Müəllimlərin müsahibə mərhələsinin keçiriləcəyi tarixlər açıqlandı
Müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərin iş yerinin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsi ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərildi.
Namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə mərhələsinin keçiriləcəyi tarix, saat və məkanla bağlı məlumatlarla tanış ola bilərlər. Müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə keçirilən müsabiqənin müsahibə mərhələsinə 4 aprel tarixindən etibarən start veriləcək və müsahibələr 7 aprel tarixinədək davam edəcək. Müsahibə mərhələsində iştirak edəcək namizədlərə şəxsi səhifələrində yerləşdirilən təlimatla tanış olmaq və müsahibə mərhələsinə gələrkən təlimatda qeyd olunan məsələləri nəzərə almaq tövsiyə olunur. Eyni zamanda müsahibə iştirakçıları aşağıdakı linkə daxil olaraq təlimatla tanış ola bilərlər:
https://bit.ly/34PYD2i
Qeyd edək ki, cari tədris ili üzrə müddətli müqavilə əsasında işə qəbul olmuş namizədlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə həyata keçirilən müsabiqənin elektron qeydiyyat mərhələsi 1-7 mart tarixlərində keçirilib və müsabiqədə iştirak etmək üçün 2717 namizəd müraciət edib. Namizədlərin elektron ərizələri emal edildikdən sonra qeydiyyatdan keçən namizədlərdən 2033 nəfər müsahibə mərhələsində iştirak etmək imkanı qazanıb.
Müsahibə mərhələsində iştirak edəcək namizədlərə uğurlar arzulayırıq!
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1155 Tarix: 19 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Salyanda ağır qəza, ölən var - Video
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə
23 oktyabr"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21 oktyabrSüni intellekt indi də oğurluq etdi
"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut
21 oktyabrSağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI
İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl
23 oktyabrLeyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin
22 oktyabrİş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə
21 oktyabrXəyyamın beşinci övladı doğulub
Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"
21 oktyabr