin sayı çoxdur və quru sərhədlərin açılması onlara imkan yaradacaq ki, öz şəxsi nəqliyyat vasitələrindən istifadə etməklə ölkəmizə gəlsinlər.

Bir məsələni də vurğulamaq istəyirəm ki, pandemiya şərtləri yumşaldılandan bəri ərəb turistləri daha çox Ukraynaya axın etmişdi. İndiki vəziyyətdə isə onlar uzun müddət bu ölkəyə səfər edə bilməyəcəklər.

Bu baxımdan düşünürəm ki, həmin ərəbləri öz ölkəmizə cəlb edə bilərik. Çünki ərəb turistlər bahalı seqmentə aid turistlər hesab edilir və böyük gəlir gətirib iqtisadiyyatlara xeyir verə bilirlər. Bunun üçün isə təbliğat işlərini sürətləndirmək lazımdır.

Məncə, Azərbaycanın "Dubai Expo 2020" sərgisində iştirakı da imkan yaradacaq ki, ölkəmiz yenidən həmin turistləri qazana bilsin.

Rusiya ilə uçuşların müvəqqəti olaraq təhlükəsizlik səbəbindən bağlandığını düşünürəm, hesab edirəm ki, tezliklə müharibə bitəcək, yenidən rusiyalı turistlərin ölkəmizə gəlməsinə şərait yaranacaq. Nəzərə almalıyıq ki, onlar əsasən tarixi mədəni ərazilərə, sağlamlıq və çimərlik turizmi ilə bağlı yerlərə səfər etməyi sevir. Ölkəmizdə isə onları maraqlandıracaq çoxlu turistik yerlər mövcuddur", - deyə o qeyd edib.

"Turizm şirkətləri müharibədən əziyyət çəkir"

Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərindən birinin rəhbəri Aqil Ağalarov isə bildirib ki, ABŞ və Avropa ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalardan dolayısı ilə əziyyət çəkirlər:

"Xüsusilə Rusiya istiqamətində uçuşların ləğvi turizm şirkətlərini çıxılmaz vəziyyətdə qoyub. Özünə turistik zona kimi Azərbaycanı seçənlər ola bilər, amma bunun nə qədər olacağını zaman göstərəcək. Ərəb ölkələrindən turist axını gözləyirik, amma hazırkı dövrə qədər bu baxımdan da ciddi irəliləyiş yoxdur.

Pandemiya səbəbindən qapanmaların olması ölkə daxilində turizm üçün heç də əlverişli olmayan imkanlar açıb. Düzdür, son yumşalmalar imkan verir ki, sektorda canlanma olsun. Amma əvvəlki illərə nisbətən bu canlanma az olacaq".

Xatırladaq ki, 2021-ci ildə Azərbaycana 792 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, bunun da 32,6%-i və yaxud 258 mini Rusiyadan daxil olub. 2020-ci illə müqayisədə ölkəmizə Rusiyadan gələnlərin sayı 14,7% artıb.

Ötən il Azərbaycandan xaricə getmiş şəxslərin sayı isə 975 min nəfər olub ki, bunun da 24,3%-i və yaxud 237 mini Rusiyaya üz tutub. Bu isə əvvəlki ilə nisbətən 7,8% çoxdur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1362   Tarix: 11 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib

"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"

22 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları

Bakıda yerləşən gözəllik salonundan müxtəlif kosmetik və saç baxımı avadanlıqları, eləcə də idman ayaqqabısı oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb. Qaynarinfo xəbər verir ki, iş materiallarına görə, hadisə 2026-cı ildə, gecə saat 02:00 radələrində Bakı şəhərinin Nizami rayonunda, Tofiq Abbasov küçəsind

22 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə kərə yağının qiymətində artım müşahidə olunur. Alıcılar bəzi məhsulların əvvəlki qiymətlərlə müqayisədə bir neçə manat bahalaşdığını bildirirlər. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan yağların qiymətində artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyab

22 oktyabr
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21 oktyabr
.

Azərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu

Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl

22 oktyabr
.

Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl

21 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr