"İlham Əliyev təkcə qalib gəlmir, həm də "qrossmeyster dərsləri" verir"

"İlham Əliyev təkcə qalib gəlmir, həm də "qrossmeyster dərsləri" verir""Araz çayı üzərində yeni 4 körpünün tikiləcəyi barədə xəbər təkcə gündəmi dəyişmədi, regionun həyatını dəyişəcək hadisələrin başlanğıcı oldu".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Deputat qeyd edib ki, illərlə Babəkin kəsik qolları kimi yarası sızıldayan Xudafərinə baxıb, Araz çayına ayrılıq nəğmələri oxumaq zorunda qalan bizlər indi dostluq, qardaşlıq körpülərinin açılmasının şahidləri və iştirakçıları kimi xoşbəxtik:

"1992-ci ilin mayında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Araz çayı üzərində tikilən "Ümid körpüsü" o illərdə Naxçıvanı aclıqdan və fəlakətdən xilas etmişdi. 30 il sonra isə cənab Prezident İlham Əliyevin səyləri ilə Araz çayı üzərində yeni 4 körpüdən ibarət yol- kommunikasiya qovşağının qurulması Naxçıvanı Azərbaycanla birləşdirməklə yanaşı, 3 qonşu müsəlman dövlət olan Azərbaycan, İran və Türkiyə arasında birliyin daha da möhkəm həlqəsi kimi əhəmiyyətlidir.

Azərbaycan hökuməti ilə İran hökuməti arasında yeni kommunikasiya əlaqələrinin yaradılması barədə sazişin imzalanması böyük siyasi, iqtisadi, loqistik əhəmiyyətə malik tarixi hadisədir.

Azərbaycan Respublikasının Prezindenti cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə apardığı çevik xarici siyasət, diplomatik manevrlər bölgədə davamlı və möhkəm sülhün yaranmasına, yeni və faydalı əməkdaşlıq imkanlarının reallaşmasına yönəlik nəticələr verməkdədir.

Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü "3+3" formatında əməkdaşlıq platforması bölgəmizdə yeni siyasi-iqtisadi mənzərə yaradan uğurlu layihə kimi əhəmiyyətlidir. Bu layihənin reallaşması üçün bölgə dövlətləri arasında qarşılıqlı etimada və etibara əsaslanan ikitərəfli və çoxtərəfli sazişlərin və müqavilələrin böyük əhəmiyyəti var.

2021-ci ilin 15 iyununda Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladıqları tarixi Şuşa Bəyannaməsinin və bu ilin fevralında Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Moskvada bağlanmış müttəfiqlik səviyyəsində əməkdaşlıq Müqaviləsinin ardınca 11 mart 2022-ci il tarixində Bakıda Azərbaycan və İran hökumətləri arasında yeni nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması haqqında Sazişin imzalanması bölgə həyatına yeni perspektivlər vəd etməkdədir".

Deputat vurğulayıb ki, cənab İlham Əliyevin ideyası olan Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən loqistik layihə deyil, Türk dünyası arasında 102 il əvvəl pozulmuş coğrafi bağlantının, eləcə də pozulmuş tarixi ədalətin bərpası kimi böyük missiyanın reallaşması olacaq:

"Təəssüf ki, Ermənistanın destruktiv siyasi mövqeyi Zəngilan-Mehri-Ordubad yolunun və kommunikasiya xəttinin açılmasını artıq il yarımdır ki, ləngidir.

Əslində, Ermənistan öz aləmində Zəngəzur dəhlizi kartından Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmək istəyir. Lakin bu uğursuz ölkədə unudurlar ki, kommunikasiya xətlərinin açılması məsələsi Ermənistanın kapitulyasiya aktı kimi imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb və Ermənistan göyə də çıxsa, yerə də girsə, bu layihə gec-tez reallaşacaq. Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, yaxşı olar ki, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəsinə düşən vəzifələri könüllü surətdə yerinə yetirsin, əks halda biz Ermənistanı buna məcbur edəcəyik.

İstənilən halda, Azərbaycan dövləti böyük siyasi iradə nümayiş etdirərək, kommunikasiya dəhlizlərinin yaranmasında aparıcı rolunu ortaya qoydu və yenə də Ermənistanın iqtisadi gərəksiz, loqistik dalana düşmüş bir durumu göz önündədir.

Əgər Ermənistan indiyədək bir Zəngəzur dəhlizini açmaq istəmirdisə, indi iki Zəngəzur dəhlizi - Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu İran ərazisindən keçməklə Naxçıvanla birləşdirən Cənub Zəngəzur Dəhlizi və yaxın vaxtlarda mütləq reallaşacaq Zəngilan-Mehri-Ordubad istiqamətini nəzərdə tutan Şimal Zəngəzur Dəhlizi - reallığı ilə barışmaq zorundadır.

