Hüseyni girov götürənlər şərtlərini AÇIQLADILAR
Neftçalalı tələbənin Ukraynada rus əsgərləri tərəfindən girov götürüldüyü iddia olunur.
Sonxeber.az Reporta-a istinadla xəbər verir ki, rayonun Tatarməhlə kənd sakini, 2002-ci il təvəllüdlü Hüseyn Amin oğlu Abdullayev orta təhsilini başa vurduqdan sonra Ukraynanın Mariupol Dövlət Universitetinə qəbul olub.
Doğmalarının dediyinə görə, artıq üç ildir universitet tələbəsi olan H.Abdullayev srağagün Mariupol şəhərində rus ordusunun əsgərləri tərəfindən girov götürülüb.
Hazırda tələbənin valideynləri və digər doğmaları çox narahatdır.
Onlar H.Abdullayevin xilas edilməsi üçün dövlətdən yardım istəyirlər.
***
Ukraynada rus əsgərlərinin girovluğunda olduğu iddia edilən neftçalalı tələbəni atası ilə danışdırıblar.
Bu barədə tələbənin atası Amin Abdullayev məlumat verib.
"Mariupol Universitetinin 3-cü kurs tələbəsi olan oğlum - Abdullayev Hüseyn Amin oğlu bildirdi ki, sığınacaqdan çıxaraq şəhəri tərk etmək istəyərkən avtomaşında olan şəxslərlə birgə maskalı hərbçilər tərəfindən saxlanılıb.
Oğlumun telefonuna cavab verən şəxslər Qafqaz ləhcəsində, amma rus dilində danışırdılar. Hüseyni girov götürmüş şəxslər yaxın saatlarda şərtlərini açıqlayacaqlar".
***
Ukraynada rus əsgərlərinin girovluğunda olduğu iddia edilən 20 yaşlı neftçalalı tələbə Hüseyn Abdullayevi anası ilə danışdırıblar.
Tələbəni girov götürənlər bu səhər danışıqlarında onunla bağlı qərarlarını yaxın saatlarda bildirəcəklərini desələr də, sonradan komandanlığın əmrini gözlədiklərini vurğulayıblar.
Tələbənin anası ağladığı üçün danışıq yarıda kəsilib.
***
Ukraynada Azərbaycanın Neftçala rayonundan olan tələbə Hüseyn Abdullayevi girov götürənlər onun qaytarılma şərtini açıqlayıblar.
Bu barədə tələbənin əmisi Cahid Abdullayev bildirib.
"Bir saat bundan öncə qardaşım oğlu Hüseyn Abdullayevi girov götürənlər mənimlə telefonla əlaqə saxladılar. Dedilər ki, Ukraynada bizim əsirlər var. Əsirlər dəyişdirilən zaman Abdullayevi də rus əsirinə dəyişə bilərik" - deyə Cahid Abdullayev bildirib.
Qeyd edək ki, Neftçalanın Tatarməhlə kəndində doğulan 2002-ci il təvəllüdlü Abdullayev Hüseyn Amil oğlu Ukraynanı Mariupol Dövlət Universitetinin III kurs tələbəsidir. Srağagün universitetin yataqxanasının zirzəmisində gizlənən H. Abdullayev Azərbaycana qayıtmaq istəyərkən rus əsgərləri tərəfindən girov götürülüb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
Ardıcıl ikinci dəfə dünyanın yaşamaq üçün ən yaxşı şəhəri seçildi (SİYAHI)
Dəniz sahilində açan bu çiçəyi qoparanları yüksək məbləğdə cərimə gözləyir - VİDEO
Milli Məclisin iclası başlayıb, gündəlikdə 22 məsələ var
13 nömrəli sürücü yaranmış narahatlığa görə sərnişinlərdən üzr istədi - AÇIQLAMA
Türkiyədə yediyi yeməyin dadı damağında qaldı: Tramp Ağ ev üçün resept istədi
İyun ayı tarixə düşdü
Məktəbli forması ilə bağlı YENİ DƏYİŞİKLİKLƏR
Qulaqdibi xəstəliyi ilə bağlı - Rəsmi açıqlama
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
Partlayışda ölən Zəhranın valideynləri də vəfat etdi - Yenilənib
Avqustda neçə gün iş olmayacaq? - TƏQVİM
13 yaşlı qızın hicabla hovuza girməsinə mane olan rus qadın həbs edildi
1968-ci ildə çəkilmiş filmdə... gerçəkləşməkdə olan qorxulu proqnoz var