Qonşu arvadın telefon nömrəsinə görə qanına qəltan etdilər - BAKIDA ŞOK CİNAYƏT

Qonşu arvadın telefon nömrəsinə görə qanına qəltan etdilər - BAKIDA ŞOK CİNAYƏT2019-cu il iyulun 6-da Rəşid Qasımovun qətlə yetirilməsi ilə bağlı Sabunçu rayon Prokurorluğuna məlumat daxil olur. Müəyyən edilir ki, hadisə Zabrat-2 qəsəbəsi, İstixana Kombinatı küçəsi, nömrəsiz fərdi yaşayış evdə qeydə alınıb. Dərhal məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilir.

Araşdırma zamanı müəyyən edilir ki, Rəşid Qasımovu kirayədə yaşayan Emin Babaşlının qohumu Coşqun Babaşov öldürüb və hadisə yerindən uzaqlaşıb. Cinayəti törədən şəxs Bərdə rayonun Nazirli kəndində saxlanılaraq, Bakıya gətirilib və istintaqa təqdim edilib. Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Rəşid Qasımovun meyitində 23 ədəd yara aşkar edilib.

Qonşu arvadın telefon nömrəsinə görə qanına qəltan etdilər - BAKIDA ŞOK CİNAYƏTLent.az sözügedən qətl hadisəsinin istintaq materiallarını əldə edib

İstintaqla müəyyən edilib ki, iyunun 6-sı gecə saat 1 radələrində evin həyətində təklikdə söhbət edərkən Rəşid Qasımov Coşqun Babaşovdan qohumu Emin Babaşlının arvadı Aytac Əhmədovanın mobil telefon nömrəsini istəyib.

Bu zəmində aralarında yaranmış münaqişə zamanı, Babaşov mətbəx bıçağı ilə Qasımovun bədəninə zərbələr vurub. R. Qasımov döşəmənin üzərinə yıxılsa da, C. Babaşov xuliqanlıq hərəkətlərini davam etdirərək, yerdə hərəkətsiz qalan şəxsə çoxsaylı zərbələr endirib. Bununla da o, zərərçəkmişi öldürüb.

Qonşu arvadın telefon nömrəsinə görə qanına qəltan etdilər - BAKIDA ŞOK CİNAYƏTİş üzrə dindirilmiş Coşqun Babaşov bildirib ki, 2019-cu il mayın 24-də işləmək məqsədi ilə rayondan Bakıya gəlib. Bibisi oğlu Emin Babaşlının kirayədə yaşadığı Zabrat qəsəbəsində yerləşən evdə qalıb:

"Emin orda həyat yoldaşı Aytac və azyaşlı oğlu Rəsulla birlikdə yaşayıb. Məhəmmədi kəndində yeni tikilən binaların suvaq işlərini görürdüm. Rəşid Qasımov Eminin kirayədə yaşadığı evin yiyəsi idi. Onu 2-3 dəfə görmüşdüm. İyunun 5-i saat 20 radələrində Eminlə işdən qayıdarkən, bibim oğlu marketdən bir şüşə araq aldı. Emin neçə vaxtı ev yiyəsi Rəşidə qonaqlıq söz verdiyini deyərək, onu da dəvət etmişdi. Bir azdan Rəşid yaşadığımız evə gəldi, birlikdə yeyib-içdik. Eminin həyat yoldaşı bizə qulluq edirdi. Bir neçə saatdan sonra Rəşid yeyib-içməyi öz evlərində davam etdirməyimizi təklif etdi. Razılaşaraq birlikdə bitişik həyətdə yerləşən evə keçdik. Orda əlavə, Rəşidin aldığı yarım litrlik arağı içdik. Emin gedəndən sonra, gecə saat 1 radələrində həyətdə siqaret çəkərkən Rəşid mənə evə qadın çağırmağı təklif etdi".

