"Sosial evlərlə bağlı məsələdə kifayət qədər qaranlıq məqamlar var" - ÖZƏL AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa olunan Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsindəki mənzillərin seçimi başa çatıb. Mənzillərin satışa çıxarılması ilə satılması isə cəmi 4-5 saniyə çəkib. Sosial şəbəkələrdə bununla bağlı şikayətlər var. Ev almaq istəyənlər evlərin 4 saniyədə satılmasından dərd yanırlar. Nə baş verir? Necə ola bilər ki, 500 ev 4-5 saniyə içərisində satılsın?
Mövzu ilə bağlı Sonxeber.az-a deputat Fazil Mustafa münasibət bildirib.
Onun sözlərinə görə, bu məsələ ciddi şəkildə araşdırılmalıdır:
"Sosial evlərlə bağlı məsələdə kifayət qədər qaranlıq məqamlar var. Ölkə prezidenti etimad göstərib vətəndaşın vəziyyətini yüngülləşdirmək üçün addım atır, qurumlar yaradır, sosial evlərin məsələsini aztəminatlı insanların probleminin həll olunması üçün bir vasitə olaraq görür. Amma yaratdığı qurumların başında oturanlar dərhal oradan hansı formada bəhrələnə biləcəkləri barədə düşünürlər. Bunun da artıq nəticələri ortadadır. 500 ev necə 5 saniyədə satıla bilər? Bu hansı məntiqlə, qaydalarla müəyyən olunur? Bu məsələ ciddi şəkildə araşdırılmalıdır.
Biz istəyirik ki, evi olmayan vətəndaşlar, evlənmək istəyən, lakin evə görə ailə qura bilməyən cavanlar müəyyən evlə təmin olunsunlar, onların problemini həll edək. Əgər biz bunu da korrupsiya vasitəsinə çeviririksə, bunun biabırçılıqdan başqa bir adı yoxdur. Mövzuyla bağlı bizə də çoxlu şikayətlər daxil olur. Elə şərtlər qoyulub ki, haqqı çatan adamlar belə, sənədləri düzəldə bilmirlər. Vətəndaşın vəziyyətini yüngülləşdirmək əvəzinə, daha da ağırlaşdırırlar.
Bu evlər tikilib ki, insanlar bəhrələnsin, vətəndaşın narazılığı, dövlətin sosial yükü azalsın. Əgər burada biz hansısa formada dövlət vəsaitinin mənimsənilməsi üçün yeni bir yol açılmasına göz yumacağıqsa, bu, artıq bütün layihələrin puça getməsi, ümidin itirilməsi deməkdir. İpotekada da təqribən buna bənzər bir şey oldu. Sonra heç kim ipoteka ilə ev almaq marağında olmadı. Halbuki bu da yüngülləşdirici variant kimi düşünülmüşdü. Bu səbəbdən sosial evlər məsələsinin də araşdırılmasını təmin etməliyik. Vətəndaşa qarşı qurulan hər hansı bir hiylə, yaxud da qaranlıq tələlərin qarşısını almağa çalışmalıyıq ki, bu sahədə insanların ümidləri puça düşməsin".
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qurduğu sistemlə 40 dəqiqəlik yolu 40 saniyəyə endirdi: "Sən dəlisən?" deyənlər də oldu - FOTO
Hava kəskin dəyişəcək, yağıntı intensivləşəcək
Şəkər xəstələrinə balqabaq yemək olar?
"Bu necə ənənədir?" - Videoya baxanlar iki yerə bölündü
Aliment ödəməyən şəxsləri hansı cəzalar gözləyir? - AÇIQLAMA
"BakuBus" və "Bakı Taksi Xidməti" "Bakı Metropoliteni"nə BİRLƏŞDİRİLDİ
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı
Bu şəxslər Prezidentin fərdi təqaüdünü alacaq - Siyahı
Gənc qızın küçənin ortasında etdiyi rəqs tənqidlərə səbəb oldu - VİDEO
Qızının istismar edildiyini öyrənən ana polis idarəsində dünyasını dəyişdi
Bakıda məşhur klinikada pasiyentin başına oyun açdılar
Qazaxıstanlı idman müəliminin paylaşımı gündəm olub - VİDEO
Nazirlikdən çıxarılan Təranə Əhmədovaya TƏBİB-də vəzifə verildi
Bir aya hazırlanır, 900 manata satılır
"Tər iyi verir, diş fırçalamır, məni təbii SEV DEYİR"