Avropanın ikiüzlü siyasəti: Niyə "Qoca qitə" öldürülən müsəlman olduğunda kor, kar və lal qalır?

Avropanın ikiüzlü siyasəti: Niyə "Qoca qitə" öldürülən müsəlman olduğunda kor, kar və lal qalır?Məşhur türk jurnalist Eyüp Karan Qərb ölkələrinin Ukraynadan olan qaçqınlara göstərdiyi münasibətin müsəlman qaçqınlara göstərilən münasibətdən kəskin fərqləndiyini bildirib. O vurğulayıb ki, belə ikili yanaşmaya son qoyulmayınca, dünyada ədalətdən danışmaq yersizdir.

Mövzu ilə bağlı Kaspi qəzetinin məqaləsini təqdim edirik.

Ukrayna böhranı Avropada miqrasiya məsələsini yenidən aktuallaşdırıb. Belə görünür, qaçqın məsələsi Avropanın əbədi problemi olaraq qalacaq. Lakin illər uzunudur ki, "qoca qitə"nin yuxusuna haram qatan miqrasiya problemi bu dəfə fərqli formada gündəmdədir. BMT və ayrı-ayrı Qərb institutları 8 milyona yaxın insanın bu və ya digər şəkildə qaçqın düşəcəyini proqnozlaşdırır və artıq humanitar fəlakətin qarşısının alınması üçün müvafiq proqramları həyata keçirməyə başlayıb. Şimali Afrika, Yaxın və Orta Şərqdə müharibələr törədib insanları evindən məhrum edənlər növbəti fəlakəti Ukrayna xalqına yaşadır. Lakin indi məsələ bir qədər fərqlidir. Belə ki, müharibələrdən, aclıqdan, səfalətdən xilas olmaq üçün Avropaya üz tutan müsəlmanların olmazın müsibətlər yaşadıqları yaddaşlardan silinməyib. Avropaya üz tutan insanlar hansı zülmləri yaşadılar - dənizlərdə boğuldular, it damını xatırladan baraklarda yaşamağa məcbur edildilər. Ancaq Ukrayna qaçqınları ilə bağlı bunları müşahidə edirikmi? Yox! Belə ikili münasibət niyə tətbiq edilir? Və necə oldu ki, indiyə qədər qaçqınların yerləşdirilməsi ilə bağlı məsələdə ortaq mövqe sərgiləyə bilməyən, problemi bir-birinin üzərinə atan Avropa dövlətləri bu dəfə Ukraynadan gələn qaçqınlarla bağlı vahid mövqedən çıxış etməyə başladılar?

Bu məqamda məşhur türk jurnalist Eyüp Karanın fikirləri diqqət çəkir. Müəllif türk mediasına bildirib ki, qapılarını müsəlman qaçqınların üzünə bağlayan, onları ölümün pəncəsinə buraxan Avropa ölkələri Rusiya-Ukrayna savaşında bir daha ikiüzlü olduqlarını göstərdilər. Yazarın qənaətincə, vətənlərini tərk edərək başqa ölkələrə gedən ukraynalılara dəstək verilməsi müsəlmanlara qarşı ikili standartı bir daha yada salır.

"Əvvəlcədən qeyd edim ki, heç bir ölkə vətəndaşı buna layiq deyil. Amma məsələnin başqa tərəfi də var - həqiqətən də, ürək ağrıdan, insanın vicdanını ağrıdan haldır. Bir çox Avropa ölkələri Ukrayna vətəndaşlarının üzünə qapılarını açır, bu insanların ölkələrinə gəlməsini istəyir"- deyə yazar vurğulayır. Ardınca da qeyd edir ki, dünyaya insanlıq dərsi keçən Avropa ölkələri gözümüzün içinə baxa-baxa ikiüzlülük, riyakarlıq, saxtakarlıq edir:

"Müharibədən əziyyət çəkən ukraynalıların üzünə qapıları açıblar. Yaxşı, soruşmaq lazımdır - bütün dünya, xüsusən də bu Avropa ölkələri öldürülən müsəlman olduğu halda, niyə kor, kar və lal qalır? Niyə Ukrayna üçün danışdığınız kimi Suriya, İraq, Əfqanıstan, Fələstin üçün danışmırsınız?"

Türk yazar 30 il qaçqın həyatı yaşayan azərbaycanlıların da zülmünə yer ayırır. Və belə bir sualla çıxış edir:

"Ermənilər minlərlə Azərbaycan vətəndaşını qırıb öz yurd-yuvasından didərgin salanda niyə ətrafında deyildiniz? Türk olduqları üçünmü? Həqiqətən də, ikiüzlülük kitabını yazıbsınız. Yunanıstanın gördüyü işlərə niyə məhəl qoymursunuz? Məgər yunanlar qaçqın kimi gələn suriyalıları qəsdən ölümə göndərmirlər? Qayıqlarını batırıb dənizlərdə ölmələrinə rəvac verirlər, niyə səsinizi çıxartmırsız? Hanı sizin insanlığınız? Məsələ avropalılara gələndə dərhal işi qaldırırsınız, müsəlman olanda barmağınızı belə tərpətmirsiniz. Ayıb olsun sizlərə. Siz, mənim fikrimcə, insanlıq üçün utancsınız. Zəngin Ukrayna vətəndaşlarına qapılarını açır, müsəlmanlara gələndə isə bağlayırsınız. İnsanlığınızdan şübhələnmək, həqiqətən, üzücüdür".

Onun sözlərinə görə, müharibə qurbanlarına münasibətə görə tənqid edilən Avropa İttifaqının Ukraynadan olan qaçqınları qəbul etməsi pis hal deyil, lakin hər bir ölkəyə belə münasibət olmalıdır.

