Bakıda dünya çempionu qətlə yetirildi: "Emin 444"ün yaxın qohumu tutuldu - YENİLƏNİB + FOTO
Bakıda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
"Report"un əldə etdiyi məlumata görə, hadisə martın 14-də Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən marketlərin birində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Yusifov Zaur Əli oğlu odlu silahla güllələnərək qətlə yetirilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, 2020-ci il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı Zaur Yusifov da tutulub.
Kikboks üzrə dünya çempionu Z.Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, H.Tağıyev 18 il müddətinə azadlıqdan məhrum olunub. Z.Yusifova isə qətldə iştirakı sübuta yetirilmədiyinə görə bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, qətlə yetirilən E.Səfərov kriminal aləmdə "Emin 444" kimi tanınıb.
Məlumata görə, S.Şirəliyev Emin Səfərovun xalası oğludur.
08:45
Bakıda kriminal avtoritet "Emin 444" ləqəbli Emin Səfərovun qətlində ittiham olunan, amma məhkəmədə bəraət alaraq azadlığa çıxan Zaur Yusifov ötən gün axşam saatlarında öldürülüb.
"Qafqazinfo" qətlin baş verdiyi yerdən fotolar əldə edib.
Məlum olub ki, Zaur Yusifov 6-cı mikrorayon ərazisində yerləşən marketlərin birində güllələnib. Kikboks üzrə dünya çempionu naməlum şəxs və ya şəxslər tərəfindən "Vinçester" markalı silahla güllələnərək qətlə yetirilib.
Xatırladaq ki, qətl gecə saatlarında baş verib. Kriminal avtoritet "Emin 444" ləqəbli Emin Səfərovun qətlində ittiham olunan, amma məhkəmədə bəraət alaraq azadlığa çıxan Zaur Yusifov öldürülüb.




Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 5462 Tarix: 15 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video
Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c
6 avqustAzərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR
Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca
3 avqustQadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir
Ağdaşda ana-oğul bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib. Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşlar
24 avqustAzərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib. xəbə
16 sentyabrProkurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi
Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i
15 sentyabrGədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili
31 avqustToydan gələrkən qəzaya düşdü - Fotolar
Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl
4 sentyabrHavvaxanım Rüstəmovaya hökm oxundu
"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd
16 sentyabrYasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI
Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad
28 avqust