Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Azərbaycan iqtisadiyytına necə təsir edəcək?

Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Azərbaycan iqtisadiyytına necə təsir edəcək?Rusiya-Ukrayna münaqişəsinin Azərbaycan bazarında qiymətlərin bahalaşmasına səbəb olacağı ilə bağlı fikirlər səsləndirilir. Əsasən də bu iki ölkədən gətirilən məhsulların qiymətində kəskin artımın olacağı söylənilir.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, cənab Prezidentin yürütdüyü daxili və xarici siyasət sayəsində Azərbaycan beynəlxalq aləmdə öz sözünü deyə bilən güclü dövlətdir:

"Hər bir sahədə aparılan islahatlar və gələcəyə hesablanmış addımlar sayəsində biz bütün dünyanı bürüyən koronavirus pandemiyasından az zərərlə çıxmağı bacardıq. Cənab Prezident İlham Əliyevin müdrik iqtisadi siyasəti sayəsində Azərbaycan 2020-ci ildə üzləşdiyi ağır pandemiyanın mənfi təsirlərini artıq arxada qoymaqdadır. Bilirsiniz ki, bütün dünya tək pandemiya ilə mübarizə apardığı dövrdə biz həm də torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü bərpa etdik. Biz 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandanın necə uzaqgörən siyasətçi olduğunu bir daha gördük. Belə ki, cənab Prezident İlham Əliyevin ölkə başçısı seçildiyi ilk gündən ordu quruculuğu sahəsində atdığı addımlar, verdiyi qərarlar 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbənin təminatı idi. Vətən müharibəsində əldə etdiyimiz qələbə Azərbaycan diplomatiyasının geosiyasi meydanda böyük uğurudur. Artıq Vətən müharibəsində qazanılmış parlaq zəfərdən sonra yaranmış yeni reallıqlara və iqtisadi çağırışlara uyğun olaraq, ölkəmizdə bütün sahələrdə uğurlu addımlar nəzərə çarpmaqdadır.

Xüsusilə də ölkəmizin dayanıqlı maliyyə-iqtisadi gücü siyasi, iqtisadi, sosial sabitliyin möhkəmlənməsini təmin etməklə bərabər, yeni inkişaf drayverlərini hərəkətə gətirməkdədir. Məhz buna görə də düşünürəm ki, qonşu dövlətlərdə gedən proseslərin ölkəmizə təsiri olmayacaq.

Təbii ki, müharibə tək iki ölkəyə deyil, bütün regiona mənfi təsir göstərir. Ona görə ümid edirik ki, Rusiya-Ukrayna münaqişəsi tezliklə bitəcək. Rusiya-Ukrayna münaqişəsinin Azərbaycan bazarına təsiri məsələsinə gəldikdə, təbii ki, burada ən ağır yük səlahiyyətli qurumların üzərinə düşür. Bazarlar vaxtaşırı monitorinqlər aparılıb, vəziyyətdən sui-istifadə edib məhsulların qiymətini suni şəkildə bahalaşdıranlara qarşı qanun çərçivəsində tədbirlər görməlidirlər".

Deputat vurğulayıb ki, bu gün Rusiya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir:

"Bu gün Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya edib. Məhz buna görə Azərbaycanın, Rusiya ilə yanaşı, digər ölkələrlə də getdikcə genişlənən çox böyük iqtisadi əlaqələri var. O ki qaldı tətbiq olunan sanksiyalara, əlbəttə, bu, Rusiya iqtisadiyyatına ciddi təsir edir və etməkdə də təsir edəcək. Təbii ki, müharibənin region ölkələrinə bu və ya digər formada təsirsiz ötüşməyəcəyi sirr deyil. Azərbaycan hər zaman xarici təsirlərə qarşı vaxtında tədbirlər görüb. Bundan sonra da bu cür qabaqlayıcı addımlar atılmağa davam edəcək.

Biz bunu pandemiyada və ondan əvvəlki proseslərdə də gördük. Belə ki, Azərbaycan dövləti iqtisadiyyata kənar təsirlərin qarşısını almaq üçün adekvat tədbirlər həyata keçirir və dövlət proqramları tərtib edir. Ona görə də, hesab edirəm ki, Rusiyaya qarşı tətbiq olunan bu sanksiyalar Azərbaycan iqtisadiyytına öz ciddi təsirini göstərməyəcək".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1640   Tarix: 14 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

22 oktyabr
.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy

22 oktyabr
.

Sabah bəzi yerlərdə yağış yağacaq

Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd

23 oktyabr
.

Azərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu

Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl

22 oktyabr
.

Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO

Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye

23 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr