Ekspert Fərruxdakı meyit qalıqlarından danışdı: "Qarabağın hər qarışı vətəndaşlarımızın qanı ilə suvarılıb"
"Xocalı faciəsi zamanı dəfn edə bildiyimiz vətəndaşlarımızın sayı 613 nəfərdir. Girovların sayı isə 1200-dən çox olub. İndi azad olunan ərazilərdə toplu məzarlıqlar tapılır. Fərrux kəndində tapılan insan meyitlərinin qalıqları Birinci Qarabağ müharibəsində ermənilərin törətdikləri cinayətlərin bariz nümunəsidir".
Bunu "Report"a açıqlamasında Təhsil Mərkəzinin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova deyib.
O bildirib ki, bu, erməni vandallığının nümunəsidir:
"Faciə ilə bağlı bir görüntüdə ermənilərin şəhidlərimizi topa şəkildə məzarlığa basdırdıqlarını və yanına da it ölüsü atdıqlarını görmüşdüm. Həmin kadrları can yanğısı, ağrı ilə izləmişdim. Ermənilərin yazıq sifətinin arxasında dəhşətlər, vəhşiliklər dayanır.
1992-ci ildə bizim qadınların başına oyunlar gətirdilər. İşğal zamanı 450 qadınımız girov düşüb. Onlardan bu gün də xəbər yoxdur. Bu eyni ssenaridir ki, fərqli yerlərdə ayrı-ayrı vəhşilər təkrarlayırlar. Bizim də taleyimizə erməni kimi vəhşilər düşüb. Torpaqlar azad olunandan bu günə kimi bir neçə məzarlıq aşkarlanıb. Qarabağın hər qarışı erməni vandallığının ucbatından vətəndaşlarımızın qanı ilə suvarılıb. Buna görə o torpaqlar müqəddəsdir".
Radə Qafarova vurğulayıb ki, Azərbaycan əlindəki faktlarla bütün dünyaya səs salmalıdır:
"Qoy tanınsın kim kimdir. Azərbaycan həmişə haqlı olub. Biz heç kimin torpağına göz dikməmişik. Biz dəfələrlə ermənilərlə birgəyaşayışa razı olmuşuq, amma nəticələri hamı bilir. Nəticə - toplu məzarlardır".
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbçiləri Xocalı rayonunun Fərrux kəndi ərazisində mövqelərdə qazıntı işləri apararkən insan meyitlərinin qalıqları aşkarlanıb. Qalıqlar Azərbaycanın Birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş vətəndaşlarına aiddir.
Xatırladaq ki, ötən il Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə İlham Əliyev erməni işğalı zamanı əsir və girov götürülənlərdən hələ də xəbər olmadığını xatırlatmışdı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 865 Tarix: 30 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni
23 oktyabr8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır
Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə
22 oktyabrBakının iki rayonunda işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər
22 oktyabrQəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:
22 oktyabrİş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə
21 oktyabrBakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl
21 oktyabrAygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili
22 oktyabrXəyyamın beşinci övladı doğulub
Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"
21 oktyabr