Zelenski: "Rusiyalı hərbçilər artıq tək-tək deyil, qrup halında əsir düşürlər"
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun onun ölkəsinə müdaxiləsindən sonra itirdiklərinin dünyanın bir çox ordusunun ümumi gücünə bərabər olduğunu deyib.
"Rusiya Ukraynada inanılmaz sürətlə böyük itkilər yaşayır: müharibənin 17 günü ərzində onun 31 batalyon-taktiki qrupu döyüş qabiliyyətini itirib, 360-dan çox tankı, 1205 zirehli avtomobili, təxminən 60 təyyarəsi və 80 helikopteri məhv edilib", - deyə Zelenski videomüraciətində qeyd edib.
Ukrayna Prezidentinin sözlərinə görə, itkilərin dinamikası Rusiya ordusunun son illər ərzində ən böyük zərbə aldığını deməyə əsas verir: "Bu qədər müddət ərzində onlar heç yerdə bu həcmdə itki verməmişdilər".
"Dünyanın bir çox ölkəsinin ordusunda Rusiyanın Ukraynaya müdaxiləsindən sonra itirdiyi qədər qüvvə heç yoxdur", - Zelenski deyib.
O, həmçinin bildirib ki, rusiyalı hərbçilər artıq tək-tək deyil, qrup halında əsir düşürlər. Həmçinin rusiyalı əsgərlərin qrup şəklində Ukrayna ərazisini tərk edərək Rusiyaya qaçmağa cəhd etdiklərini də diqqətə çatdırıb.
Ukrayna lideri vurğulayıb ki, ölkəsinin ordusu fövqəladə uğurlar əldə etsə də, "müqavimətin enerjisini" azaltmaq olmaz və müdafiəni birlikdə qurmaq lazımdır.
"Bu, Vətən, xalq müharibəsidir, müstəqillik uğrunda müharibədir, tək dövlətin deyil, Ukraynanın müharibəsidir", - Zelenski əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1590 Tarix: 12 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Macarıstanda seçki yaşı 16-ya endirilə bilər: Baş nazir təklif etdi
Macarıstanın Baş naziri Peter Madyar ölkədə seçkidə iştirak üçün yaş həddinin hazırkı 18-dən 16-ya endirilməsini təklif edib. xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində paylaşım edib. "Əminəm ki, bu gün 18 yaşdan kiçik şəxslərin böyük əksəriyyəti ümumi qərarların qəbulunda iştira
19 iyulİran ordusu ABŞ-nin Küveytdəki bazalarına PUA hücumu təşkil edib
İran ordusu ABŞ-nin Küveytdəki bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edib. "Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında deyilir. Bildirilib ki, zərbələr "düşmənin davamlı təcavüzlərinə, körpülərə
19 iyulİlon Mask süni intellektlə "Odisseya" əsasında film çəkəcək
ABŞ-li milyarder İlon Mask "xAI" şirkətinə məxsus "Grok Imagine" süni intellekt (Sİ) video generatoru tərəfindən qədim yunan şairi Homerin "Odisseya" dastanına əsaslanan tammetrajlı filmin ərsəyə gətiriləcəyini bəyan edib. Ekran əsərinin cari ilin sonunadək işıq üzü görəcəy
22 iyulİran üçün kritik zərbə: 500 min nəfərlik şəhər blokadaya düşdü
ABŞ ordusunun İrandakı körpülərə endirdiyi zərbələr ölkənin əsas liman şəhərlərindən biri olan Bəndər-Abbası İranın digər hissələri ilə nəqliyyat əlaqələrindən təcrid edib. xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Bombardmanlar nəticəsində 500 min nəfər əhalisi olan v
19 iyulTəkbaşına qəhvə içməyi sevən insanlara xas 9 xüsusiyyət
Məhsuldarlığın demək olar ki, həyat tərzinə çevrildiyi müasir dünyada bir fincan qəhvə ilə qısa fasilə vermək bəzən vaxt itkisi kimi görünə bilər. Lakin "Your Tango" nəşrinin yazdığına görə, psixoloqlar hesab edirlər ki, heç nə etmədən bir neçə dəqiqə dincəlmək psixi sağlamlığın qorunmasını
20 iyulFransada tıxacların uzunluğu rekord həddə çatıb
Fransada iyulun 18-də avtomobil tıxaclarının ümumi uzunluğu 708 kilometrə çatıb. xəbər verir ki, bu barədə "Sortiraparis" portalına istinadən məlumat yayılıb. Ən ciddi tıxaclar cənuba doğru istiqamət alan və Rona vadisindən keçən A7 avtomagistralında müşahidə olunub - burada tıxacın uzunluğ
19 iyulSüni intellekt artıq dünyanı məhv etməyə başlayıb - Yeni ARAŞDIRMA
Süni intellekt infrastrukturunun inkişafı təkcə texnoloji irəliləyiş deyil, həm də ciddi ekoloji problemə çevrilir. Süni intellektin sürətli inkişafı güclü hesablama sistemlərini dəstəkləmək üçün getdikcə daha çox məlumat mərkəzlərinin yaradılmasını tələb edir. Lakin texnoloji tərəqqi ilə yanaşı, ekoloj
19 iyul