Cənub Zəngəzur Dəhlizi Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında avtomobil, dəmir yolu, elektrik, qaz, rabitə xətləri əlaqəsinin yaranmasını təmin etməklə yanaşı, Azərbayacan, İran və Türkiyənin dövlət maraqlarının daha sıx inteqrasiya olunmasına xidmət edəcək.

Bu həm də, bölgənin 3 müsəlman dövlətinin həyatında yeni mərhələnin başlanması deməkdir. Zəngilanın Ağbənd qəsəbəsindən körpülər vasitəsi ilə İran ərazisinə keçən yeni kommunikasiya xətti Ermənistanın dövlət sərhədinə 5 km məsafədən olmaqla təxminən 55 km İran ərazisindən keçərək Ordubada daxil olacaq. Yaxın gələcəkdə qardaş Türkiyə də "Ümid Körpüsü" üzərində Qars-Naxçıvan dəmir yolu tikərək Zəngəzur dəhlizinə qoşula biləcək. Bu saziş həm də Ermənistanı yenidən düşünməyə, 10 noyabr üçtərəfli bəyanatda nəzərdə tutulan kommunikasiya xətlərinin açılmasına, süni maneələrin aradan qalxmasına təkan verəcək".

Deputat söyləyib ki, Ağbənd-Mehri-Ordubad dəhlizinin (biz bu yola Şimal Zəngəzur Dəhlizi deyə bilərik), eləcə də Laçın-Sisyan-Şahbuz avtomobil yolunun da açılması ilə daha çox alternativlərimiz və manevr imkanlarımız yaranacaq:

"Bu dəhlizlər vasitəsi ilə gələcəkdə gündoğan Asiyadan günbatan Avropaya (və əksinə) yük və sərnişin daşınması, eləcə də qaz və neft boru xətləri çəkməklə Azərbaycan, İran, Türkmənistan, Qazaxıstanın karbohidrogen ehtiyatlarının Avropa ölkələrinə nəqli, turizm imkanlarının və mədəni əlaqələrin genişlınməsi mümkün olacaq. Araz çayı üzərindəki 5 körpüdən qatar, avtobus, fərdi minik maşınlarında milyonlarla insan Azərbaycanın, İranın və Türkiyənin müxtəlif bölgələrinə səfərlər edəcək. Hər sərnişin bu körpülərdən keçəndə Araz çayına bir gül atarsa, doğrudan da Araz dəstə-dəstə gül ilə axa biləcək!

Çox zaman siyasəti şahmata bənzədirlər. Bəlkə də ona görə ki, şahmat digər oyunlardan daha çox intellektual potensial, ağıl, çeviklik, uzaqgörənlik, ən əsası isə iradə və psixoloji möhkəmlik tələb edir. Şahmatda və siyasətdə səhv etdinsə, uduzacaqsan. Ən az səhv edən müdriklərdir. Siyasətdə digər güclərdən və alətlərdən daha çox müdriklik qalib gəlir. Şahmatda mahir və müdrik oyunçu birinci, yaxud ikinci gedişlə başlamasından asılı olmayaraq qalib gəlir. Eynən siyasətdə olduğu kimi. Cənab İlham Əliyev artıq neçə illərdir ki, bölgədə və dünyada siyasi gedişini edir və qalib gəlir. Mahir siyasətçi üçün də ağ və qara fiqurlarla gediş etməyin fərqi yoxdur! Şahmat taxtası 64 xanadan ibarətdir, bu xanalar üzərində 32 fiqurun mübarizəsi gedir, milyonlarla kombinasiyalar oynanılır. Gör dünya taxtası nə boydadır, bu taxtanın nə qədər oyunçusu var, hələ fiqurlarının sayını demirəm! Hər qələbə ədalətli sayılmaz. Yalnız güclü və ədalətli olan əbədi qalibdir. İlham Əliyev təkcə qalib gəlmir, həm də "qrossmeyster dərsləri" verir".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3113   Tarix: 12 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib

"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"

22 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları

Bakıda yerləşən gözəllik salonundan müxtəlif kosmetik və saç baxımı avadanlıqları, eləcə də idman ayaqqabısı oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb. Qaynarinfo xəbər verir ki, iş materiallarına görə, hadisə 2026-cı ildə, gecə saat 02:00 radələrində Bakı şəhərinin Nizami rayonunda, Tofiq Abbasov küçəsind

22 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə kərə yağının qiymətində artım müşahidə olunur. Alıcılar bəzi məhsulların əvvəlki qiymətlərlə müqayisədə bir neçə manat bahalaşdığını bildirirlər. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan yağların qiymətində artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyab

22 oktyabr
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21 oktyabr
.

Azərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu

Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl

22 oktyabr
.

Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl

21 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr