"Divarlar hündür, qapılar bağlıdır" - Deputatlar Novruz adətləri haqqında
Azərbaycanda ilin başlanmasının, yazın gəlməsinin bayram kimi qeyd edilməsi qədim bir tarixə malikdir. Novruz bayramı Azərbaycana yazın gəlişini simvolizə edən, keçmiş zamanlardan xalq arasında bir ənənəyə çevrilən qədim xalq bayramıdır. Novruz adətlərində ulu babalarımızın ən müdrik dünyagörüşü, humanist baxışları, həlim, qayğıkeş təbiəti özünü göstərir.
Deputatlarımız arasında Novruz adət-ənənələrini qeyd edən, küsülü olub barışan, papaq atma kimi adətləri hələ də edən varmı?
Sualla bağlı Sonxeber.az millət vəkilləri arsında sorğu keçirib:
Arzu Nağıyev:
"Mənim təmsil etdiyim Tovuz-Gədəbəydə Novruz adət-ənənələri həmişə ən yüksək səviyyədə keçirilir. Uşaqlıqdan görmüşəm ki, qapı-qapı getmək, tonqal qalamaq, yaylıq atmaq, yumurta boyamaq, şəkərbura-paxlava bişirmək kimi adətlər var. Bizdə papaq atmaq olmasa da, torba atmaq olub. Uşaqlıqdan şahidim olduğum adətlər hələ də var".
Fazil Mustafa:
"Uşaq vaxtı Novruz bayramını qeyd etmişik. Sonrakı dövrlərdə isə bu əyləncələrə qatılmamışıq. Təbii ki, bizə qonşudan papaq atılır, onun da içinə ya pul, ya alma, ya konfet qoyuruq. Bu adətlər insanların bir-birinə isinməsi baxımından vacibdir.
Küsülülərin barışması məsələsində, əlbəttə, əlçatan insanlarla hər hansı bir şəkildə küsülülüyü atırsan. Amma elə insanlar var ki, onlarla elə küsülü qalmaq yaxşıdır, çünki hamı ilə barışmaq insan həyatında elə də xoş aura yaratmır. Çalışırq ki, ən azından yaxın çevrədə olan insanlarla münasibətləri normal saxlayaq, əgər bir inciklik varsa, onu aradan qaldıraq.
Ümumilikdə, Novruz çox gözəl bayramdır və insanların onu qeyd etməsi çox yaxşı haldır.
Adətlərin qorunub-saxlanılması yaradıcı xarakter daşıyır. Əsrlər keçdikcə əvvəlkilərdən fərqli qeyd olunan müəyyən məsələlər olur. Hesab edirəm ki, tonqal yandırıb onun üstündən tullanmaq, onun üzərində müəyyən arzuları dindirmək yaxşı bir haldır.
İndi əvvəlki kimi deyil. Divarlar hündür, qapılar bağlıdır. Kiminsə gəlib başqasının həyətində nəyəsə qulaq asması, bir söz eşitməsi, onu yozması indi, bəlkə, bir az primitiv görsənir.
Amma hər halda, bütün adətlərimiz gözəldir və insanlar hansını istəyirsə, yaşada bilərlər".
Müşviq Məmmədli:
"Qohum-əqrəbanı, yaxınları, yaşca böyük olanları ziyarət etmək kimi adətləri bu gün də yerinə yetiririk. İndi özüm papaq atmasam da, övladlarımız bu və digər adətləri yaşadırlar.
Bəzi adətlər var ki, onlar qeyd olunsa da, bir az zəifləyib. Həm digər regionlarda olan qohumların bayram günü ziyarət olunması, həm yaşadığımız məkanın təmizlənməsi kimi ənənələr onların sırasına daxildir.
Sonxeber.az kollektivini qarşıdan gələn bayram münasibətilə təbrik edirəm. Xalqımıza həmişə əmin-amanlıq və hər birimizə sağlamlıq, möhkəm bünövrəsi olan Azərbaycan dövlətinin daha da güclənməsini arzu edirəm!"
Aygün Osmanlı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1826 Tarix: 14 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin
22 oktyabrSağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI
İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl
23 oktyabrPolkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy
22 oktyabrSabah bəzi yerlərdə yağış yağacaq
Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd
23 oktyabrAzərbaycanlı gənc Oksford Universitetinin müəllim oldu
Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Oksford Universitetində müəllim kimi fəaliyyətə başlayıb. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Beynəlxalq münasibətlər ixtisas sahəsi üzrə doktorantura təhsilinin ikinci ilində olan təqaüdçü təhsilini davam etdirməkl
22 oktyabrGecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO
Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye
23 oktyabrXƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
23 oktyabrAzərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla
23 oktyabrSalyanda ağır qəza, ölən var - Video
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə
23 oktyabr