Çoxmənzilli binaların problemləri bu yolla həll oluna bilər - AÇIQLAMA - ÖZƏL

Çoxmənzilli binaların problemləri bu yolla həll oluna bilər - AÇIQLAMA - ÖZƏLGünümüzdə çoxmənzilli binaların idarə edilməsində bir sıra problemlər var. MTK-larla bağlı narazılıqlar, binaların yeni idarəetmə formaları, qiymət haqlarının formalaşma mexanizmləri kimi məsələləri nümunə göstərə bilərik. Uzun illər keçməsinə baxmayaraq, mənzil mülkiyyətçilərinin yaşadıqları çoxmənzilli binalarda idarəetmənin təşkili ilə bağlı məsələlər hələ də həllini tapmayıb. Binalarda idarəetmənin düzgün təşkil olunmaması nəticədə istismar xərclərinin artmasına, sakinlər arasında qeyri-müəyyənliyə və bu kimi digər arzuolunmaz hallara gətirib çıxarır. Bəs görəsən, illərdir həll olunmayan və bir çox problemlərə yol açan bu məsələ nə zaman aradan qaldırılacaq?

Mövzu ilə bağlı Sonxeber.az hüquqşünas Arif Nəzərovdan münasibət öyrənib.

O bildirib ki, 1 oktyabr 2009-cu ildən qüvvəyə minən Azərbaycan Respublikasının Mənzil Məcəlləsində çoxmənzilli binaların idarə edilməsi üsulları konkret olaraq təsbit edilib:

"Belə ki, Məcəllənin 141-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın bilavasitə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (və ya ixtisaslaşmış istehlak kooperativi), yaxud idarəedici təşkilat tərəfindən idarə edilməsi üsullarından birini seçməyə borcludurlar. Bununla əlaqədar, sözügedən Məcəllənin 43-cü maddəsinə uyğun olaraq, idarəetmə üsulunun seçilməsi binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilib.

Həmçinin, qanunvericiliyin tələblərinə görə, ümumi yığıncaq sahə mülkiyyətçilərindən birinin təşəbbüsü ilə çağırıla bilər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı bütün səslərin 50%-dən çoxuna malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətli hesab olunur".

Son bir neçə il ərzində çoxmənzilli binaların sakinlərinin təşəbbüsü ilə yeni idarəetmə üsullarının, ələlxüsus mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin yaradılması istiqamətində təşəbbüslər olub və nəticə etibarilə, ölkənin ayrı-ayrı regionlarında 200-dən çox cəmiyyətlərin yaradılmasına nail olunub. Sözsüz ki, qeyd olunan rəqəm çox kiçik göstəricidir. Bəs binalarda yeni idaretmə üsullarına keçidin kütləviliyinin təmin edilməsi üçün hansı addımlar atılmalıdır?

Bu məsələni şərh edən hüquqşünas, ilk növbədə, sahə mülkiyyətçilərinin hüquqi maarifləndirilməsinin vacib olduğunu vurğulayıb:

"Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin qeydiyyatı prosedurlarının sadələşdirilməsinə, eyni zamanda çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi prosesinin yekunlaşdırılması üçün bu istiqamətdə bütün nüansları özündə ehtiva edən tədbirlər planının hazırlanması və həyata keçirilməsinə ciddi ehtiyac var. 2019-cu ildən sonra mənzil münasibətləri sahəsində dövlət siyasətinin və tənzimləməsinin həyata keçirilməsi ilə məşğul olan qurumun olmaması binalarda yeni idarəetmə üsullarının tətbiqinin genişləndirliməsində ciddi çətinliklər yaradır".

Aysel SƏFƏRZADƏ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2063   Tarix: 29 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

2 yaşlı uşaq su kanalında boğuldu

Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır

22 oktyabr
.

Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları

Bakıda yerləşən gözəllik salonundan müxtəlif kosmetik və saç baxımı avadanlıqları, eləcə də idman ayaqqabısı oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb. Qaynarinfo xəbər verir ki, iş materiallarına görə, hadisə 2026-cı ildə, gecə saat 02:00 radələrində Bakı şəhərinin Nizami rayonunda, Tofiq Abbasov küçəsind

22 oktyabr
.

Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib

"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlı

22 oktyabr