Siqnal verənlər cərimələnəcək? - AÇIQLAMA

Siqnal verənlər cərimələnəcək? - AÇIQLAMABir çoxları avtomobil sürücülərinin yersiz siqnallarından narahat olduqlarını bildirirlər. Belə şəxslərə qarşı hər hansı bir cəza tədbirləri görülə bilərmi? Bunun cəriməsi nə qədər ola bilər?

Məsələ ilə bağlı Sonxeber.az Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun fikrini öyrənib.

O bildirib ki, səs siqnallarının verilməsi Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" Qanununa uyğun olmalıdır.

"Əslində bu gün hər kəsi düşündürən və təbliğatı vacib olan bir mövzuya toxunmusunuz.

"Yol hərəkəti haqqında" Qanunun tələbinə əsasən, səs siqnalı ölkə ərazisində istismar edilən nəqliyyat vasitəsi tərəfindən yalnız 2 halda istifadə oluna bilər:

1. yol nəqliyyat hadisəsinin qarşısının alınması məqsədi ilə,
2. yaşayış məntəqələrindən kənarda, qarşıda hərəkət etməkdə olan nəqliyyat vasitəsini ötmək istəyərkən xəbərdarlıq niyyəti ilə.

Amma təəssüflər olsun ki, siz dediyiniz kimi, bu gün Bakı şəhərində, hətta insanların çox yaşadığı ərazilərdə də bu səs siqnallarından istifadə olunur.

Əslində səs siqnallarında lüzumsuz istifadəyə görə inzibati tənbeh tədbirləri görülür. 2021-ci il ərzində çoxavazlı, yüksək tonlu, səsi artırıb-azaldan, sirena, musiqi tipli səs siqnallarının nəqliyyat vasitəsinə quraşdırılması və istismarına görə 400-dən çox sürücü hakim qarşısında cavab verib.

Ümumiyyətlə, bu tip siqnalların istifadə edilməsinə görə səs siqnalının müsadirəsi və 500 AZN məbləğində cərimə edilməsi nəzərdə tutulub.
Ayrıca bilirsiniz ki, şəhər daxilində, yaşayış məntqələrində, tədris ocaqları ətrafında, xüsusilə Bakı şəhəri mərkəzində səs siqnalının verilməsi qadağandır. Bunun üçün yol nişanları da qoyulub. Yol polisi də belə hallarla qarşılaşdığı zaman inzibati tənbeh tədbirləri görüb, görür və sözsüz ki, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə də görəcək.

Lakin görünür, burada daha da geniş şəkildə təbliğatın, profilaktik söhbətlərin aparılmasına zərurət var.

Qadağalara, cərimələrə baxmayaraq, yenə də siqnaldan istifadə edilir. Hesab edirəm ki, burada sanki bizim mental xüsusiyyətlərimizlə bağlı təhlükəli bir vərdişimiz var ki, bu vərdişdən azad ola bilmirik.

Bu nədir?! Sevinəndə, biri-birimizi çağıranda, xüdahafizləşəndə, yol istəyəndə, önə keçmək istəyəndə və hətta ailə quranda səs siqnallarından istifadə edirik.

Dünyanın ən gözəl milləti, xalqı bizik. Ən gözəl adət-ənənələr də bizdədir. Lakin təəssüflər olsun ki, mentalitetimizlə bağlı olan təhlükəli vərdişlərimiz də var. Biz bu vərdişlərdən inzibati tənbeh tədbirlərinin həyata keçirilməsi ilə deyil, eyni zamanda bu sahədə çalışan jurnalist dostlarımızın köməyi ilə qurtulmalıyıq. Dəfələrlə bu barədə mətbuatda bildirilməlidir, insanlara izah olunmalıdır ki, səs siqnallarından istifadə etmədən də sərbəst hərəkət etmək mümkündür.

Bəzən sürücülər yolların hərəkət hissəsində, yol zolaqları üzrə nəqliyyat vasitələri sıx cərgələndikdə və ya işıqforla tənzimlənən ərazidə siqnalı verməklə hərəkət etməyə çalışırlar.

Əgər səs siqnalının verilməsi ilə hərəkət tənzimlənsə idi, elə yol polisi olaraq, biz özümüz bu səs siqnallarından istifadə edərdik.

Ən azından, arxada olan sürücü bilməlidir ki, özündən qarşıda hərəkət edən sürücü dayanıbsa, deməli ya işıqforu gözləyir, ya sıxlıq var, ya piyada keçir, ya da digər səbəblər var. Səs siqnalı verməklə qarşıdakınını hərəkətə məcbur etmək yaxşı əlamət deyil. Sükan arxasında olan sürücü təmkinli olmalı, səs siqnalından istifadə etməzdən əvvəl düşünməlidir.

Fürsətdən istifadə edib, bir daha sürücüləri, avtomobil sahiblərini lüzumsuz olaraq səs siqnallarından istifadə etməməyə çağırıram. Bu səs siqnallarından istifadə etməklə biri-birimizi xəbərdar etmək lüzumsuz bir hərəkətdir".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2501   Tarix: 30 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

2 yaşlı uşaq su kanalında boğuldu

Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır

22 oktyabr
.

Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları

Bakıda yerləşən gözəllik salonundan müxtəlif kosmetik və saç baxımı avadanlıqları, eləcə də idman ayaqqabısı oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb. Qaynarinfo xəbər verir ki, iş materiallarına görə, hadisə 2026-cı ildə, gecə saat 02:00 radələrində Bakı şəhərinin Nizami rayonunda, Tofiq Abbasov küçəsind

22 oktyabr
.

Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib

"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlı

22 oktyabr