Britaniyanın Silahlı Qüvvələr nazirini Bakıya gətirən səbəblər: Londonun dərin strategiyası

Britaniyanın Silahlı Qüvvələr nazirini Bakıya gətirən səbəblər: Londonun dərin strategiyasıAzərbaycanın tərəfdaşı olan Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Heppi ölkəmizdə səfərdədir.

O, Prezident İlham Əliyevin qəbulunda olub, daha sonra müdafiə naziri Zakir Həsənovla görüşüb.

Cənab Heppinin keçirdiyi görüşlərdə müdafiə sahəsindəki əməkdaşlıqla bağlı tezisi önə çıxara bilərik.

Heppinin Gürcüstandan Azərbaycana yola düşməsinin səbəblərinə toxunmamışdan öncə onun tutduğu vəzifənin mahiyyətini açmağa çalışaq.
Britaniyanın Silahlı Qüvvələr nazirini Bakıya gətirən səbəblər: Londonun dərin strategiyasıHeppi Britaniyanın Müdafiə Nazirliyi sistemində müdafiə üzrə dövlət katibinə tabe olan vəzifənin daşıyıcısıdır. Həmin qurumun fəaliyyəti və məsuliyyət dairəsinə daxil olan funksiyaları belə təsnifatlandıra bilərik:

1. Əməliyyatların hüquqi tərəfləri,

2. Təlimlərin keçirilməsi ilə güc formalaşdırmaq,

3. Beynəlxalq müdafiə strategiyası,

4. Kibertəhlükəsizlik,

5. Beynəlxalq müdafiə strategiyası.

Ceyms Heppinin Bakıya gəlişini həmin bəndlər və bunların qlobal siyasətdə təsirlər yaratması kontekstində şərh etmək vacibdir.

Britaniya öz xarici siyasətinin tonunu dünya siyasətində yeni formada hegemon olmaq həddinə qədər qaldırır. Bunun üçün regionlarda yeni düzənin çağırışlarına cavab verərək güc formalaşdıran tərəflərlə tərəfdaşlıq münasibətləri qurmaq Britaniyanın dövlət strategiyasında mühüm yer tutan xətdir.

Hazırda Ukraynadakı müharibə, digər regionların da qaynadılması üçün ocaqların qalanması Britaniya qarşısında öz tərəfdaşları ilə münasibətləri dərinləşdirmək çağırışlarını qoyur.

Britaniyanın Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə və Azərbaycanın dostu Pakistanla da yaxşı münasibətləri var, ümumiyyətlə Britaniya Pakistan hərbçilərinə təlimlər də keçir.

Londonun dünyaya baxış tərzində hibrid müharibələr, onun həll yolları, dezinformasiyalara qarşı mübarizə tədbirləri də yer tutur.

Britaniya bilir ki, təkbaşına işləməklə ali strateji məqsədlərinə nail ola bilməz, o hədəflər üçün kollektiv fəaliyyət mexanizmi və tərəfdaşlarla birgə unikal platforma yaratmaq istəyir.

Azərbaycan da Britaniya üçün qüsursuz tərəfdaşdır, Cənubi Qafqazın hərbi-siyasi, iqtisadi qüdrətinə görə birinci yerdə olan Bakı Ankara ilə birgə regional oyunçuya çevrilir. Britaniya isə bunu yüksək dəyərləndirir.

Bu baxımdan Britaniya Cənubi Qafqazdakı proseslərdə Azərbaycana dəstəyini artırmağı planlaşdırır, bu, həm də Londonun regionda güclənən maraqlarının təcəssümüdür.

Bu fonda İlham Əliyevin britaniyalı nazirlə Cənubi Qafqazdakı postmünaqişə dövrü proseslərini müzakirə etməsi diqqət yönəltməli məqamdır.

Bununla da Britaniya proseslərdə Azərbaycana dəstək məqsədli iştirakını sürətləndirəcək və müdafiə qabiliyyətinin artırılması üçün resurs xərcləyəcək. Bu isə perspektiv üçün hərbi əməkdaşlıq imkanlarına dair sənədlərin üzərində işləməyi aktuallaşdırır.
Britaniyanın Silahlı Qüvvələr nazirini Bakıya gətirən səbəblər: Londonun dərin strategiyasıBritaniya Cənubi Qafqazda geosiyasi və geoiqtisadi davamlılığın təmini üçün çalışacaq. Bu, Britaniyaya həm də ona görə lazımdır ki, onun qlobal strategiyasının önünə sədd çəkən risklərə qarşı kollektiv təhlükəsizlik yükünü bölüşsün.
Nazirin səfəri, açılan analitik panorama belə deməyə əsas verir ki, Britaniyanın beynəlxalq müdafiə strategiyasında Azərbaycanın da xüsusi yeri var.../oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1503   Tarix: 30 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

8 gündür xəstəxanada olan Xalq artistinin vəziyyəti ağırdır

Artıq 8 gündür ki, xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilə

22 oktyabr
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər

22 oktyabr
.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə

21 oktyabr
.

Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda evlərin istilik sistemində dəyişikliklər nəzərdə tutulur. 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında qazla işləyən avadanlıqlardan elektrik istilik nasoslarına keçidin təmin edilməsi hədəflənir. Bu plan evində qazla işləyən kombi quraşdıran ailələrdə gələcəkdə istilik sistemin

23 oktyabr
.

Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl

21 oktyabr
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr
.

Xəyyamın beşinci övladı doğulub

Əməkdar artist Xəyyam Nisanovun beşinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Kəşfət" proqramında danışıb. O, beşinci övladının da oğlan olduğunu bildirib. "Bu il bir övladım da dünyaya gəlib. Hər il mənim üçün önəmli və fərqlidir. Mənə ən çox kiçik qızım bənzəyir"

21 oktyabr