Türkiyədə dünyanın ən hündür asma körpüsü açıldı - FOTO
Bu gün Çanaqqala Zəfərinin 107-ci ildönümü münasibətilə Türkiyədə keçirilən tədbirlər çərçivəsində "1915 Çanaqqala" körpüsünün açılışı olub.
"Qafqazinfo" xəbər verir ki, açılış mərasimində Türkiyənin dövlət rəsmiləri ilə yanaşı xarici qonaqlar, o cümlədən Cənubi Koreyanın Baş naziri Kim Bu Gyom da iştirak edib.
Tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dörd il əvvəl təməli atılan və inşası nəzərdə tutulan tarixdən bir il əvvəl başa çatan körpünün tikintisində beş mindən artıq canlı və 740 iş qüvvəsinin iştirak etdiyini bildirib.
Prezident R.T.Ərdoğan hakimiyyəti dövrü ərzində həyata keçirilən irimiqyaslı layihələr və onların Türkiyə üçün əhəmiyyətindən danışıb.
Sonra körpünün rəsmi açılışı olub.
Türkiyənin Çanaqqala vilayətinin Lapseki və Gelibolu rayonları arasında inşa edilən "1915 Çanaqqala" körpüsü Çanaqqala boğazının ilk, Mərmərə bölgəsinin isə beşinci asma körpüsü olacaq.
Dünyanın iki dayaq nöqtəsinə görə ən uzun orta aşırımlı körpüsü olan "1915 Çanaqqala" 1052 sensorla izlənəcək ki, bu da dünyadakı körpülər arasında bir ilkdir. Bundan əlavə, türk bayrağını təmsil edən qırmızı-ağ rəngli 334 metrlik dayaqları olan bu tikili dünyanın ən hündür asma körpüsüdür.
Mərmərə və Egey bölgələrindəki limanları, dəmir yolu və hava nəqliyyatı sistemlərini quru nəqliyyat layihələrinə inteqrasiya edən körpü, Türkiyənin dünya nəqliyyat və logistika sektorları baxımından strateji mövqeyinə mühüm infrastruktur dəstəyi verəcək.
"1915 Çanaqqala" körpüsünün turizm və nəqliyyat sektorları baxımından da böyük əhəmiyyət kəsb etməklə yanaşı, bölgə iqtisadiyyatına əhəmiyyətli töhfə verəcəyi gözlənilir.

Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1804 Tarix: 18 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp İranı ABŞ-la münaqişəyə başlamaqda günahlandırır
ABŞ prezidenti Donald Tramp iki ölkə arasında münaqişənin başlanmasında İranın məsuliyyət daşıdığını bildirib. xəbər verir ki, Tramp Missisipidə keçirilən seçki kampaniyası mitinqində deyib: "Biz İranla müharibəyə başlamadıq. İran bizimlə müharibəyə başladı". Amerika lideri bir daha Tehranı
27 oktyabrAvropa KİV-i Zukerberqə qarşı çıxdı
"Facebook", "Instagram" və "WhatsApp" platformalarının sahibi olan "Meta" şirkəti məhsullarından istifadə şərtlərini dəyişməyi planlaşdırır. Yeni qaydalara əsasən, "Meta" sosial şəbəkələrində səhifəsi olan istənilən təşkilat bütün materiallarından kommersiy
28 oktyabrDünya kritik iqlim həddini əldən verdi: BMT-dən yeni xəbərdarlıq
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) qlobal temperatur artımını sənaye öncəsi dövrlə müqayisədə 1,5 dərəcədə saxlamaq məqsədinin mövcud şərtlərdə real olmadığını açıqlayıb. Qurumun hesablamalarına görə, kifayət qədər tədbir görülməzsə, temperatur artımı əsrin sonuna qədər 2,
26 oktyabrABŞ İsrailə əlavə "Patriot" hava hücumundan müdafiə sistemi göndərəcək
ABŞ İsrailin raket hücumlarından müdafiəsini gücləndirmək məqsədilə Texas ştatından ölkəyə əlavə "Patriot" zenit-raket kompleksi göndərmək qərarına gəlib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, noyabr ayında Yaxı
28 oktyabrZelenskinin "sağ əli" Uitkoffla mübahisə etdiyini təkzib etdi
Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov oktyabrın 9-da Floridada keçirilən danışıqlarda ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla mübahisə etməsi barədə məlumatları təkzib edib. xəbər verir ki, Budanov bu barədə "RBK-Ukrayna"ya açıqlamasında bildirib. "Ünsiyyətin təfərrüatlar
28 oktyabrBill Qeytsdən proqnoz: Süni intellektin əvəz etməyəcəyi peşələr (SİYAHI)
"Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeyts hesab edir ki, süni intellektin sürətli inkişafı fonunda yalnız bir neçə peşəyə tələbat sabit qalacaq. Bu arada "Microsoft" süni intellekt infrastrukturu sahəsinə investisiyalar fonunda 60 min əməkdaşına könüllü olaraq işdən ayrılmağ
28 oktyabrBuzlaşma dövrü əvəzinə qlobal istiləşmə - Yeni araşdırma
Yer kürəsində təxminən 2 min il əvvəl başlayan təbii soyuma prosesi sənaye inqilabından sonra istiqamətini dəyişib. Alimlərin fikrincə, insan fəaliyyəti nəticəsində atmosferdə istixana qazlarının artması planetin uzunmüddətli iqlim dövrlərinə təsir göstərərək buzlaqların genişlənməsini dayandırıb. Qaynarinf
26 oktyabr