The Guardian: "Bəşəriyyət Ukrayna böhranına görə aclıqla üz-üzədir"
"Rusiya və Ukraynadan buğda tədarükünün dayandırılması halında dünyanın bir sıra regionları ərzaq qıtlığı və aclıqla üzləşəcək".
Bu barədə "The Guardian" nəşrində dərc edilən məqalədə deyilir.
Ukrayna böhranı səbəbindən dünya 2008-ci il qlobal maliyyə böhranından sonrakı vəziyyətlə müqayisə oluna bilən ərzaq qiymətlərinin sürətlə artması ilə üzləşib. Rusiya və Ukraynadan tədarükün kəsilməsi mövcud vəziyyəti daha da gərginləşdirmək təhlükəsi yaradır. BMT-nin Ümumdünya Ərzaq Proqramının baş iqtisadçısı Arif Hüseynin sözlərinə görə, Ukrayna böhranının nəticələri dünyanın digər hissələrinə də təsir edəcək. "Taxıl və neftin qiymətləri bahalaşmaqda davam edir və hətta 2008-ci ilin ərzaq və yanacaq böhranından bəri müşahidə olunmayan göstəriciləri üstələyir", - mütəxəssis izah edib.
Qəzet xatırladıb ki, bütün dünyada ərzaq qiymətləri Ukraynada vəziyyətin gərginləşməsindən əvvəl də artıb. Səbəb kimi iqlim böhranı və koronavirus pandemiyası göstərilir. İndi bu amillər Ukraynada əkin mövsümünün pozulması və Rusiyadan taxıl ixracına müvəqqəti qadağa riskini əlavə edib.
Hazırda dünyada buğda tədarükünün 10 faizi və qarğıdalı bazarının 15 faizi Ukraynanın payına düşür. Rusiya ən böyük taxıl ixracatçısı və günəbaxan toxumlarının ixracında liderlərdən biridir. Eyni zamanda, Qara dəniz regionundan buğda tədarükünün 40%-i ərzaq qiymətlərinin artıq kəskin bahalaşdığı Yaxın Şərq və Afrika ölkələrinin payına düşür.
Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun prezidenti Jilber Unqbo xəbərdarlıq edib ki, davam edən böhran əsas məhsulların tədarükünü məhdudlaşdıra, ərzaq qiymətlərinin artmasına və aclığa səbəb ola bilər: "Bu, qlobal ərzaq təhlükəsizliyini təhlükə altına qoya və geosiyasi gərginliyi artıra bilər. Nəticələr onsuz da ailələrini dolandırmaqda çətinlik çəkənlər üçün xüsusilə ağır olacaq".
Yaxınlaşan ərzaq böhranı təbii amillərlə daha da şiddətlənir. Belə ki, keçən il taxıl ixracında liderlərdən biri olan Kanada quraqlıq və isti ilə üzləşdi, oxşar problemlər Latın Amerikasında müşahidə olundu, ABŞ meşə yanğınları və digər fəlakətlərlə əhatə olundu, Avstraliya hazırda fəsadları gələcəkdə kənd təsərrüfatına təsir edən daşqınlardan əziyyət çəkir.
BMT-nin Ümumdünya Ərzaq Proqramının Şərqi Afrika üzrə regional direktoru Maykl Danford bildirib ki, Şərqi Afrika hazırda aclığa ən yaxındır. Afrika Buynuzu regionunda yağışlı mövsüm məhsulu və mal-qaranı kütləvi məhv edib. Su və otlaqların olmaması icmalar arasında münaqişələrə səbəb olub: "Afrika Buynuzu bölgəsində təkrarlanan quraqlıqlar nəticəsində məhsullar ölür, mal-qara tələf olur və aclıq güclənir. Təcili humanitar köməyə və icmaların gələcəyə davamlılığını artırmaq üçün davamlı dəstəyə ehtiyac var"./Report
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda ətin qiyməti 19 manat oldu
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin
22 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü
Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8
21 sentyabrBritaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl
21 sentyabrQızıl qiymətlərində son vəziyyət
Azərbaycanda 2026-cı il 2 oktyabr tarixinə olan qızıl qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya - 7106.1105 manat, 1 qram (99 əyyar təmiz qızıl) - 228.47 manat, 1 qram İtalyan qızılı (750 əyyar) - 171.52 manat, 1 qram Türk qızılı (585 əyyar) - 133.79 manat, | 1 qram Rus qızıl
2 oktyabrİqtisadçı ekspert vəfat etdi
İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatını
29 sentyabrAzərbaycan buğda idxalına çəkdiyi xərci 13 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 185 milyon 174 min ABŞ dolları dəyərində 841 min 677,9 ton buğda idxal edib. bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən buğdanın dəyəri 21,6 milyon ABŞ dolları və ya 13,2 %, həcm
24 sentyabrTaxtakörpü su anbarında istehsal edilən enerjinin həcmi açıqlanıb
Şabran rayonu ərazisində Samur çayı, Taxtakörpü su anbarının üzərində tikilən "Taxtakörpü" Su Elektrik Stansiyasında (SES) istismara verildiyi tarixdən bu ilin sentyabrın 1-nə 675,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu barədə -a Energetika Nazirliyindən məlumat verilib. Bildirili
28 sentyabrƏmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,
1 oktyabrMinimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılmasını nəzərdə tutulur. Millət vəkili Vüqar Bayramov bilidirib ki, dövlət başçısı tərəfindən 2026-cı ilin fevralınd
30 sentyabr