Azərbaycanda çörəyin qiyməti bir manat olacaq? - AÇIQLAMA

Azərbaycanda çörəyin qiyməti bir manat olacaq? - AÇIQLAMARusiya-Ukrayna müharibəsi dünya ölkələrində ərzaq qıtlığı, bahalaşma xofunu artırır.

Azərbaycanda da çörəyin qiymətinin bahalaşacağı ilə bağlı məlumatlar dolaşır.

İddia edilib ki, çörəyin qiyməti bir manatadək yüksələ bilər.

Mütəxəssislərin sözlərinə görə, piştaxtaların boşaldılması qıtlığa, qiymət artımına səbəb olacaq.

Rusiya Azərbaycanın taxıl idxalında tədarükün böyük qismini formalaşdırır. Ölkəmizdə çörəyin qiymətinin bahalaşacağı gözlənilirmi?

Deputat Vüqar Bayramlı Oxu.Az-a açıqlamasında bildirib ki, dünya bazarında ərzaq məhsullarının qiymətinin artması daha da sürətlənib:

"Artıq bir sıra Avropa ölkələrində ərzaq qıtlığı problemi var. Bunun səbəbi Qərb ölkələrinin Rusiyaya qarşı sanksiya tətbiq etməsidir. Bahalaşan məhsullardan biri də taxıldır. Azərbaycan taxıla olan tələbatın 60 faizini yerli istehsal, 40 faizini isə idxal hesabına ödəyir. Rusiya Azərbaycanın taxıl idxalında tədarükün 75 faizdən çoxunu formalaşdırır. Rusiya avqustun 31-nə kimi taxıl ixracını dayandırması ilə bağlı qərar qəbul edib. Bu baxımdan həmin ölkədən taxıl idxalında çətinliklər var".

O qeyd edib ki, Azərbaycanda çörəyin qiymətinin artıb-artmayacağı taxılı hansı qiymətə idxal etməsindən asılı olacaq:

"Azərbaycan bir sıra tədbirlər həyata keçirib. Bu ilin yanvarında taxıl idxalını dörd dəfə artırıb. Bu da taxıl ehtiyatlarının genişləndirməsi baxımından vacib hesab olunurdu. Azərbaycan da öz ehtiyatları hesabına qıtlığın qarşını almasına çalışır.

Hələlik ehtiyatlar var və çörəyə olan tələb ödənilir. Nəzərə almaq lazımdır ki, dünya bazarında qeyri-müəyyənlik var. Rusiya və Ukraynanın nə zaman ixracı bərpa edəcəkləri bilinmir. Hazırda alternativ bazarlar araşdırılır. Hindistandan buğdanın idxal edilməsi ilə bağlı ilkin müzakirələr var. Qlobal bazarda qiymət artımı digər ölkələrdə də idxal inflyasiyası yaradır. BMT ərzaq məhsullarının qiymətində növündən asılı olaraq 30 faizədək artım olacağını və qlobal yoxsulluğun dərinləşəcəyini bildirib".

Deputat əlavə edib ki, hökumət tərəfindən daxili bazarın qorunması ilə bağlı işlər görülür:

"Hökumət işğaldan azad olunan ərazilər də daxil olmaqla taxıl əkini sahələrini artırmaqla strateji ehtiyatlarımızı çoxaltmağa və yerli istehsalımızı artırmağa çalışır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6255   Tarix: 30 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

22 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

2 yaşlı uşaq su kanalında boğuldu

Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır

22 oktyabr
.

Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları

Bakıda yerləşən gözəllik salonundan müxtəlif kosmetik və saç baxımı avadanlıqları, eləcə də idman ayaqqabısı oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb. Qaynarinfo xəbər verir ki, iş materiallarına görə, hadisə 2026-cı ildə, gecə saat 02:00 radələrində Bakı şəhərinin Nizami rayonunda, Tofiq Abbasov küçəsind

22 oktyabr
.

Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib

"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlı

22 oktyabr