Karl Marks Putin haqda

Karl Marks Putin haqda"Azadlıq sürünün nəyinə gərək?

Nəsildən-nəsilə onun qisməti

Noxtadır, qamçıdır, bir də dəyənək"

(Puşkin)

Sovet hökuməti, tam adıyla yazsam, Sovet Sosialist Respublikalar İttifaqı marksizmə, sosializm-kommunizm ideyalarına söykənirdi və o dövlətdə 19-cu əsr alman filosofu Karl Marksın demək olar tam külliyatını çap eləmişdilər. Yalan olmasın, Marksın haçansa konfet kağızı üzərində elədiyi cızmaqara da kitaba salınmışdı. Sovetlər proletariatın dahi rəhbərlərindən birincisinin ("Marks, Engels, Lenin" – bu ardıcıllığı biz bədbəxt sovet zəhmətkeşləri əzbər bilərdik) yalnız bir əsərini tərcümə və çap etməmişdilər. Daha doğrusu, sovet vətəndaşları bu əsərin varlığını yalnız SSRİ dağılan ərəfədə, Qorbaçovun aşkarlıq, yenidənqurma illərində öyrəndilər. Karl Marksın həmin senzuradan keçməyən əsəri "18-ci yüzilliyin gizli diplomatiya tarixi" adlanır.

Bəs SSRİ-nin bu əsərə düşmən münasibətinin səbəbi nə idi? Hə, bax, burası çox maraqlıdır, üstəlik indiki dövrümüzə əməllicə işıq salır. Oxuduqca görürsən ki, Marks müəllim nə qədər dahi şəxsiyyət olubdur və bəlkə də biz meydan hərəkatı vaxtı o kişinin Bakıdakı heykəlini çox nahaq yerə söküb yerində benzokolonka qayırmışıq. Hətta "qələt eləmişik" yazmaq olar.

Yaxşısı budur uzunçuluq etməyim və Marksın həmin gizlədilmiş əsərindən sitatları oxuyaq: "Moskoviya monqol əsarətinin dəhşətli və iyrənc məktəbi altında böyüyüb, tərbiyə alıb. Hətta azadlıq əldə edəndən sonra da Moskoviya özünü ağa olmuş kölə kimi aparıb. Nəticədə Böyük Pyotr monqol köləsinin siyasət sənətini Çingizxanın dünyanı tutmaq vəd elədiyi monqol hökmdarların məğrur cəhdləriylə birləşdirdi"; "Monqol-tatarlar üçün ərazi tutmaq vacib idi, onlar daim böyümək istəyirdilər və tutduqları yerləri viran qoyurdular. Çünki sayca az idilər və arxalarında daha çoxsaylı, potensial üsyançı xalqlar, etnoslar buraxmaq istəmirdilər. İndi Rusiyanın dünya siyasəti də həmin monqol siyasətidir"; "Çox təəssüf ki, vaxtilə Napoleon Rusiyanı öz Asiya sərhədlərinə sıxışdıra bilmədi"; "Rusiya Avropada despotizmin son sığınacağı və onurğa sütunudur" və sairə. Hələ bu harasıdır... Yaxın oturun, Marks müəllimin nə qədər uzaqgörən olmasına birlikdə heyrətlənək: "Rusiya Avropada militarizmin varlığının yeganə səbəbkarı və insan azadlığına əsas təhlükədir".

Məncə, artıq hörmətli oxucular Rusiyanın işğalçı siyasətinin əsəri olan SSRİ-də Marksın bu əsərinin niyə çap olunmadığını artıq başa düşdülər. Hələ bunlar qısa sitatlardır, Marks dörd fəsildən ibarət o fəlsəfi-siyasi traktatında, belə deyək, rus xalqının anasını ağladıbdır. Bir cümlə ilə yazsaq, Marks deyir ki, rus xalqı iki yüz il əsarətdə yaşadığı üçün özü də əsarətə öyrəşib, dünyaya ancaq ziyan vurmağa yarayır.

