Bolqarıstan Rusiya qazından imtina etdi, Azərbaycan qazına keçir
Bolqarıstan Ukraynaya hərbi təcavüzə cavab olaraq Rusiya qazından imtina edir, Azərbaycan, Əlcəzair və Qətər qazına keçir.
Bu barədə Bolqarıstanın maliyyə naziri Asen Vasilyev ölkənin Milli radiosuna müsahibəsində deyib. Onun sözlərinə görə, Bolqarıstan "Qazprom"la müqaviləni uzatmayacaq. Müqavilə 2022-ci ilin iyulunda başa çatır. Vasilyev bu qərarın Ukrayna ətrafındakı situasiya və Rusiyanın bu ölkəyə qarşı hərbi təcavüzü ilə bağlı olduğunu deyib.
Bolqarıstan Rusiya qazından imtina edərək öz tələbatını Əlcəzair və Qətərdən sıxılmış qaz alaraq, eləcə də Azərbaycandan qaz təchizatını artıraraq ödəyəcək.
"Belə vəziyyətdə müqavilənin uzadılmasına dair "Qazprom"a heç bir danışıqlardan söhbət gedə bilməz. Bolqarıstan enerji resurslarını Qətər və Əlcəzair kimi alternativ təchizatçılardan ödəyəcək. Habelə Yunanıstan və Türkiyə ilə mövcud infrastrukturu işə salaraq sıxılmış təbii qaz alacaq, o cümlədən Azərbaycandan qaz idxalını artıracaq", - nazir bildirib.
Xatırladaq ki, Azərbaycan 2013-cü ildə bağlanmış müqavilə əsasında TAP kəməri üzərindən Bolqarıstana ildə 1 milyard kubmetr qaz təchiz etməlidir. Lakin TAP kəməri 2020-ci ilin sonunda işə düşsə də Yunanıstandakı və Bolqarıstandakı rusiyameylli qüvvələrin Yunanıstan-Bolqarıstan interkonnektor qaz kəmərinin tikintisini illərlə ləngitməsi ucbatından bu qaz tam həcmdə Bolqarıstana daxil ola bilmirdi.
Bolqarıstanda Rusiyaya bağlı siyasi qüvvələrin seçkiləri uduzmasından və yeni koalisiyanın hakimiyyətə gəlməsindən sonra rəsmi Sofiya interkonnektor kəmərini tikən yunan şirkətinin qarşısında işlərin 2022-ci ilin iyun ayına qədər tamamlanmasını qəti tələb kimi qoyub. Bu da həmin tarixdən etibarən Azərbaycandan nəzərdə tutulan 1 milyard kubmetr qazın hamısını əldə etməyə imkan verəcək. Bu isə Bolqarıstanın qaza olan tələbatının təxminən 30 faizi qədərdir. (Xatırladaq ki, Bolqarıstanın "Bulgargaz" şirkətinin rəhbərliyi Rusiya ilə gizli sövdələşmələrə görə işdən uzaqlaşdırılıb və barələrində cinayət işi qaldırılıb, o cümlədən keçmiş baş nazir Boyko Borisov bu günlərdə korrupsiya əməllərinə görə həbs olunub.)
Bundan əvvəl Polşa da Rusiya qazından imtina etmək planını açıqlamışdı. Polşanın baş naziri Mateuş Moravetski martın 18-də bildirib ki, ölkə iqtisadiyyatının "derusifikasiyası" proqramı başladılır. Bu proqram Rusiya neftindən və qazından imtinanı da nəzərdə tutur. Polşa hökumətinin strateji energetika infrastrukturu üzrə nümayəndəsi Petr Naimski isə bildirib ki, Rusiya ilə qaz təchizatına dair uzunmüddətli müqavilənin müddəti bu il başa çatır və həmin müqavilə uzadılmayacaq. Hazırda Polşa Rusiyadan müqavilə üzrə göstərilmiş həcmin yarısı qədər qaz alırvə onu alternativ mənbələrin hesabına təmin etmək imkanı var. Polşanın milli energetika şirkəti PGNiG artıq bununla bağlı danışıqlar aparır./virtualaz
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda ətin qiyməti 19 manat oldu
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin
22 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü
Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8
21 sentyabrBritaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl
21 sentyabrQızıl qiymətlərində son vəziyyət
Azərbaycanda 2026-cı il 2 oktyabr tarixinə olan qızıl qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya - 7106.1105 manat, 1 qram (99 əyyar təmiz qızıl) - 228.47 manat, 1 qram İtalyan qızılı (750 əyyar) - 171.52 manat, 1 qram Türk qızılı (585 əyyar) - 133.79 manat, | 1 qram Rus qızıl
2 oktyabrİqtisadçı ekspert vəfat etdi
İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatını
29 sentyabrAzərbaycan buğda idxalına çəkdiyi xərci 13 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 185 milyon 174 min ABŞ dolları dəyərində 841 min 677,9 ton buğda idxal edib. bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən buğdanın dəyəri 21,6 milyon ABŞ dolları və ya 13,2 %, həcm
24 sentyabrTaxtakörpü su anbarında istehsal edilən enerjinin həcmi açıqlanıb
Şabran rayonu ərazisində Samur çayı, Taxtakörpü su anbarının üzərində tikilən "Taxtakörpü" Su Elektrik Stansiyasında (SES) istismara verildiyi tarixdən bu ilin sentyabrın 1-nə 675,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu barədə -a Energetika Nazirliyindən məlumat verilib. Bildirili
28 sentyabrƏmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,
1 oktyabrMinimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
2027-ci ilin fevralınadək minimum əməkhaqqının artacağı gözlənilir. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılmasını nəzərdə tutulur. Millət vəkili Vüqar Bayramov bilidirib ki, dövlət başçısı tərəfindən 2026-cı ilin fevralınd
30 sentyabr