"Simonyanı "nokaut"a salan Sahibə xanım Qafarova Azərbaycanın mövqeyini bir daha ortaya qoydu"

"Simonyanı "nokaut"a salan Sahibə xanım Qafarova Azərbaycanın mövqeyini bir daha ortaya qoydu"Dünən hər birimiz Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən MDB PA Şurasının iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyanı gülünc vəziyyətə saldığı kadrları qürurla izlədik. Sahibə xanım Qafarova tək Milli Məclisin sədri və deputat kimi deyil, həm də illərdir erməni terroruna, vəhşiliyinə məruz qalan bir xalqın nümayəndəsi kimi o saxtakarı susdurdu.

Erməni xalqının xəmiri yalan, saxtakarlıq və terrorla yoğrulub. Tarix boyu başqalarının torpaqlarını işğal edib məskunlaşan ermənilər özlərinin uydurduğu yalanları dünyaya həqiqət kimi sırımağa çalışıblar. Təəssüf ki, bəzi dövlətlərə və demokratiyadan dəm vuran təşkilatlara bu yalanlar sərf etdiyi üçün onları doğruymuş kimi qəbul edirlər.

Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun əldə etdiyi qələbədən sonra regionda artıq vəziyyət dəyişib. Cənab Prezident İlham Əliyevin uzaqgörənliyi və düşünülmüş xarici siyasəti nəticəsində dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənib, əlaqələri genişlənib. Dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarıb.

Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması Ermənistanın əl-qolunun bağlanmasıdır. Artıq Ermənistan öz yalanları ilə dünyanı aldada bilmir. Əksinə, danışdığı yalanlarla özünü pərt edir. Necə ki, Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən MDB PA Şurasının iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyanı gülünc vəziyyətə saldığının şahidi olduq. Sahibə xanım Qafarova qısa çıxışı ilə ermənilərin və havadarlarının bütün uydurmalarını darmadağın edərək, onların əsl simasını ortaya çıxardı. Təxribatçı Alen Simonyanı bir neçə replika ilə "nokaut"a salan Sahibə xanım Qafarova Azərbaycanın dəyişməz mövqeyini bir daha ortaya qoydu.

Nəticədə, pərt olan erməni spiker sonda, Vətən müharibəsində biabırçı məğlubiyyətə uğrayan və kapitulyasiya aktına qol çəkən Nikol Paşinyan kimi, Azərbaycanın 5 şərtinin qəbuledilən olduğunu etiraf etdi. Halbuki bir neçə gün öncəyə qədər başqa "nağıl" danışırdılar.

Əlbəttə, bütün bunlarda Ali Baş Komandan İlham Əliyevin diplomatik gücünün və Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbənin müstəsna rolu var. Əminəm ki, yalnız Almatı şəhərində keçirilən MDB PA Şurasının iclasında deyil, bütün beynəlxalq tədbirlərdə Azırbaycanın haqlı mövqeyi dəstəklənəcək. Çünki biz cəmi 44 gün davam edən Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə ilə ərazi bütövlüyümüzü bərpa edən güclü Ali Baş Komandana və mürəkkəb döyüş tapşırıqlarını peşəkarlıqla yerinə yetirən Şanlı Orduya sahibik!

Aysel Yusifqızı
BiG.AZ və Sonxeber.az saytların baş redaktoru


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1942   Tarix: 30 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır

Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə

22 oktyabr
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər

22 oktyabr
.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə

21 oktyabr
.

Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda evlərin istilik sistemində dəyişikliklər nəzərdə tutulur. 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında qazla işləyən avadanlıqlardan elektrik istilik nasoslarına keçidin təmin edilməsi hədəflənir. Bu plan evində qazla işləyən kombi quraşdıran ailələrdə gələcəkdə istilik sistemin

23 oktyabr
.

Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl

21 oktyabr
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21 oktyabr