Abşeronda yaşayış binasında partlayış - Foto/Video
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə hadisə barədə məlumat daxil olduqdan dərhal sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 62 kvadratmetr olan, ikiotaqlı mənzildə yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən edilib.
Partlayış nəticəsində mənzilə ziyan dəyib, bir kvadratmetr sahədə ev əşyaları yanıb və bir nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisənin səbəbləri ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.



Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 174 Tarix: 04 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sel fəlakətindən 5 il sonra evin yalnız damı torpaqdan görünür
Türkiyənin Kastamonu vilayətinin Bozkurt rayonunda 2021-ci ildə baş verən dağıdıcı selin izləri hələ də qalmaqdadır. Bayramqazı kəndində yerləşən üçmərtəbəli binanın demək olar ki, tamamı torpağın altında qalıb, yalnız damı üzə çıxıb. xarici mediaya istinadla xəbər verir ki, 11 avqust 2021-ci ildə Qərb
24 sentyabrİtkin düşən 5 nəfər ötən gün tapılıb
İtkin düşən 5 nəfər ötən gün tapılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirib ki, sentyabrın 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfə
26 sentyabrSabunçuda 10 min manatlıq naqil oğurlayan şəxs saxlanılıb
Sabunçuda 10 min manatlıq naqil oğurlayan şəxs saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sabunçu rayonunda tikilməkdə olan evlərdən dəyəri 100 manat olan elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfində
26 sentyabrDİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"
3 oktyabrToya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
3 oktyabrBakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi
Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkən
3 oktyabrBakıda partlayış: Yeni ailə həyatı quran gənclər xəsarət aldılar
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib. xəbər verir ki, hadisə nəticəsində 2001-ci il təvəllüdlü Soltan Əflatun oğlu Rəhimov və onun həyat yoldaşı, 2006-cı il təvəllüdlü Məhrəngiz Seymur qızı Məmmədova xəsarət alıblar. İlkin məlumata görə, partlayış evi
22 sentyabr