Bryus Uillis sağalmaz xəstəliyə tutulub: Karyerasını bitirir - FOTO

Bryus Uillis sağalmaz xəstəliyə tutulub: Karyerasını bitirir - FOTOÖtən il Bryus Uillisin səhhətində problemlər olması ilə bağlı şayiələr ortaya çıxdı. Ancaq bu günə qədər hər şeyin nə dərəcədə ciddi olduğu aydın deyildi. Məlum olub ki, Hollivud aktyoru sağalmaz xəstəlik səbəbindən karyerasını tərk etməyə hazırlaşır.

Sonxeber.az Oxu.az-a istinadən xəbər verir ki, martın 19-da Bryus Uillisin 67 yaşı olacaq. Hollivud standartlarına görə, aktyorun təqaüdə çıxması hələ tezdir. Üstəlik, "Məblubedilməz" Bryus hələ də ABŞ döyüş filmlərinin pərəstişkarları arasında populyardır. Ancaq səhhətindəki problemlər artıq Uillisə eyni şövqlə işləməyə imkan vermir.

Məlum olub ki, Bryus erkən demensiyadan əziyyət çəkir. Təəssüf ki, getdikcə inkişaf edən xəstəlik onun yaddaşını itirməsinə səbəb olur.

Çoxsaylı film hitlərinin ulduzu, yəqin ki, "üzü sulu" ayrılmaq qərarına gəlib.

O, eyni zamanda maliyyə ilə bağlı problemlərinin olmaması üçün 2022-ci ildə ən azı 11 film çəkməsinin planlaşdırıb. Bu arada uzun müddətdir ki, Uillis haqqında kədərli söz-söhbətlər gəzir. Bloqerlər aktyorun suflyorun köməyi ilə çəkilişdə iştirak etdiyini deyirlər.

Bu məlumatı rejissor Mett Eskandari təsdiqləyib. O, həmçinin Hollivud ulduzunun "əqli zəiflikdən" əziyyət çəkdiyini birbaşa yazıb.

"Bu həqiqətdir. Onunla dörd film çəkmişəm, ona görə də özüm bilirəm. Bryus Uillis kimi bir əfsanənin gözlər qarşısında məhvini görmək çox kədərlidir. Son bir neçə ildə onunla işləməyin necə olduğunu gördüm", - deyə Eskəndəri paylaşıb.

Qeyd edək ki, uzun müddətdir Hollivud əfsanəsi olan Bryus Uillis bu şöhrət üçün kifayət qədər çətin bir yol keçməli olub. O, epizodik rollarla başlayıb, vaxtaşırı teatr səhnəsinə çıxıb, həmçinin reklamlarda iştirak edib. Amma Uillis təslim olmadı. İlk böyük uğur ona ""Ay İşığı" Detektiv Agentliyi" serialında çəkildikdən sonra gəlib. Sonra Bryus komediya aktyoru kimi şöhrət qazandı. "Məğlubedilməz" filmi isə onun başqa rolların öhdəsindən də uğurla gəldiyini göstərdi. Həmin vaxtdan bəri, Uillis bir neçə dəfə dünyanın sarsılmaz xilaskarı obrazını sınayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1532   Tarix: 18 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp İranı ABŞ-la münaqişəyə başlamaqda günahlandırır

ABŞ prezidenti Donald Tramp iki ölkə arasında münaqişənin başlanmasında İranın məsuliyyət daşıdığını bildirib. xəbər verir ki, Tramp Missisipidə keçirilən seçki kampaniyası mitinqində deyib: "Biz İranla müharibəyə başlamadıq. İran bizimlə müharibəyə başladı". Amerika lideri bir daha Tehranı

27 oktyabr
.

XXI əsrin ən uzun Günəş tutulması Misirin qədim məbədlərini qaranlığa qərq edəcək

2027-ci il avqustun 2-də baş verəcək tam Günəş tutulması həqiqətən də xüsusi hadisə olmağa vəd edir. O, tarixə əsl səma hadisəsi kimi düşəcək. Tutulmanın quruda tam mərhələsi düz 6 dəqiqə 23 saniyə davam edəcək. Bu isə XXI əsrdə qeydə alınacaq ən uzun tam tutulma mərhələsi olacaq. Üstəlik, 2114-cü il

28 oktyabr
.

Avropa KİV-i Zukerberqə qarşı çıxdı

"Facebook", "Instagram" və "WhatsApp" platformalarının sahibi olan "Meta" şirkəti məhsullarından istifadə şərtlərini dəyişməyi planlaşdırır. Yeni qaydalara əsasən, "Meta" sosial şəbəkələrində səhifəsi olan istənilən təşkilat bütün materiallarından kommersiy

28 oktyabr
.

ABŞ Körfəz ölkələrini İrana qarşı mümkün hərbi əməliyyat barədə xəbərdar edib

ABŞ noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərdən sonra İrana qarşı qısamüddətli, lakin intensiv hərbi kampaniya keçirə biləcəyi barədə bir sıra Fars körfəzi ölkələrini xəbərdar edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb. Qeyd olunu

28 oktyabr
.

Dünya kritik iqlim həddini əldən verdi: BMT-dən yeni xəbərdarlıq

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) qlobal temperatur artımını sənaye öncəsi dövrlə müqayisədə 1,5 dərəcədə saxlamaq məqsədinin mövcud şərtlərdə real olmadığını açıqlayıb. Qurumun hesablamalarına görə, kifayət qədər tədbir görülməzsə, temperatur artımı əsrin sonuna qədər 2,

26 oktyabr
.

ABŞ İsrailə əlavə "Patriot" hava hücumundan müdafiə sistemi göndərəcək

ABŞ İsrailin raket hücumlarından müdafiəsini gücləndirmək məqsədilə Texas ştatından ölkəyə əlavə "Patriot" zenit-raket kompleksi göndərmək qərarına gəlib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, noyabr ayında Yaxı

28 oktyabr
.

Zelenskinin "sağ əli" Uitkoffla mübahisə etdiyini təkzib etdi

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov oktyabrın 9-da Floridada keçirilən danışıqlarda ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla mübahisə etməsi barədə məlumatları təkzib edib. xəbər verir ki, Budanov bu barədə "RBK-Ukrayna"ya açıqlamasında bildirib. "Ünsiyyətin təfərrüatlar

28 oktyabr
.

Bill Qeytsdən proqnoz: Süni intellektin əvəz etməyəcəyi peşələr (SİYAHI)

"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts hesab edir ki, süni intellektin sürətli inkişafı fonunda yalnız bir neçə peşəyə tələbat sabit qalacaq. Bu arada "Microsoft" süni intellekt infrastrukturu sahəsinə investisiyalar fonunda 60 min əməkdaşına könüllü olaraq işdən ayrılmağ

28 oktyabr
.

Buzlaşma dövrü əvəzinə qlobal istiləşmə - Yeni araşdırma

Yer kürəsində təxminən 2 min il əvvəl başlayan təbii soyuma prosesi sənaye inqilabından sonra istiqamətini dəyişib. Alimlərin fikrincə, insan fəaliyyəti nəticəsində atmosferdə istixana qazlarının artması planetin uzunmüddətli iqlim dövrlərinə təsir göstərərək buzlaqların genişlənməsini dayandırıb. Qaynarinf

26 oktyabr