Almaniyadan Rusiyaya "sürpriz": vaxtı açıqladı

Almaniyadan Rusiyaya "sürpriz": vaxtı açıqladıABŞ, Kanada, Böyük Britaniyadan sonra Almaniya da Rusiyanın enerji idxalından asılılığın aradan qaldırılması istiqamətində fəaliyyətini intensivləşdirir. Belə ki, Almaniyanın iqtisadiyyat naziri Robert Habek "Frankfurter Allgemeine Zeitung" qəzetinə müsahibəsində ölkənin Rusiya enerji mənbələrindən imtinasının vaxtı barədə danışıb. O deyib ki, biz Rusiya nefti, kömür və qazından asılılığımızı azaltmaq üçün hər gün çalışırıq: "Hər gün, əslində hər saat Rusiya idxalından bir addım uzaqlaşırıq. Əgər bu alınarsa, o zaman payızda biz Rusiya kömüründən, ilin sonuna kimi isə neftdən, demək olar ki, müstəqil olacağıq".
Bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu qeyd edib.

O bildirib ki, ekspertlər Almaniya üçün alternativ karbohidrogen tədarükçüləri kimi Böyük Britaniya, Norveç və Hollandiyanı göstərirlər:

"Bütövlükdə Avropa üçün alternativ mənbələr arasında ABŞ, Qətər, Liviya və Azərbaycanın adı hallanır. Bununla yanaşı, ABŞ-ın Venesuela və İranla danışıq apardığı da iddia olunur.

Qeyd edim ki, qısa müddətdə alternativlər tapmaq və onları Avropa bazarında səfərbər etmək mümkün deyildir. Liviyanın neft və qaz naziri Məhəmməd Aun bildirib ki, ölkə yalnız 5-7 ildən sonra Avropa üçün Rusiya neftini əvəz edə biləcək. Azərbaycana gəlincə, bu il Avropa bazarına 9 milyard kub metr qaz göndərəcək ki, bu da Avropa qaz idxalının 2 faizi, qaza cəmi tələbatının 1,5 faizi qədərdir.

Azərbaycanın yaxın illərdə Avropaya qaz tədarükünü 10-13 milyard kub metrə qədər artırmaq imkanı vardır. 2030-cu ilədək Azərbaycanın Avropaya qaz ixracı 18-20 milyard kub metrə qədər arta bilər ki, bu da Avropanın qaz idxalının 4 faizi deməkdir. Lakin bunun üçün TAP kəmərinin ötürücülük qabliyyəti 2 dəfə artırlmaldır ki, bu da əlavə sərmayələr və zaman tələb edir".

Qeyd edək ki, Avropa ölkələri içərisində ən böyük iqtisadi gücə malik olan Almaniya rus neft-qazından ən çox asılı olan ölkə sayılır. Almaniyanın Rusiya enerji resurslarından bu qədər sürətlə imtina edə biləcəyi gözlənilmirdi.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1106   Tarix: 13 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp İranla yay atəşkəsi vaxt itkisi adlandırıb

ABŞ prezidenti Donald Tramp İranla müharibə zamanı hərbi əməliyyatların yayda dayandırılmasını vaxt itkisi hesab edir. xəbər verir ki, o, Konqresin ara seçkiləri ərəfəsində Missisipi ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında müvafiq bəyanatla çıxış edib. Münaqişənin başlanğıcında

27 oktyabr
.

Qlazqonun iki muzeyi etik səbəblərə görə Misir mumiyalarını gizlədib

Şotlandiyanın Qlazqo şəhərində yerləşən iki muzey etik normaları əsas gətirərək qədim Misir mumiyalarının nümayişinə məhdudiyyət qoyub. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Kelvingrove muzeyində keşiş Nehtin mumiyalanmış cəsədinin olduğu tabut ekspozisiyadan çıxarılıb. Hunterian muzeyində is

28 oktyabr
.

Stubb Putindən sonra Zelenskiyə zəng vurub

Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng ediblər. "Novyny.LIVE" yazdığına görə, bu barədə Zelenskinin mətbuat katibi Dmitri Litvin məlumat verib. Danışıqlard

27 oktyabr
.

Pezeşkian Moskvada səfərdədir

İran Prezidenti Məsud Pezeşkian Moskvada səfərdədir. APA-nın Rusiya bürosu xəbər verir ki, İran Prezidenti Qaz ixrac edən ölkələrin forumunda iştirak etmək üçün Moskvaya səfər edib. Rusiya Prezidenti Vladimir Putin forumda çıxış edib. Kremlin məlumatına görə, Putinin Pezeşkianla ikitərəfli görüşü d

27 oktyabr
.

ABŞ İrana qarşı yeni hücumlara hazırlaşır? - Müharibənin xərci 47 milyard dolları ötüb

ABŞ ilə İran arasında davam edən müharibə fonunda yeni hərbi əməliyyatların başlanması ehtimalı gündəmə gəlib. The Wall Street Journal qəzetinin məlumatına görə, Vaşinqton Körfəz ölkələrini noyabrın 3-də keçiriləcək ABŞ aralıq seçkilərindən sonra İrana qarşı qısamüddətli və intensiv hərbi əməliyyatları

28 oktyabr
.

Cənubi Koreya Ukraynadan 8 diplomatını geri çağırıb

Kiyevin iki Şimali Koreya hərbi əsirinin təhvil verilməsi barədə məlumatı açıqlaması ilə bağlı yaranan mübahisə fonunda Cənubi Koreya Ukraynadan 8 diplomatik əməkdaşını geri çağırıb. "Report" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın xarici işlər nazir

27 oktyabr
.

Rusiya Kiyevdə Dnepr üzərindəki əsas körpülərdən birini yenidən vurdu

Ukrayna paytaxtının meri Vitali Kliçko bildirib ki, Rusiya hərbçiləri Kiyevə ballistik raketlər atıblar. xəbər verir ki, onun sözlərinə görə, atəş nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralananların əksəriyyəti Desnianski rayonundakı yataqxananın tələbələridir. Ukrayna Dövlət Fövqəladə Halla

27 oktyabr
.

Böyük faciədən doğan tarixi kəşf: Dənizçiləri xilas edən ixtira

1707-ci ildə baş verən və 2 mindən çox dənizçinin həyatına son qoyan faciə dənizçilik tarixində mühüm dəyişikliklərə səbəb oldu. Gəmilərin açıq dənizdə dəqiq mövqeyini müəyyənləşdirmək problemini həll etmək üçün başladılan axtarışlar nəticədə ilk etibarlı dəniz xronometrlərindən birinin yaradılması il

27 oktyabr
.

Əhalinin DİQQƏTİNƏ! Oktyabrın 31-də...

Oktyabrın 30-dan 31-nə keçən gecə Yer kürəsində zəif və orta intensivlikli maqnit qasırğası başlaya bilər. Hadisənin təxminən 12-15 saat davam edəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Alimləri

29 oktyabr