Bu məhsullarda 30-40 faiz BAHALAŞMA
Azərbaycanda 2022-ci ildə də ərzaq qiymətlərində yüksək artım müşahidə edilir.
Sonxeber.az Redaktor.az-a istinadən xəbər verir ki, rəsmi məlumatlara əsasən, bu ilin fevralında ərzaq qiymətləri ötən ilin fevralı ilə müqayisədə 17,5 faiz artıb. Ərzaqda bahalaşma digər məhsul qrupları ilə müqayisədə çox yüksək olub.
Bəs, hansı əsas ərzaq məhsullarının qiymətində artım daha böyükdür?
Sfera.az bildirir ki, bu ilin fevralında əsas ərzaq məhsulları arasında ən çox bahalaşma ağ kələmdə qeydə alınıb. Ağ kələmin qiyməti son bir ildə 2,5 dəfə artıb. Ötən ilin fevralında bir kiloqramı orta hesabla 0,5 manat olan ağ kələmin dəyəri bu ilin fevralında 1,25 manat olub. Bahalaşma sürətinə görə ikinci sırada pomidor dayanır. İl ərzində pomidorun qiyməti 1,8 dəfə (80 faiz) artaraq 2,05 manatdan 3,7 manata yüksəlib. Bu il pomidorun qiymətinin sürətlə artması Azərbaycandan Rusiyaya ixracın yenidən artımı ilə bağlıdır. Xaricə daha çox məhsulun göndərilməsi ölkə daxilində məhsul azlığı yaratdığından qiymətlər yüksəlir.
Bu ilin daha çox bahalaşan əsas ərzaq məhsulları arasında çörəklərin də xüsusi payı var. Cari ildə bütün növ çörəklərin qiyməti 30 faiz və daha çox artıb.
O cümlədən, əla növ buğda çörəyinin bir kiloqramının qiyməti 39,5 faiz artaraq 0,83 manatdan 1,15 manata, çovdar çörəyinin qiyməti 32,4 faiz artaraq 1,23 manatdan 1,63 manata, qarışıq undan bişirilən çörəyin qiyməti isə 30 faiz artaraq 1,1 manatdan 1,43 manata çatıb. Çörəklərin bahalaşmasına unun bahalaşması daha çox təsir edib. İl ərzində unun qiyməti 14,5 faiz artaraq 1,35 manat olub. İkinci çörək hesab edilən kartofun qiymətində də yüksək artım müşahidə edilir. Ötən bir ildə kartofun dəyəri təxminən 28 faiz artıb. Bir il əvvəl qiyməti 0,8 manat olan kartof hazırda 1 manatdan bahadır. Duru yağların qiymətində də artım çox böyükdür. Günəbaxan yağının bir litrinin qiyməti 30 faizdən çox artaraq 3,5 manatdan 4,6 manata yüksəlib. Qarğıdalı yağı isə 22 faizdən çox və ya 1,1 manat bahalaşaraq 6 manata satılır. Adıçəkilən əsas ərzaq məhsullarından başqa bu il kəsmik 18 faiz, banan 21 faiz, badımcan 22 faiz, mərci 31 faiz, quru noxud 34 faiz, dondurulmuş balıqlar 17-24 faiz bahalaşıb
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib
Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA