Mikroavtobusla yük maşını toqquşub: Ölənlərin sayı artdı - YENİLƏNİB + FOTO

Mikroavtobusla yük maşını toqquşub: Ölənlərin sayı artdı - YENİLƏNİB + FOTOBakı-Qazax magistralında baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan üç nəfərin kimliyi məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəza zamanı 2003-cü il təvəllüdlü N.Qasımov, 1951-ci il təvəllüdlü Ə.Əmiraslanov və 1971-ci il təvəllüdlü M.Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Ağstafa Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralıların vəziyyəti qənaətbəxşdir:

"M.Əliyeva çənə nahiyəsindən xəsarətlər alıb. Yaralı Qazax Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Həkim müayinəsi zamanı digər yaralı N.Qasımovun baş beyin zədələnməsi, Ə.Əmiraslanova sağ ayağın sınığı, baş beyin zədələnməsi diaqnozu qoyulub. Onlar isə hazırda Ağstafada Rayon Mərkəzi Xəstəxanasında müalicələrini davam etdirirlər".

15:01
Bakı-Qazax magistralında baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı üçə çatıb.

Oxu.Az-ın məlumatına görə, qəzada xəsarət alan Mirvari Vəliyeva xəstəxanada dünyasını dəyişib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən saytımıza bildirilib ki, yaralıların vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, qəza zamanı 1961-ci il təvəllüdlü Familə Fərman qızı Məmmədova və 1962-ci il təvəllüdlü Mayıl Nağıyev hadisə yerində həlak olublar.

13:18

Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Oxu.Az-ın məlumatına görə, "Mersedes Sprinter" markalı mikroavtobus yük maşını ilə toqquşub.

Baş verən qəza nəticəsində iki nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Qeyd edək ki, qəzaya uğrayan mikroavtobus Gəncə-Qazax xətti üzrə işləyirmiş.

Faktla bağlı araşdırmalara başlanılıb.
Mikroavtobusla yük maşını toqquşub: Ölənlərin sayı artdı - YENİLƏNİB + FOTO


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1686   Tarix: 29 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Abşeronda yaşayış binasında partlayış - Foto/Video

Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna

4 oktyabr
.

Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video

Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx

4 oktyabr
.

Biləsuvarda ağır qəza: Əsgər ziyarətinə gedən ailənin iki üzvü öldü

Biləsuvar rayonunda iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. xəbər verir ki, qəza nəticəsində ölənlər yeznə və qayınana olublar. Belə ki, əslən Naxçıvan Muxtar Respublikasından olan və Bakı şəhərində yaşayan, 1986-c

17 oktyabr
.

Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili

14 oktyabr
.

Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video

Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb

13 oktyabr
.

Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb

Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub

10 oktyabr
.

Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video

Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi

15 oktyabr
.

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama

Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb

10 oktyabr
.

Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi

Bakıda üzərində narkotik tapılan dənizçi saxlanılıb. -a istinadən xəbər verir ki, 43 yaşlı Bayram İsmayılov (şərti adla) qaçaqmalçılıqda ittiham olunur. Məlumata görə, Rusiya bayrağı altında üzən "Mirvari" gəmisində vəzifəli şəxs kimi işləyib. Bakıdan Türkmənistana həmin gəmi ilə gedərkən onu

18 oktyabr