Uşaqlara paltar seçəndə nələrə diqqət edilməlidir?
Uşaqlar üçün geyim seçərkən bir çox şeyə diqqət etmək lazımdır. Bu geyimlər arasında doğru olanı seçib almaq valideynlər üçün bəzən çətin ola bilər. Uşaqlar üçün paltar seçərkən təkcə onun görünüşü və ya funksionallığı kifayət deyil.
Lent.az kiçik bir araşdırma edərək uşaqlara paltar seçərkən daha çox nələrə diqqət etməli olduğunuzu təqdim edir:
Uşaqlara paltar alarkən onların rahatlığını istəyirsinizsə, bir və ya iki ölçü böyük almağınız məsləhətdir. Yeni doğulmuş körpə üçün geyimlərin, sadəcə 1 ölçü böyük olması kifayətdir. Qış paltarları, məsələn, gödəkçələr və ya sviterlər daha böyük ola bilər. Bu həm balacaların rahatlığı, həm də tərzi üçün yaxşı seçimdir. Geyimlərin üzərində olan ölçü etiketlərinə çox da fikir verməmək lazımdır. Çünki bəzi körpələr digərlərindən daha böyük, yaxud kiçik bədənə sahib ola bilər.
Uşaqlar çox aktiv hərəkətlidirlər. Bunu nəzərə aldıqda mütləq onlar özünü geyimdə rahat hiss etməlidirlər. Əsas diqqət hava keçirən geyimlər üzərində fokuslanmalıdır. Uşaqlar istənilən fəsildə üzərindəki paltarlardan sıxılmamalıdırlar və rahatlıqları pozulmamalıdır.
Uşaqlarınıza aldığınız paltarların parçası asanlıqla və yüksək temperaturda yuyula bilən materialdan olmalıdır. Buna görə də pambıq parçalı geyimlərə üstünlük verməyə çalışın.
Balacalar üçün də aksessuardan istifadə edən valideynlər çoxdur. Əlbəttə, bu aksessuarlar uşağınızın geyimlərinə ayrı bir gözəllik qatır. Ancaq bacardığınız qədər bunlardan çox istifadə etməyin. Uşaqlara bilərzik və boyunbağ taxmaqdan xüsusilə çəkinin. Çünki balacalar həm onları itirə, həm də belə aksessuarlar onları narahat edə bilər.
Bunlarla yanaşı, valideynlər uşaqlarına nə geyinəcəyini seçmək azadlığı verməlidir. Əgər kiçik yaşlardan bu şansı onlara versəniz, o zaman onlarda geyinmək sevgisini inkişaf etdirmiş olacaqsınız. Böyüdüklərində isə asanlıqla geyimlərini seçə biləcəklər və öz tərzləri olacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1117 Tarix: 30 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Metropoliten rəisinə yeni müavin təyin olundu
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
22 oktyabrFuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
22 oktyabrXəyyamın beşinci övladı doğulub
Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"
21 oktyabrQızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı
Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru
22 oktyabrAzərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı
Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista
22 oktyabrMetronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni
23 oktyabr2 yaşlı uşaq su kanalında boğuldu
Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır
22 oktyabr