Azərbaycanda qadın qeysəriyyə əməliyyatından sonra ÖLDÜ
Zaqatala rayonunda qeysəriyyə əməliyyatından sonra ana ölümü baş verib.
APA-nın xəbərinə görə, hadisə ötən gün günorta saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum evində qeydə alınıb.
Zaqatala rayonu Göyəm kənd inzibati ərazisinə aid Çökəkoba kənd sakini, 1995-ci il təvəllüdlü Rəna Eyvaz qızı Ramazanova uşaq dünyaya gətirmək üçün martın 18-də Zaqatala RMX-nin doğum şöbəsinə müraciət edib. Həmin gün Zaqatala RMX-nin doğum şöbəsində Rəna Ramazanovanı müayinə edən ginekoloq həkim Rəna Sultanova ona martın 19-da qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirmək lazım olduğunu bildirib. Əməliyyatla qız uşağı dünyaya gətirən Rəna Ramazanovanın əməliyyatdan bir gün sonra dözülməz ağrıları başlayıb. Lakin həkimlər xəstənin yaxınlarına ciddi bir hal olmadığı bildiriblər.
Qadının vəziyyətinin ağırlaşdığını görən həkimlər martın 21-i səhər saatlarında Rəna Ramazanovanı reanimasiyaya yerləşdiriblər. Bundan bir neçə saat sonra ana dünyasını dəyişib. Mərhumun yaxınları qadının ölümünə həkim səhlənkarlığının səbəb olduğunu iddia edirlər.
Zaqatala RMX-dən APA-ya bildirilib ki, mərhumun meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. İlkin müayinəyə əsasən, ananın ölümünə səbəb tromboemboliya olduğu bildirilir.
Məlumata görə, dünyaya gələn uşağın vəziyyəti normaldır.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 3793 Tarix: 22 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ailənin büdcəsini itirdi, evdə qalmaqal yaşandı - VİDEO
Çində baş verən ailədaxili münaqişə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, yayılan görüntülərə görə, bir kişi həyat yoldaşının ailənin bütün büdcəsini böyük miqdarda gümüş külçəsinə yatıraraq zərərə uğratdığını öyrəndikdən sonra əsəbiləşib. Cütlük arasınd
21 mayBayram təmizliyi faciə ilə nəticələndi: 5-ci mərtəbədən yıxılan qadın öldü
43 yaşlı Nesrin Uğurel bayram təmizliyi zamanı yaşadığı binanın 5-ci mərtəbəsində pəncərə silərkən yıxılıb. xəbər verir ki, ağır xəsarət alan qadın hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının müdaxiləsinə baxmayaraq həyatını itirib. Məlumata görə, hadisə zamanı evdə tək olan qadının pəncərədə
22 mayKeçmiş həyat yoldaşının evini partlatdı - VİDEO
Bursanın İnegöl rayonunda bir şəxs keçmiş həyat yoldaşının yaşadığı evi "Molotov kokteyli" ilə yandırmağa cəhd edib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Mesudiye məhəlləsində yerləşən 4 mərtəbəli binanın birinci mərtəbəsində baş verib. İddialara görə, 45 yaşlı Ferhat G. keçmiş həya
26 mayHakim məhkəmə zalında keçmiş sinif yoldaşı ilə qarşılaşdı - VİDEO
ABŞ-də keçirilən məhkəmə prosesində yaşanan duyğusal anlar sosial şəbəkələrdə diqqət çəkib. xarici mediaya istinadən xəbər verir ki, məhkəmə zamanı hakim və məhkumun illər əvvəl eyni məktəbdə oxuduqları məlum olub. Hakim onun vaxtilə nümunəvi şagird olduğunu və gələcəyi ilə bağlı böyük ümidlər bəsləndiyin
21 may16 yaşlı oğlanı maşınla vurdu - Fotolar
Yevlaxda ağır yol-nəliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə şəhərin Nizami prospektində qeydə alınıb. 1989-cu il təvəllüdlü Süleymanov İslam idarə etdiyi "Toyota" markalı avtomobillə hərəkətdə olarkən 2010-cu il təvəllüdlü piyada Qarayev Sahibi vurub
25 mayAvtomobilində yuxuya gedən kişi, oyananda görmə qabiliyyətini itirdi - VİDEO
Türkiyənin Sakarya şəhərində avtomobilinin oturacaqlarını təmizlədikdən sonra maşında yuxuya gedən 45 yaşlı Yasin Kurtun həyatı bir gecədə dəyişib. Kimyəvi buxar və karbonmonoksit qazından zəhərlənən iki uşaq atası görmə qabiliyyətinin böyük hissəsini itirib. xarici mediaya istinadlla xəbər verir ki
26 mayKəndi su altında qaldı: Yalnız minarənin ucu görünür - VİDEO
Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunda yerləşən Karakurt Barajında su səviyyəsinin 100 faiz doluluğa çatması nəticəsində qədim kənd tamamilə su altında qalıb. türk mediasına istinadən xəbər verir ki, kənddən geriyə yalnız məscidin minarəsinin görünən ucu qalıb. Hadisə bölgədə dron vasitəsil
20 may