Məhkəmə zalından azadlığa buraxılan müttəhim: "Oğurluq edib doğulacaq övladım üçün paltar aldım"

Məhkəmə zalından azadlığa buraxılan müttəhim: "Oğurluq edib doğulacaq övladım üçün paltar aldım"Bakıda marketdən oğurluq edib borcunu qaytaran və doğulacaq övladı üçün paltar alan şəxs məhkəmə zalından azadlığa buraxılıb.

"Qafqazinfo" xəbər verir ki, 1998-ci ildə Beyləqan rayonunda anadan olan Xoşbəxt Əliyev (şərti) Bakının Binəqədi rayonunda azyaşlı övladı və hamilə olan həyat yoldaşı ilə birgə yaşayıb.

İttihama görə, X.Əliyev 2021-ci il yanvarın 17-si səhər saatlarında Baksol yaşayış massivində yerləşən "NAZ" marketdən 90 manat dəyərində kassa aparatını və içindəki 1500 manat pulu oğurlayıb.

Məhkəmədə ifadə verən Xoşbəxt Əliyev deyib ki, oğurluq etdiyi marketin qonşuluğunda yerləşən və Adilə adlı şəxsin işlətdiyi marketdən ərzaq alaraq 90 manat borcu yaranıb: "Nisyə dəftərinə yazdırdım, tezliklə ödəyəcəyimə söz verdim. Bundan sonra Adilə bir neçə dəfə borcunu istədi, iş tapa bilmədiyim üçün pulum yox idi. Sonuncu dəfə o, pulunu istəyəndə yaxınlıqdakı marketdən oğurluq etmək qərarına gəldim.

Gecə saat 4-5 radələrində evdən çıxıb marketə tərəf gəldim. Yan tərəfdən yaxınlaşıb nəfəsliyi əlimlə bərk itələyib açdım və oradan marketin içinə girdim. Kassanın ağzının bağlı olduğunu görüb geri qayıtdım. Sonra kassanın özünü aparmaq qərarına gəldim. Aparatı götürüb oradan uzaqlaşdım və dəmir yol xəttinə getdim. Orada "kubik"lə kassanı əzərək açdım və içindən 615 manat pul çıxdı. Kassanın özünü zibilliyə tulladım. Sonra evə gəldim, Adiləyə olan 90 manat borcumu qaytardım. Qalan pulla evin kirayə pulunu ödədim, evə bir qədər ərzaq, övladıma və doğulacaq övladıma pal-paltar aldım.

İki gün sonra polislər məni tutdu və hər şeyi etiraf etdim. Amma kassadan 1500 manat olması yalandır, orada xırda pullarla birgə cəmi 615 manat vardı".

X.Əliyev istintaqa ilkin ifadəsində həmin marketdən oğurluq etməsini ona Adilənin təklif etdiyini deyib. Məhkəmədə isə bunun belə olmadığını bildirib: "Adilə məndən tez-tez borcunu tələb etdiyi üçün ona acıqlı idim. Buna görə elə ifadə verdim. Adilənin bu işdən xəbəri yox idi".

Oğurluq edilən "NAZ" marketin sahibi məhkəmədə ifadəsində X.Əliyevi bağışladığını deyib və ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.

Məhkəmə materiallarından görünür ki, X.Əliyev yanvarın 20-də saxlanılıb, iki gün sonra həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə çıxarılsa da, təqdimat rədd edilib. Azadlıqda qalan Xoşbəxt istintaqdan yayınıb və 2021-ci il noyabrın 16-da axtarışa verilib. 2022-ci il fevralın 15-də tutularaq həbs edilib.

Məhkəmənin martın 18-də çıxardığı hökmlə X.Əliyevə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. O, məhkəmə zalında həbsdən azadlığa buraxılıb.

X.Əliyev bu müddət ərzində elektron qolbaq taxacaq, o, Bakını tərk edə bilməz və gecə saat 23-dən səhər saat 7-dək yaşadığı evdən çıxa bilməz.

Həmçinin, məhkəmədə məlum olub ki, Xoşbəxt Əliyev 2017-ci ildə də məhkum olunubmuş. O, hərbi xidmətdə olarkən bilə-bilə yalan ifadə verdiyi üçün 500 manat cərimə olunub. Bu cəriməni ödəmədiyinə görə 2019-cu ildə 6 ay elektron qolbaq taxmalı olub.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2726   Tarix: 22 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video

Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c

6 avqust
.

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca

3 avqust
.

Qadınla 17 yaşlı oğlu bıçaqlandı - Şübhəli əridir

Ağdaşda ana-oğul bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Aygün Əhmədovaya və oğlu 17 yaşlı F.Əhmədova bıçaq xəsarəti yetirilib. Hadisəni törətməkdə Aygün Əhmədovanın həyat yoldaşı 1967-ci il təvəllüdlü Arzu Əhmədov şübhəli bilinir. O, polis əməkdaşlar

24 avqust
.

Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib. xəbə

16 sentyabr
.

Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi

Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i

15 sentyabr
.

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı

Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili

31 avqust
.

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl

4 sentyabr
.

Havvaxanım Rüstəmovaya hökm oxundu

"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd

16 sentyabr
.

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI

Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad

28 avqust