Qonşu arvadın telefon nömrəsinə görə qanına qəltan etdilər - BAKIDA ŞOK CİNAYƏTBundan sonra Rəşid çoxdandır Eminin arvadından xoşu gəldiyini bildirib və ondan Aytacın mobil nömrəsini istəyib. Rəşidin sözləri pis təsir etdiyindən, ona danışığına fikir verməsini, qadının onun nəvəsi yaşında olduğunu deyib:

"Mətbəx bıçağını götürən Qasımov üzərimə gələndə, cəld, sol əlimlə sağ biləyindən tutub, sağ əlimlə ondan kəsici aləti aldım. Qarnına vurduğum xəsarətlərin təsirindən Rəşid arxası üstə yerə yıxıldı. Bundan sonra neçə bıçaq vurmağımdan xəbəri olmadı. Əlimdə bıçaqla Eminin yaşadığı evə getdim, qapını döyəndə qapını Aytac açdı. Üst-başımın və əlimdəki bıçağın qanlı olduğunu görən qadına ev sahibini öldürdüyümü dedim. Emini yuxudan oyatdım. Dedim ki, arvadının telefon nömrəsini istədiyinə görə Rəşidi qətlə yetirdim. Qapıdan çıxanda qohumuna gedib Qasımova baxmasını söylədim. Yolla piyada gedərkən, çörək sexinin yanında bıçağı atdım. Sabunçu qəsəbəsindən taksi ilə "Koroğlu" metrostansiyasına, metro ilə avtovağzala, ordan da digər taksi ilə Bərdə rayonuna, babamın evinə getdim. İyunun 6-ı saat 13 radələrində atam orada gəlib, polis əməkdaşlarının məni axtardıqlarını dedi".

Qonşu arvadın telefon nömrəsinə görə qanına qəltan etdilər - BAKIDA ŞOK CİNAYƏTŞahid Emin Babaşlı ifadəsində göstərib ki, dayısı oğlu Coşqun gecə saat 1 radələrində onu yuxudan oyatdıqda əlində qanlı bıçaq görüb, mətbəxdə arvadının yüksək səslə ağlamasını eşidib:

"Nə baş verdiyini soruşanda, qohumum dedi ki, mətbəxdə oturub yeyib-içərkən, Rəşid Aytacdan xoşu gəldiyini söyləyərək, onun mobil nömrəsini istəyib. Həmin sözlərindən sonra Coşqun əsəbi halda evin həyətində bıçaqla xəsarətlər yetirərək, Rəşidi öldürdüyünü bildirib. Coşqun gedəndən sonra, küçəyə çıxıb Rəşidin evinin qapısını açdım ki, onun sözlərinin doğru olub-olmadığını öyrənim. Artıq qonşular səsə oyanmışdı, təcili tibbi yardıma və polisə məlumat verilmişdi. Baş verənlərdən qorxduğum üçün kirayə qaldığım evdən getmək qərarına gəldim. Ailəsi ilə birlikdə evdən çıxıb gedədə, mənə yaxınlaşan polis əməkdaşlarına hadisə barədə bildiklərimi danışdım".

Qonşu arvadın telefon nömrəsinə görə qanına qəltan etdilər - BAKIDA ŞOK CİNAYƏTEmin Babaşlı qeyd edib ki, Aytaca qarşı Rəşidin hər hansı əxlaqsız hərəkətini görməyib.

Şahid Suğra Qasımova ifadəsində göstərib ki, həyat yoldaşı Rəşid Qasımov təxminən 25 ildən artıq müddət ərzində Rusiya Müdafiə Nazirliyinin hərbi hissəsində xidmət edib. Bir neçə il əvvəl ordudan tərxis olunub. Təqaüdçü olub:

"2019-cu il iyunun 6-da ərimin qətlə yetirilməsindən xəbərim olmayıb. Həmin gün mənə baldızım zəng edərək Rəşidin öldürülməsi barədə məlumat verdi. Hadisə yerinə gələndə yoldaşımın meyiti həyətdə idi. Rəşidin pula görə öldürüldüyünü ehtimal edirəm. Amma əlimdə konkret fakt və sübut yoxdur".

Qonşu arvadın telefon nömrəsinə görə qanına qəltan etdilər - BAKIDA ŞOK CİNAYƏTŞahid Rəşad Hüseynov bildirib ki, Rəşid Qasımov onun kirayədə yaşadığı evin mülkiyyətçisi olub. Ondan başqa qonşuluqda daha 2 kirayənişini yaşayıb:

"İyunun 5-i saat 20 radələrində işdən evə gələndə qonşum Emin Babaşlının həyətindən uca səslər eşitdim. Səsdən Rəşidgilin yeyib-içdiyini hiss etdim. Ev sahibinə salam verdikdə, Rəşid məni yanlarına çağırdı, mən isə hasarın bu tərəfindən işdən gəldiyimi və dincəlmək istədiyimi dedim. Saat 1 radələrində qonşumun evindən gələn səsə oyandım. Küçəyə çıxanda, Rəşidin həyət qapısının açıq olduğunu görüb, ora yaxınlaşdım. Görüb ki, qonşum üzü üstə yerdə uzanıb və ətrafı qandır. Dərhal mobil telefonumdan Təcili Tibbi Yardıma zəng edərək, məlumat verdim".

