Əsir düşən azərbaycanlı tələbə GERİ QAYTARILDI
Ukraynada əsir düşən Azərbaycan vətəndaşı Əziz Haqverdiyev azad olunub.
Bu barədə Bizim.Media-ya qardaşı Elçin Haqverdiyev məlumat verib.
Bildirib ki, qardaşının səhhətində ciddi problem yoxdur. Sadəcə Ukrayna dilini bilmədiyi üçün həmin ölkədə anlaşılmazlıqla qarşılanaraq saxlanılıb:
"Qardaşım artıq yanımızdadır. Psixoloji cəhətdən bir qədər narahatlığı var. Ukraynada rus dilində təhsil alırdı deyə həmin ölkənin dilini bilmirdi. Problem də elə buna görə baş verib. Sağ olsun dövlətimiz, səfirliyimizin əməkdaşları qardaşımın ölkəyə gətirilməsi üçün əlindən gələni etdi", - deyə Elçin Haqverdiyev qeyd edib.
Qeyd edək ki, Ukraynada təhsil alan və dövlət imtahanı üçün həmin ölkəyə gedən Əziz Bədirxan oğlu Haqverdiyevdən ailəsi sonuncu dəfə fevralın 21-də xəbər tutmuşdu.
Ardınca Rusiya-Ukrayna arasında yaşanan gərginlik səbəbindən bütün əlaqələr kəsilib.
O vaxta qədər ki, Ukraynada sosial şəbəkələrdə soydaşımızın saxlanma xəbəri yayılıb. Bundan sonra Azərbaycanın aidiyyəti qurumları hərəkətə keçib və Əziz Haqverdiyev ölkəyə gətirilib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2146 Tarix: 29 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Metropoliten rəisinə yeni müavin təyin olundu
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
22 oktyabrFuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
22 oktyabrXəyyamın beşinci övladı doğulub
Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"
21 oktyabrQızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı
Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru
22 oktyabrAzərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı
Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista
22 oktyabrMetronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni
23 oktyabr2 yaşlı uşaq su kanalında boğuldu
Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır
22 oktyabr