Həkimdən HƏYƏCAN TƏBİLİ : "Siqaretin dadına baxan dörd insandan üçü onun alüdəçisinə çevrilir"
"Siqaret hazırda satışda olan məhsullar içərisində öldürücülüyü məlum olan və bu halda belə satışına icazə verilən bəlkə də yeganə məhsuldur".
Oxu.Az xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan "Çıxışa doğru" proqramında həkim-pulmonoloq Əsəd Beydullayev deyib.
O bildirib ki, gündəlik müraciət edən bir çox pasiyentlər var ki, yaranan xəstəliklərinin birbaşa səbəbi siqaretlə bağlıdır:
"Siqaretin çox qorxulu bir cəhəti var. Yaratdığı xəstəliklər təxminən 50-yaşdan sonra özünü büruzə verməyə başlayır. Ona görə də siqaret çəkən insanlar onun zərərini hiss etmir və özünü digər insanlardan daha gümrah hiss etdiyini deyir. Ancaq zaman gəlib çatanda, geriyə dönüş olmur. Bununla mübarizə aparan insanlar təəssüf ki, uduzur. Çünki siqaret kişilər, qadınlar, eləcə də uşaqlar arasında çox sürətlə yayılır. Təəssüf ki, hazırda uşaqlar və qadınlar arasında siqaret çəkənlərin sayının artdığı müşahidə edilir".
Statistik rəqəmlərə əsasən 12-14 yaşlı uşaqların siqaret çəkməyə başladığını deyən həkim bunu ciddi təhlükə adlandırıb:
"Çünki orta hesabla siqaretin dadına baxan dörd insandan üçü onun alüdəçisinə çevrilir. Bu asılılıq isə bütün ömür boyu davam edir. Təbii ki, gələcəkdə yaşanacaq fəsadları düşünmürlər. Siqaret əksər hallarda psixi deyil, ciddi fiziki asılılıqdır. İnsan düşünür ki, istədiyi zaman siqareti ata bilər, lakin bu belə deyil.
Siqaretin tərkibində olan qatran və nikotin insan orqanizminə çox ciddi ziyan vurur. Təkcə qatranın içərində 4 mindən çox zərərli maddələr var ki, onun 81-i birbaşa konserogen təsirə malikdir və xəstəliklərin yaranmasına zəmin yaradır. Nikotin isə daha çox asılılıq yaradır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2191 Tarix: 21 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Salyanda ağır qəza, ölən var - Video
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə
23 oktyabr"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21 oktyabrSüni intellekt indi də oğurluq etdi
"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut
21 oktyabrSağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI
İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl
23 oktyabrLeyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin
22 oktyabrİş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə
21 oktyabrXəyyamın beşinci övladı doğulub
Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"
21 oktyabr