Bakıda lüks avtomobillə avtoxuliqanlıq edən sürücü həbs olundu
Bakıda ardıcıl yol kobud qayda pozuntuları edən və polislərin saxla əmrinə tabe olmayan sürücü inzibati qaydada həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, paytaxtın Səbail rayonunda "Range Rover" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozaraq qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxıb.
Daha sonra sürücü yol polisinin "Saxla" əmrinə tabe olmayaraq hərəkətini davam etdirib. Həmin sürücü Xətai rayonu "Neapol" dairəsi adlanan ərazidə də kobud qayda pozuntusuna yol verərək polisin saxla işarəsinə məhəl qoymayıb. Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin sürücünün şəxsiyyəti müəyyənləşdirilib.
Məlum olub ki, sürücü paytaxt sakini Orxan Əyyubovdur və o, saxlanılaraq Polis Şöbəsinə gətirilib. Sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. O.Əyyubov məhkəmənin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1123 Tarix: 19 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İmişlidə kişi dəm qazından boğulub
İmişlidə kişi dəm qazından boğularaq ölüb. "Report" xəbər verir ki, hadisə rayonun Çahar kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1969-cu il təvəllüdlü Mehman Məmməd oğlu Nəsirov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırm
27 dekabrBakıda yük avtomobili yeniyetməni vuraraq öldürüb
Bakıda yük avtomobili yeniyetməni vuraraq öldürüb. "Report" xəbər verir ki, hadisə Qaradağ rayonunda, Səngəçal-Umbakı avtomobil yolunda qeydə alınıb. Belə ki, Rəsul Rəşad oğlu Xəlilovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili yolu keçən, 2009-cu il təvəllüdlü Xəlil Ceyhun oğl
27 dekabrÇində Milad ağacı yandı - "Müsəlmanlar yandırdı" iddiası yalan çıxdı
İngiltərədə sosial mediada yayılmış və müsəlmanların yandırdığı iddia edilən Milad ağacına dair görüntülər geniş müzakirə yaradıb. Video 200 mindən çox baxış toplayıb, lakin gerçək qısa müddət ərzində üzə çıxıb. xarici mediaya istinadən xəbər verir ki, videonun 2024-cü ilin dekabrından bəri yayıldığ
26 dekabrBiləsuvarda toy karvanında ölən BACILARIN FOTOSU
Xəbər verdiyimiz kimi, dünən Biləsuvar rayonunda dəhşətli qəza baş verib. -a istinadən bildirir ki, hadisə nəticəsində 2 bacı, 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və 2003-cü il təvəllüdlü Aynur Rüstəmlinin həkiməqədər ölüm faktı qeydə alınıb. Onların fotolarını təqdim edirik:
28 dekabrXƏBƏRDARLIQ! Bu tarixdən GÜCLÜ KÜLƏK ƏSƏCƏK
Dekabrın 28-29-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Xızı, Xaçmaz, Qusar
27 dekabrSalyanda kişi qısqanc sevgilisini döyüb dişlədi
Salyanda kişi onu qısqanan sevgilisini dişləyib. -a istinadən xəbər verir ki, hadisə Qaraçala qəsəbəsində baş verib. İttiham aktına görə, qəsəbə sakini olan qadın sevgilisi, 32 yaşlı Elgün Muradovu (ad və soyad şərtidir) qısqanıb. Belə ki, o, Elgünə dəfələrlə zəng etsə də, əlaqə saxlaya bilməyib və onu
27 dekabr