Bu xüsusda Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyenin fikirləri diqqət çəkir. "Ukrayna bizə məxsusdur, bizdəndir və biz onları öz aramızda görmək istəyirik", - deyə diplomat bəyan edib. Türk yazar qeyd edir ki, bu, Avropanın qaçqın rejimini pozduğunun ən bariz sübutudur:

"Bu vaxta qədər Əfqanıstan və Suriyadan minlərlə uşaq, qadın və qocanın da olduğu qaçqın qrupları müharibədən qaçaraq getmək istədikləri Aİ ölkələrinə buraxılmayıblar. Yunanıstanın Avropa ölkələrinə keçmək istəyən miqrantlara qeyri-insani münasibətinə dəfələrlə rast gəlinib. Bəzən qayıqlarla dənizi keçən qaçqınların yenidən soyuq sulara atılması, bəzən quru yolundan gələnlərin döyülərək dondurulması Yunanıstanın çarəsiz miqrantlara qarşı həyata keçirdiyi "çəkindirici" siyasətlər sırasındadır. Yəni deyirlər ki, xristiansansa, sənə kömək edəcəyik, qapımızı açacağıq, müsəlmansansa başınızı quma göməcəyik. İzah bu qədər sadədir".

Beləliklə, bu gün bəzi Qərb ölkələri ayrı-seçkilik salaraq, Ukraynadan olan qaçqınlara öz qapılarını açdıqlarını bildirir, Əfqanıstan, Suriya, Liviya, İraqdan olan qaçqınlara qarşı isə diskriminasiya siyasəti aparır. Və nə qədər ki, bu ikili yanaşmaya son qoyulmayıb, ədalətdən danışmaq yersizdir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1755   Tarix: 12 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tramp İranla yay atəşkəsi vaxt itkisi adlandırıb

ABŞ prezidenti Donald Tramp İranla müharibə zamanı hərbi əməliyyatların yayda dayandırılmasını vaxt itkisi hesab edir. xəbər verir ki, o, Konqresin ara seçkiləri ərəfəsində Missisipi ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında müvafiq bəyanatla çıxış edib. Münaqişənin başlanğıcında

27 oktyabr
.

Qlazqonun iki muzeyi etik səbəblərə görə Misir mumiyalarını gizlədib

Şotlandiyanın Qlazqo şəhərində yerləşən iki muzey etik normaları əsas gətirərək qədim Misir mumiyalarının nümayişinə məhdudiyyət qoyub. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Kelvingrove muzeyində keşiş Nehtin mumiyalanmış cəsədinin olduğu tabut ekspozisiyadan çıxarılıb. Hunterian muzeyində is

28 oktyabr
.

Stubb Putindən sonra Zelenskiyə zəng vurub

Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng ediblər. "Novyny.LIVE" yazdığına görə, bu barədə Zelenskinin mətbuat katibi Dmitri Litvin məlumat verib. Danışıqlard

27 oktyabr
.

Pezeşkian Moskvada səfərdədir

İran Prezidenti Məsud Pezeşkian Moskvada səfərdədir. APA-nın Rusiya bürosu xəbər verir ki, İran Prezidenti Qaz ixrac edən ölkələrin forumunda iştirak etmək üçün Moskvaya səfər edib. Rusiya Prezidenti Vladimir Putin forumda çıxış edib. Kremlin məlumatına görə, Putinin Pezeşkianla ikitərəfli görüşü d

27 oktyabr
.

ABŞ İrana qarşı yeni hücumlara hazırlaşır? - Müharibənin xərci 47 milyard dolları ötüb

ABŞ ilə İran arasında davam edən müharibə fonunda yeni hərbi əməliyyatların başlanması ehtimalı gündəmə gəlib. The Wall Street Journal qəzetinin məlumatına görə, Vaşinqton Körfəz ölkələrini noyabrın 3-də keçiriləcək ABŞ aralıq seçkilərindən sonra İrana qarşı qısamüddətli və intensiv hərbi əməliyyatları

28 oktyabr
.

Cənubi Koreya Ukraynadan 8 diplomatını geri çağırıb

Kiyevin iki Şimali Koreya hərbi əsirinin təhvil verilməsi barədə məlumatı açıqlaması ilə bağlı yaranan mübahisə fonunda Cənubi Koreya Ukraynadan 8 diplomatik əməkdaşını geri çağırıb. "Report" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın xarici işlər nazir

27 oktyabr
.

Rusiya Kiyevdə Dnepr üzərindəki əsas körpülərdən birini yenidən vurdu

Ukrayna paytaxtının meri Vitali Kliçko bildirib ki, Rusiya hərbçiləri Kiyevə ballistik raketlər atıblar. xəbər verir ki, onun sözlərinə görə, atəş nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralananların əksəriyyəti Desnianski rayonundakı yataqxananın tələbələridir. Ukrayna Dövlət Fövqəladə Halla

27 oktyabr
.

Böyük faciədən doğan tarixi kəşf: Dənizçiləri xilas edən ixtira

1707-ci ildə baş verən və 2 mindən çox dənizçinin həyatına son qoyan faciə dənizçilik tarixində mühüm dəyişikliklərə səbəb oldu. Gəmilərin açıq dənizdə dəqiq mövqeyini müəyyənləşdirmək problemini həll etmək üçün başladılan axtarışlar nəticədə ilk etibarlı dəniz xronometrlərindən birinin yaradılması il

27 oktyabr
.

Əhalinin DİQQƏTİNƏ! Oktyabrın 31-də...

Oktyabrın 30-dan 31-nə keçən gecə Yer kürəsində zəif və orta intensivlikli maqnit qasırğası başlaya bilər. Hadisənin təxminən 12-15 saat davam edəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Alimləri

29 oktyabr