Nazirlər Kabinetindən anti-inflyasiya qərarı - VİDEO
2022-ci il dekabrın 31-dək Azərbaycanın gömrük ərazisindən 28 adda malın aparılmasının müvəqqəti olaraq tənzimlənməsi, dünya miqyasında nəzərə çarpan qiymət artımı və infilyasiya fonunda həyata keçirilən qabaqlayıcı tədbirdir. Hər bir ölkə iqtisadiyyatının inkişafı, vətəndaşlarının tələbatının ödənilməsi baxımından bu addımı atır.
Cari il dekabrın 31-dək qərarla ixracı tənzimlənən əsas mal və məhsulların, 2021-ci ildə həcmi 81 milyon dollar təşkil edib. Qeyri neft sektoru üzrə ixrac məhsullarının artım dinamikası da kifayət qədər böyükdür. 2020-ci ildə ölkədən 1,8 milyard dollar həcmində qeyri-neft sektoru məhsulu ixrac olunmuşdusa, 2021-ci ildə bu göstərici 2,7 milyard dollar təşkil edib. Hazırda hökumət tərəfindən minimum istehlak səbətinə daxil olan strateji məhsulların nəzarətinin həyata keçirilməsi, ilk növbədə daxildə əhalinin istehlak tələbatının ödənilməsi baxımından vacibdir.
Bu gün ölkəmizdə kifayət qədər qeyri-neft sektoru üzrə məhsullar istehsal olunur. Dövlət Gömrük Komitəsinin rəsmisi onların xarici bazarlarda da satışının həyata keçirilə biləcəyini deyir. Yəni İqtisadiyyat Nazirliyi həmin məhsulların ökədən çıxarılmasına müsbət rəy verə bilər. Qərar heç də ixracın qadağası demək deyil.
Qeyd edək ki, Nazirlər Kabineti "Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında" qərar imzalayıb. Siyahıya 28 adda malın daxil olduğu qərar 2022-ci il dekabrın 31-dək v qüvvədədir. Dövlət Gömrük Komitəsinin rəsmisi dünya miqyasında baş verən hadisələrin fonunda, zərurət yaranacağı təqdirdə bu müddətin uzadılacağını deyir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda ətin qiyməti 19 manat oldu
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin
22 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü
Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8
21 sentyabrBritaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl
21 sentyabrQızıl qiymətlərində son vəziyyət
Azərbaycanda 2026-cı il 2 oktyabr tarixinə olan qızıl qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya - 7106.1105 manat, 1 qram (99 əyyar təmiz qızıl) - 228.47 manat, 1 qram İtalyan qızılı (750 əyyar) - 171.52 manat, 1 qram Türk qızılı (585 əyyar) - 133.79 manat, | 1 qram Rus qızıl
2 oktyabrİqtisadçı ekspert vəfat etdi
İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatını
29 sentyabrAzərbaycan buğda idxalına çəkdiyi xərci 13 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 185 milyon 174 min ABŞ dolları dəyərində 841 min 677,9 ton buğda idxal edib. bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən buğdanın dəyəri 21,6 milyon ABŞ dolları və ya 13,2 %, həcm
24 sentyabrTaxtakörpü su anbarında istehsal edilən enerjinin həcmi açıqlanıb
Şabran rayonu ərazisində Samur çayı, Taxtakörpü su anbarının üzərində tikilən "Taxtakörpü" Su Elektrik Stansiyasında (SES) istismara verildiyi tarixdən bu ilin sentyabrın 1-nə 675,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu barədə -a Energetika Nazirliyindən məlumat verilib. Bildirili
28 sentyabrƏmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,
1 oktyabrMinimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılmasını nəzərdə tutulur. Millət vəkili Vüqar Bayramov bilidirib ki, dövlət başçısı tərəfindən 2026-cı ilin fevralınd
30 sentyabr