Rusiyaya qarşı sanksiyaların Azərbaycanda dərman bazarına təsiri necə olacaq?
Ukraynada müharibənin başlaması Rusiyaya qarşı sərt beynəlxalq sanksiyaların tətbiqinə səbəb oldu. Nəticədə Rusiyanın əczaçılıq şirkətlərinin xammal qıtlığı ilə üzləşəcəyi irəli sürülür. Hərçənd bu sahəyə qarşı birbaşa sanksiyalar tətbiq olunmasa da, logistika zəncirlərinin pozulması artıq müəyyən fəsadlar doğurmağa başlayıb. Belə ki, Avropadan lazımi inqedientlərin tədarükü dayandırılıb, Çin və Hindistandan olan tədarük zəncirləri də problemlərlə üzləşir. Belə bir vəziyyətdə Rusiya əlində olan ehtiyatlarını daxili ehtiyacına yönəltmək məcburiyyətindədir.
Belə olan halda Rusiyaya qarşı sanksiyalar nəticəsində yaranmış vəziyyətin Azərbaycandakı dərman bazarına təsiri necə olacaq? Qiymət artımı, yaxud dərman qıtlığı gözlənilirmi?
İqtisadi ekspert Xalid Kərimli bildirib ki, Rusiyanın hava məkanı 36 ölkənin üzünə bağlandığı üçün ciddi qiymət artımı baş verə bilər: "Əczaçılıq şirkətləri birgə işləyir. Ayrı-ayrı dərman üçün istifadə olunan maddələr müxtəlif ölkələrdə hazırlanır. İndi də bunların daşınma yolları dəyişdiyi üçün çətinlik yaranır".
Ekspertin fikrincə, Avropa ölkələrindən Rusiyaya əczaçılıq məhsullarının ixracatına qoyulan məhdudiyyətlər üzündən dərmanlar bahalaşacaq. Digər tərəfdən müharibə getdiyi Ukraynanda da iqtisadiyyat dərin durğunluğa düçar olub: "Ukrayna dünya əczaçılıq sənayesində elə də mühüm yer tutmur".
Onun sözlərinə görə, Azərbaycan dava-dərman idxalı üçün alternativ variantlar axtarmalı olacaq: "Yəni əvvəllər Rusiyadan tədarük edilən dərmanlar Avropa ölkələrindən idxal olunacaq ki, bu da qiymətlərdə artım deməkdir: Bahalaşmanı bir neçə ay ərzində hiss edəcəyik. Unutmayaq ki, ölkəmizin ümumi idxalatının 4,3 faizi dərman və tibbi ləvazimatın payına düşür. Bunların məbləği 450 milyon dollara yaxındır".
Tibb üzrə ekspert Rasif Bağırov da "Report"a bildirib ki, dava-dərman idxalında Rusiya məhsullarının payı 10 faizdən çox deyil: "Ölkəmizdəki həkimlərin böyük əksəriyyəti Rusiya dərmanlarına etimad göstərmir, çünki bunların keyfiyyəti Avropa dərmanlarına nisbətən çox aşağıdır. Azərbaycana idxal dərmanlarının çoxu Türkiyə və Avropa ölkələrindən, müəyyən qismi Hindistan və Latın Amerikası ölkələrindən gətirilir. Ona görə də Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar Azərbaycan dərman bazarına mənfi təsir göstərməyəcək"./Report
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda ətin qiyməti 19 manat oldu
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin
22 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü
Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8
21 sentyabrBritaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl
21 sentyabrQızıl qiymətlərində son vəziyyət
Azərbaycanda 2026-cı il 2 oktyabr tarixinə olan qızıl qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya - 7106.1105 manat, 1 qram (99 əyyar təmiz qızıl) - 228.47 manat, 1 qram İtalyan qızılı (750 əyyar) - 171.52 manat, 1 qram Türk qızılı (585 əyyar) - 133.79 manat, | 1 qram Rus qızıl
2 oktyabrİqtisadçı ekspert vəfat etdi
İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatını
29 sentyabrAzərbaycan buğda idxalına çəkdiyi xərci 13 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 185 milyon 174 min ABŞ dolları dəyərində 841 min 677,9 ton buğda idxal edib. bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən buğdanın dəyəri 21,6 milyon ABŞ dolları və ya 13,2 %, həcm
24 sentyabrTaxtakörpü su anbarında istehsal edilən enerjinin həcmi açıqlanıb
Şabran rayonu ərazisində Samur çayı, Taxtakörpü su anbarının üzərində tikilən "Taxtakörpü" Su Elektrik Stansiyasında (SES) istismara verildiyi tarixdən bu ilin sentyabrın 1-nə 675,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu barədə -a Energetika Nazirliyindən məlumat verilib. Bildirili
28 sentyabrƏmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,
1 oktyabrMinimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılmasını nəzərdə tutulur. Millət vəkili Vüqar Bayramov bilidirib ki, dövlət başçısı tərəfindən 2026-cı ilin fevralınd
30 sentyabr