Yaponiya və ABŞ nüvə silahının olmadığı dünya qurmaq üçün birlikdə çalışacaqlar
Yaponiyanın Baş naziri Fumio Kişida və ABŞ-ın bu ölkədəki səfiri Ram Emanuel nüvə silahının olmadığı dünyanın qurulması üçün əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Bu barədə razılaşma F.Kişidanın R.Emanuellə Hiroşimadakı Sülh Xatirə muzeyində görüşü zamanı əldə edilib. Tərəflər beynəlxalq vəziyyət, o cümlədən Ukraynadakı durumla bağlı fikir mübadiləsi aparıblar.
Yaponiyanın Baş naziri bildirib ki, Rusiyanın nüvə silahından istifadənin mümkünlüyünü bəyan etməsi çox ciddi problemdir. Baş nazir deyib ki, kütləvi qırğın, o cümlədən nüvə silahlarından istifadə yolverilməzdir. Əlavə edib ki, ABŞ və Yaponiya dünyanın nüvə silahından azad edilməsi üçün birlikdə çalışacaqlar.
ABŞ səfiri də ölkəsinin bu məqsədə çatmaq üçün ikitərəfli əlaqələri genişləndirməyə hazır olduğunu bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 927 Tarix: 27 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Moldovanın Baş naziri Ukraynaya gedib
Moldovanın Baş naziri Vasile Tofan Ukraynaya işgüzar səfər edib. Report xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Səfər çərçivəsində o, Ukrayna Prezidenti Volodimir Zelenski, Baş nazir Sergey Koretski və Ali Radanın spikeri Ruslan Stefançukla danışıqlar aparacaq. Moldova hökumətinin mətbua
26 oktyabr"Amerikalı Nostradamus"dan nüvə müharibəsi ilə bağlı XƏBƏRDARLIQ
Nostradamusun proqnozlarını araşdıran amerikalı Con Houq 2028-ci ilə qədər dünyada nüvə münaqişəsi və ABŞ-da ciddi iqtisadi böhran baş verə biləcəyini iddia edib. Bizim.Media xəbər verir ki, onun fikirləri UNIAN-ın "The Economic Times" nəşrinə istinadən yaydığı materialda yer alıb. Houqun iddiasın
26 oktyabrBöyük faciədən doğan tarixi kəşf: Dənizçiləri xilas edən ixtira
1707-ci ildə baş verən və 2 mindən çox dənizçinin həyatına son qoyan faciə dənizçilik tarixində mühüm dəyişikliklərə səbəb oldu. Gəmilərin açıq dənizdə dəqiq mövqeyini müəyyənləşdirmək problemini həll etmək üçün başladılan axtarışlar nəticədə ilk etibarlı dəniz xronometrlərindən birinin yaradılması il
27 oktyabrQrenlandiyada 60 il unudulan torpaq nümunələri alimləri təəccübləndirdi
Qrenlandiyada təxminən 60 il əvvəl götürülmüş torpaq nümunələrinin araşdırılması adanın keçmiş iqlimi ilə bağlı maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, təxminən 400 min il əvvəl ərazinin hazırda buzla örtülü olan hissəsi buzdan azad olub, yay temperaturu isə indiki göstəricilərdən 4,7 dərəcə yüksə
26 oktyabrİsrail Qəzzada HƏMAS-ın iki komandirinin öldürüldüyünü açıqlayıb
İsrail Müdafiə Ordusu və İsrailin Ümumi Təhlükəsizlik Xidməti Qəzza zolağında HƏMAS-ın hərbi qanadının iki komandirinin öldürüldüyünü açıqlayıb. xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb. Açıqlamaya əsasən, şənbə günü Qəzza şəhəri rayonunda hava zərbəsi nəticəsində HƏMAS-ın hərbi qanadını
26 oktyabrABŞ HDQ İran yaxınlığında döyüş qruplaşmalarını sayını artırıb
ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) İran yaxınlığında yerləşən döyüş qruplaşmalarının sayını bir həftə ərzində 17-dən 21-ə qədər artıb. "Report"un "İnterfaks"a istinadən xəbərinə görə, bunu ABŞ Hərbi Dəniz İnstitutunun İnformasiya Xidmətinin məlumatları göstərir. Hazırda İranın cənub-şərqindək
27 oktyabrİsraildə seçkilər: Netanyahu qalib gəlib? - Son nəticələr açıqlandı
İsraildə parlament seçkilərindən sonra Benyamin Netanyahu ilə müxalifət arasında hakimiyyət uğrunda mübarizə davam edir. The Jerusalem Post-a istinadən xəbər verir ki, ilkin nəticələr Netanyahu tərəfdarlarının blokunun öndə olduğunu göstərsə də, hökuməti formalaşdırmaq üçün tələb olunan parlament çoxluğ
28 oktyabr