Qaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirib
Qaxın Zəyəm kəndində məktəbdə yıxılan şagird xəsarət alıb.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, kənd sakini 2012-ci il təvəllüdlü İ.Mustafazadə təhsil aldığı Zəyəm kənd tam orta məktəbində yıxılaraq xəsarət alıb.
9-cü sinif şagirdi olan İ. Mustafazadə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. Ona ilkin tibbi yardım göstərildikdən sonra kompyuter tomoqrafiya müayinəsi olunmaq üçün Zaqataladakı özəl tibb müəssisəsinə göndərilib. Yeniyetməyə beyin silkələnməsi diaqnozu qoyulub, müalicəsi Qax RMX-də davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, oktyabrın 20-si Qax rayonu Əmran Cabbaroğlu adına Zəyəm kənd tam orta ümumtəhsil məktəbində IX sinifdə təhsil alan 2 şagird arasında tənəffüs zamanı baş vermiş mübahisə nəticəsində məktəblilərdən biri digərinə xəsarət yetirib. Qeyd olunub ki, hadisə ilə bağlı dərhal təcili tibbi yardım xidmətinə, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib: "Təcili yardım xidmətinin əməkdaşları tərəfindən xəsarət almış şagirdə məktəbdə ilkin tibbi yardım göstərilib, daha sonra o, müvafiq tibb müəssisəsinə yönləndirilib.
Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb. Şagirdin sağlamlıq vəziyyəti məktəb və regional təhsil idarəsi tərəfindən izlənilir".
TƏBİB-dən verilən məlumata görə, bu gün saat 10:50 radələrində xəsarət alması səbəbilə 2012-ci il təvəllüdlü yeniyetmə Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona baş-beyin silkələnməsi diaqnozu təyin olunub. Hazırda onun müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 135 Tarix: 20 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində ana və iki azyaşlı övladı xəsarət alıb. Yaralılar 30 yaşlı A.Həsənova, 5 yaşlı U.Məmmədli və 3 yaşlı N.Məmmədlidir. Onlar xəstəxanay
18 oktyabr14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabrQız nişanlısı ilə olan fotolara görə toyu ləğv etdi
Ukraynalı qadın nişanlısının onunla birlikdə çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşmaqdan imtina etməsi səbəbindən toyunu ləğv edib. xarici mediaya istinadən xəbər verir ki, Valentina adlı qadının sosial şəbəkələrdə fəal olan nişanlısı onunla birlikdə çəkdirdiyi fotoları paylaşmaq istəməyib. Qadını
18 oktyabrBilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili
14 oktyabrAbşeronda yaşayış binasında partlayış - Foto/Video
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna
4 oktyabrBiləsuvarda ağır qəza: Əsgər ziyarətinə gedən ailənin iki üzvü öldü
Biləsuvar rayonunda iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. xəbər verir ki, qəza nəticəsində ölənlər yeznə və qayınana olublar. Belə ki, əslən Naxçıvan Muxtar Respublikasından olan və Bakı şəhərində yaşayan, 1986-c
17 oktyabr