Marksın o əsəri yazdığı vaxtdan ötən yüz yetmiş ilə yaxın dövrdə Rusiyanın başçıları sanki bu sitatları doğrultmağa çalışıblar. Bu gün Ukrayna xalqının başına açılan oyunlar da həmin quldur siyasətin davamıdır.

Hələ utanmadan işğalçılığa haqq qazandırırlar. Məsələn, Qafqazı, Rusiya ətrafındakı bütün zonaları öz maraq dairələri elan edir, "sülhməramlı" adıyla qoşun yeridir, dövlətlərin ərazi bütövlüyünü pozur, millətlər arasında qan salıb hökmranlığı davam etdirmək istəyirlər. Bu zaman belə düşük arqument da irəli sürülür: "NATO-nun, Amerikanın bu bölgələrdə nə işi var?". Maraqlı sualdır. Ancaq ruslar, Moskva başa düşmək istəmir ki, ətrafda olan bütün xalqlar bunlara nifrətlə yanaşır, bütün mümkün vasitələrlə uzaqlaşmaq, xilas olmaq istəyirlər. Heç bir özünə hörmət edən xalq orta əsrlərin "monqol imperiyası" altında yaşamaqdan zövq almır. Avropa xalqları NATO-nu, ABŞ-ı yalvarıb çağırırlar, rusları isə qovanda da getmir. Fərq bax bundadır. Ukrayna NATO-nu istəməkdən əldən düşdü, lakin gəlin baxaq görək son yüz ildə hansı dövlət Rusiyanı "qonaq çağırıb", oyuncaq, alət Ermənistandan başqa? Yeri gəlmişkən, erməni xalqının fəlakəti də elə ruslara alət olduğu son 100-140 ildə baş verib, ondan qabaq bölgədə bəy kefində yaşayırdılar. Daşnak partiyasının liderlərindən biri, 1918-ci ildə müstəqil Ermənistanın ilk baş naziri olmuş Hovanes Kaçaznuni bu mövzuda peşmançılığı yaxşı ifadə eləyib: "Biz qeyd-şərtsiz Rusiyaya istiqamətlənmişdik. Hansısa bir səbəb yox ikən, zəfərimizi qeyd edirdik. Sədaqətimizin, verilən tapşırıqları yerinə yetirməyimizin və köməklərimizin müqabilində çar hökumətinin Ermənistana müstəqillik bəxş edəcəyini düşünürdük. Öz işimizə başqalarını da qoşduq, heç bir səlahiyyəti olmayan şəxslərin sözlərinə əhəmiyyət verdik. Özümüzü hipnoz etdik və bunun təsiri ilə həqiqəti dərk etmədik, xəyallara qapıldıq".

Ən gülüncü isə Putinin son çıxışı idi. Rusiyada bircə damazlıq azad qəzet qalıb, hər sahə senzura altındadır, o isə dünyanı sənətçilərə azadlıq verməyə çağırırdı. Deyir, dirijor Gergiyevi niyə işdən azad ediblər, axı o sənətkardır. Ta demir ki, bu "sənətkar" separatçının yekəsidir, neçə işğala haqq qazandırıb, Putinin bütün seçkilərdə vəkili olub və üstəlik, hinduşka ferması var. Zarafat eləmirəm./Pravda


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3467   Tarix: 27 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Buzlaqların əriməsi Yerin formasını dəyişir: Qütblər yüksəlir, ekvator ətrafı daralır

İqlim dəyişikliyi təkcə temperaturun artmasına və dəniz səviyyəsinin yüksəlməsinə səbəb olmur. Alimlər müəyyən ediblər ki, qütb buzlaqlarının əriməsi Yer kürəsinin bərk səthinin formasına da təsir göstərir. Yeni araşdırmaya görə, qütb bölgələrində yer səthi yüksəlir, ekvator ətrafında isə əks istiqamətd

27 oktyabr
.

