Medvedev "xüsusi əməliyyat"a görə bütün məsuliyyəti Putinin üzərinə atıb
Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin başlanması planı Rusiya prezidenti Vladimir Putin tərəfindən həm hazırlanıb, həm də təsdiq edilib.
Bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev "RİA Novosti" nəşrinə müsahibəsində bəyan edib.
"Əməliyyatın gedişi, onun aparılması planı Ali Baş Komandan tərəfindən müəyyən edilir. Konstitusiyaya görə bu, prezidentdir. Prezident öz qiymətlərini verib. Əməliyyat plan üzrə inkişaf edir. Bu plan Ali Baş Komandan tərəfindən hazırlanıb və təsdiq edilib" - Medvedev deyib.
Medvedev Moskva ilə Kiyev arasında danışıqların məqsədini də izah edib: Rusiya üçün bu "xüsusi əməliyyat"ın yönəldiyi nəticələr, Ukrayna üçün isə hər şeydən öncə onun bir dövlət kimi qalması və gələcək inkişafının təmin edilməsidir.
Rusiya məmurlarının belə bəyanatlarını bir çoxları yad ölkədə hərbi əməliyyatlara görə məsuliyyətdən yayınmaq kimi baxır.
Məsələn, Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak qeyd edib ki, Rusiya elitası bu müharibədən uzaq durmağa cəhd edir, çünki hüquqi nəticələrini yaxşı anlayır. Bu "mühüm əlamətdir", o vurğulayıb.
Qeyd edək ki, son günlər Medvedev KİV- lərdə fəal surətdə çıxış edir. Bu, xüsusilə bir çox rəsmi şəxslərin ictimai məkandan yoxa çıxması fonunda nəzərə çarpır.
Məsələn, müdafiə naziri Sergey Şoyqu, bəzi məlumatlara görə, ürək infarktı keçirib. Şoyqudan başqa, Rusiya ordusunun Baş Qərargah rəhbəri Valeri Gerasimovdan soraq yoxdur, Patruşevin, Narışkinin, Bortnikovun, Mişustinin və Rusiyanın güc və iqtisadi blokunun yüksək vəzifəli məmurlarının hətta protokol bəyanatları da eşidilmir. İctimaiyyət qarşısında yalnız Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, XİN rəhbəri Sergey Lavrov və Medvedev çıxış edir./Moderator
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1122 Tarix: 27 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sevgilisinin infarkt keçirdiyini görüb, özünü binadan atdı
İstanbulun Pendik hotelində ölümlə nəticələnən hadisə baş verib. Unikal.org-a istinadən xəbər verir ki, sevgilisi ilə birlikdə hotelə gələn 46 yaşlı Abdülmecit Yılmazın qəfildən vəziyyəti pisləşib. Belə ki, kişi 38 yaşlı sevgilisi Zöhrəyə "Ürəyim sıxılır" deyərək, yardım istəyib. Amma kiş
16 sentyabr 2021Yəməndə fövqəladə vəziyyət elan edildi
Yəmənin cənubunda husilərin mümkün hücumu və ağır iqtisadi vəziyyətə qarşı kütləvi etirazlar fonunda fövqəladə vəziyyət elan edilib. -a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Ölkənin cənub administrasiyasının rəhbəri Aydarus əl-Zübeydi bildirib ki, bütün əyalətlərdə silahl
16 sentyabr 2021DƏHŞƏTLİ QƏTL: Ailəsi ilə görüşə getdi, sevgilisini və özünü güllələdi - FOTO
Moldovada eyni vaxtda qətl və intihar hadisəsi baş verib. bu barədə Publika-ya istinadən xəbər verir. Bildirilib ki, qətl sentyabrın 12-də Hinceşti rayonunun Fundul Galbenei kəndində baş verib. Qeyd olunur ki, sevdiyi qızın qohumları ilə görüşə gələn gələcək kürəkən arasında mübahisə baş verib. 28 yaşl
16 sentyabr 2021Qəbirdən çıxanı gördü, videonu titrəyərək çəkdi - VİDEO
ABŞ sakini tərəfindən çəkilən qorxunc kadrlar hər kəsi heyrətə salıb. -a istinadən xəbər verir ki, qəbiristanlıqdan çıxan saçları çəkən Coel Morrison saçların niyə çıxdığına təəccüblənib və səlahiyyətlilərdən məsələyə baxılmasını istəyib. Qəbirstanlıqda yaxınını ziyarət edən Morrison qəbirdən çıxan saçların
17 sentyabr 2021Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO
ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı
17 sentyabr 202118 yaşlı tennisçinin geyimi sosial şəbəkələrdə ajiotaj yaratdı - FOTO
"US Open"in qalibi olan britaniyalı tennisçi Emma Radukanunun Açıq Çempionatda geyindiyi idman komplekti böyük ajiotaja səbəb olub. "Böyük Dəbilqə" turinirinin 18 yaşlı çempionu, "Nike" firmasının dar topunda və yubka-şortda korta çıxıb. Məlumata görə, elə həmin günü şirkəti
15 sentyabr 2021