Makron: "Fransa, Türkiyə və Yunanıstanın Ukraynada birgə humanitar əməliyyat keçirəcəklər"

Makron: "Fransa, Türkiyə və Yunanıstanın Ukraynada birgə humanitar əməliyyat keçirəcəklər"Prezident Emmanuel Makron Fransa, Türkiyə və Yunanıstanın Ukraynanın Mariupol şəhərindən mülki əhalinin təxliyəsi üçün birgə humanitar əməliyyat keçirəcəyini bildirib.

Bu barədə Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Fransa Prezidentinin sözlərinə görə, 400 min nəfər əhalisi olan Mariupolda hələ də 150 ​​mindən çox mülki şəxs qalıb.

"Fransa, Türkiyə və Yunanıstan əhalinin Mariupoldan çıxarılması üçün birgə humanitar əməliyyat keçirəcək. Bu, yaxın günlərdə baş verəcək", - Makron deyib.

Makron əlavə edib ki, bu məqsədlə Mariupol şəhər administrasiyası ilə əlaqə yaradılıb.

"Mən və Rusiya Prezidenti Vladimir Putin yaxın 48-72 saat ərzində bu mövzunu telefonla müzakirə edəcəyik", - Fransa Prezidenti bildirib.

Bizim Instagram səhifəmizə abunə olun


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 823   Tarix: 27 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İran ordusu ABŞ-nin Küveytdəki bazalarına PUA hücumu təşkil edib

İran ordusu ABŞ-nin Küveytdəki bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edib. "Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında deyilir. Bildirilib ki, zərbələr "düşmənin davamlı təcavüzlərinə, körpülərə

19 iyul
.

Dəhşət: göldə əlini yumaq istəyən oğlanı timsah diri-diri uddu

Hindistanda baş verən dəhşətli hadisə hər kəsi sarsıdıb. xəbər verir ki, 12 yaşlı oğlan gölün kənarında əlini yumaq istəyərkən timsahın hücumuna məruz qalıb. Yırtıcı uşağı suya çəkərək parçalayıb. Hadisə ətrafdakı şəxslərin gözü qarşısında baş verib və bununla bağlı yayılan görüntülər yaılıb

19 iyul
.

NYT: İranın İordaniyadakı bazalara zərbələrində onlarla ABŞ hərbçisi yaralanıb

İranın İordaniyadakı ABŞ hərbi bazalarına endirdiyi zərbələr nəticəsində onlarla amerikalı hərbçi yaralanıb, çox sayda helikopter isə zədələnib. "Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, son be

19 iyul
.

İranda 2 zəlzələ oldu - Yaralılar var

İranın Kirmanşah əyalətində 5,2 və 5,7 maqnitudalı iki zəlzələ baş verib. "Qafqazinfo" "Mehr" agentliyinə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 3 nəfər yaralanıb. Zəlzələlərdən birinin ocağı yerin 8, digəri isə 13 kilometr dərinliyində yerləşib

20 iyul
.

Rekord isti bir həftədə 3 mindən çox insanı öldürdü

İyunun sonlarında, 22-dən 28-dək davam edən isti hava dalğası zamanı Fransanın İl-de-Frans bölgəsində təxminən 300 insan ölüb. Bu rəqəm normal ölüm nisbətindən iki dəfə çoxdur. bildirir ki, "Le Monde" qəzeti bu barədə Fransa Milli Səhiyyə Agentliyinin məlumatlarına istinadən açıqlama yayıb

19 iyul
.

Yaxın Şərqdə gərginlik artır: ABŞ öz vətəndaşlarına müraciət etdi

ABŞ Dövlət Departamenti dünyada, xüsusilə Yaxın Şərqdə yaşayan amerikalılara İranla bağlı yarana biləcək təhlükələr səbəbindən yüksək ehtiyatlılıq nümayiş etdirməyi tövsiyə edib. xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib. Bildirilib ki, Yaxın Şərqdə artan gərginli

19 iyul
.

Belçika İsrailin nəzarətindəki Fələstin ərazilərindən məhsulların idxalına qadağanı təsdiqləyib

Belçika Nazirlər Şurası Fələstindəki İsrail məskənlərindən məhsulların idxalına qadağanı təsdiqləyib. "Report"un "Euractiv"ə istinadən məlumatına görə, bunu Belçikanın xarici işlər naziri Maksim Prevo bildirib. Qeyd olunub ki, bu tədbir ilk olaraq ötən yayın sonunda İsrailin Qəzz

19 iyul
.

Aİ Karib hövzəsi ölkələrindən "qızıl pasport"ların verilməsini dayandırmağı tələb edib

Avropa İttifaqı (Aİ) Karib hövzəsinin beş ölkəsindən investisiya müqabilində vətəndaşlıq verilməsi proqramlarını iki il ərzində dayandırmağı tələb edərək əks halda vizasız rejimin ləğv ediləcəyi ilə hədələyib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb

19 iyul
.

Macarıstan Prezidenti konstitusiyaya öz istefasını da ehtiva edən düzəlişi imzalayıb

Macarıstan Prezidenti Tamaş Şuyok özünün vəzifədən kənarlaşdırılmasını da nəzərdə tutan konstitusiyaya 17-ci düzəlişi imzalayıb. "Report" "Index"ə istinadən xəbər verir ki, bu barədə Şuyok öz videomüraciətində bildirib. Qeyd olunub ki, qərardan əvvəl aylarla davam edən siyasi və konstitusiya-hüqu

19 iyul