Almaniya xüsusi təyinatlı qüvvələrini Rusiya ilə mümkün münaqişəyə hazırlayır

Almaniya Bundesverinin xüsusi təyinatlı qüvvələri Rusiya ilə mümkün hərbi münaqişəyə hazırlıq keçir. xəbər verir ki, bu barədə "Bild" qəzeti briqada komandiri Andreas Künəyə istinadən məlumat yayıb. Künenin sözlərinə görə, hazırlıq konkret rəqibə - Rusiyaya qarşı yönəlib. Hərbçilər uzunmüddətl

27 oktyabr
.

"Bu milyarder Trampın vəkilinə 50 milyon ödəyib" - Obamadan korrupsiya ittihamı

"İndiki prezidentin diqqət yetirdiyi yeganə şey, iqamətgahını yaxşılaşdırmaqla yanaşı, özünü, ailəsini və yaxınlarını varlandırmaqdır. Bizim bir donordan kredit kartı borclarını ödəmək üçün pul tələb edən bir Amerika səfirimiz var. Venesuelalı milyarderin əfv istədiyini öyrəndik. Ona görə Trampı

26 oktyabr
.

Rusiya-Ukrayna müharibəsi: Kiyevə hücum, cəbhədə döyüşlər və yeni sülh danışıqları

Rusiya-Ukrayna müharibəsi fonunda hərbi əməliyyatlar və diplomatik təmaslar davam edir. Kiyevdə infrastruktur obyektlərinə zərbələr endirildiyi, Ukrayna qüvvələrinin bir sıra istiqamətlərdə əks-hücum əməliyyatları apardığı bildirilir. Eyni zamanda, müharibənin dayandırılması üçün yeni danışıqların keçirilməs

28 oktyabr
.

Almaniya Ukrayna istehsalı olan uzaqmənzilli raketləri almağa hazırlaşır

Almaniya Ukraynada istehsal olunan "Bars" qanadlı raketlərini öz silahlı qüvvələri üçün almağa hazırlaşır. Bu addım Avropa ölkələrinin Ukraynanın müharibə zamanı əldə etdiyi hərbi texnologiya təcrübəsindən istifadə etmək istəyinin artdığını göstərir. Financial Times nəşrinin məlumatına görə

26 oktyabr
.

Stubb Putindən sonra Zelenskiyə zəng vurub

Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng ediblər. "Novyny.LIVE" yazdığına görə, bu barədə Zelenskinin mətbuat katibi Dmitri Litvin məlumat verib. Danışıqlard

27 oktyabr
.

The New York Times: "Kral Çarlz Karib hövzəsinə səfər edir - Britaniya müstəmləkəçiliyinin mirası yenidən gündəmdə"

Böyük Britaniya kralı II Çarlz Karib hövzəsində keçiriləcək Birlik sammitində iştirak etmək üçün bölgəyə səfər edir. The New York Times-a istinadən xəbər verir ki, səfər Britaniyanın keçmiş müstəmləkələri ilə münasibətləri və tarixi ədalətsizliklərə görə üzr istənilməsi tələbləri fonunda baş tutur. Sammitd

27 oktyabr
.

Qrenlandiyada 60 il unudulan torpaq nümunələri alimləri təəccübləndirdi

Qrenlandiyada təxminən 60 il əvvəl götürülmüş torpaq nümunələrinin araşdırılması adanın keçmiş iqlimi ilə bağlı maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, təxminən 400 min il əvvəl ərazinin hazırda buzla örtülü olan hissəsi buzdan azad olub, yay temperaturu isə indiki göstəricilərdən 4,7 dərəcə yüksə

26 oktyabr
.

Buzlaşma dövrü əvəzinə qlobal istiləşmə - Yeni araşdırma

Yer kürəsində təxminən 2 min il əvvəl başlayan təbii soyuma prosesi sənaye inqilabından sonra istiqamətini dəyişib. Alimlərin fikrincə, insan fəaliyyəti nəticəsində atmosferdə istixana qazlarının artması planetin uzunmüddətli iqlim dövrlərinə təsir göstərərək buzlaqların genişlənməsini dayandırıb. Qaynarinf

26 oktyabr