Polis əməkdaşları gələnədək, Rəşidin evindən mələfə gətirib, onu yerə sərib, meyiti arxası üstə çeviriblər.

Qonşu arvadın telefon nömrəsinə görə qanına qəltan etdilər - BAKIDA ŞOK CİNAYƏTBakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1996-cı il təvəllüdlü Coşqun Babaşov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 4173   Tarix: 18 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi - Həkimdən şikayətçidir

Bakı şəhər sakini Ərəstun Rzayev martın 23-ü vəfat edən oğlunun həkim səhlənkarlığının qurbanı olduğunu iddia edir. "Qafqazinfo"ya müraciət edən Ə.Rzayev 34 yaşlı övladının ölümündən 12 gün əvvəl əməliyyat edildiyini bildirib. O, oğlu Adil Rzayevin ölümü ilə bağlı obyektiv araşdırma aparılmasın

24 aprel
.

İlham Haqverdiyev azadlığa buraxıldı

Müdafiə Nazirliyinin (MN) "İstirahət evi"nin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi mayor İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxılıb. "Report"a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə ela

1 may
.

Zamin Zəkiyə hökm oxunub

"QHT işi" üzrə ittiham olunanlardan biri - sosial işçi və hüquq müdafiəçisi Zamin Zəkinin cinayət işi üzrə məhkəməsi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən son iclasda hökm oxunaraq Zamin Zəki 7 il 6 ay müddətinə azadlıqda

11 mart
.

Əhməd Əhmədov tibb müəssisəsindən azadlığa buraxılıb? - RƏSMİ

"Bəzi sosial şəbəkə subyektləri tərəfindən 13.02.2024-cü il tarixdə paytaxtın Xətai rayonunda 5 nəfər ailə üzvünü qəsdən öldürmüş Əhməd Əhmədovun saxlanıldığı tibb müəssisəsindən azad olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb". xəbər verir ki, bu barədə Baş Prokurorluq məluma

21 aprel
.

Dəhşətli cinayət: Ana torpağa basdırılmış, oğlu güllələnmiş halda tapıldı

Hatayın İskenderun rayonunda baş verən dəhşətli hadisə nəticəsində ana və oğlu ölü halda tapılıb. türk mediasına istinadən xəbər verir ki, sözügedən ərazidə heyvan otaran çoban torpaq üzərində meyit aşkar edərək vəziyyət barədə jandarmaya məlumat verib. Hadisə yerinə cəlb olunan əməkdaşlar tərəfində

16 aprel
.

Ərini öldürən qadına və sevgilsinə AĞIR CƏZA

Sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasovanın və Zahir Soltanovun cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, Leyla Abbasova 15 il, Zahi

16 aprel
.

60 gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı

Salyan rayonunda bu il yanvarın 31-dən itkin düşən şəxsin meyiti aşkar edilib. "Qafqazinfo"nun məlumatına görə, meyit Salyan-Neftçala yolu yaxınlığında, rayonun Kürqaraqaşlı kəndi ərazisində yerləşən kollektordan tapılıb. İlkin araşdırma nəticəsində meyitin Salyan şəhər sakini, 85 yaşlı Rafae

1 aprel
.

10 yaşlı məktəblini dərsə gedərkən it qapdı

Biləsuvar rayonunda məktəbli oğlan sahibsiz itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Belə ki, 10 yaşlı Q.Y. məktəbə gedərkən yolda it ona hücum edib. Uşaq ayaq nahiyəsindən xəsarət alıb. Yaralı dərhal rayon xəstəxanasına çatdırılıb, ona zərur

2 aprel
.

Həmin şagird həbs edildi

Bakıda sinif yoldaşına yanıq xəsarəti yetirməkdə ittiham olunan məktəbli cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, o bu gün məhkəmə qarşısına çıxarılıb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, 286 nömrəl

22 aprel