Nərminin yanan meyitini söndürən polis: "Rəisə deyən kimi qırmızı kurtkanı soruşdu"

Nərminin yanan meyitini söndürən polis: "Rəisə deyən kimi qırmızı kurtkanı soruşdu"Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

APA xəbər verir ki, bu gün Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə İlkin Süleymanovun əmisi oğlu, sabiq polis əməkdaşı Murad Süleymanov ifadə verib.

Şahid deyib ki, hadisə baş verən gün Tovuz Rayon Polis Şöbəsinin Post-patrul xidmətinin əməkdaşı kimi xidmətdə olub, həmin vaxt Nərmin Quliyevanın yanan cəsədinin söndürülməsində iştirak edib. Şahid qeyd edib ki, meyitin yanması ilə bağlı məlumat daxil olan kimi rayonun polis rəisinə zəng edib. Rəis isə ondan hadisə yerində qırmızı kurtka olub-olmadığını soruşub:

"Yanan meyiti İlkin, onun qonşusu Nazim Vəliyev və mən su və torpaqla söndürdük. Nazim də hadisənin görüntülərini lentə aldı. Onu da deyim ki, yanğın baş verən vaxt rayon polis şöbəsinin rəisi Şirzad Əsgərova zəng etdim. Rəis isə məndən hadisə yerində qırmızı rəngli uşaq kurtkasının olub-olmadığını soruşdu. Ətrafa baxış keçirən zaman həmin kurtkanı yanmış cəsədin yanında gördüm".

Prokurorun "Hadisəni videolentə almaqda məqsədiniz nə idi" sualına isə şahid "Gələcəkdə istintaqa lazım ola bilərdi", - deyə cavab verib.

Şahid, həmçinin Nərmin itkin olduğu müddətdə axtarış işlərinin yalnız onun nənəsi ilə əmisinin evlərində və əkin sahələrində aparıldığını qeyd edib. Sabiq polisin sözlərinə görə, polis tərəfindən heç bir kənd sakininin evinə baxış keçirilməyib.

Proses aprelin 6-da davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan olunur.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2789   Tarix: 30 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı

Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı yeni təfərrüat açıqlanıb. -a istinadən xəbər verir ki, azyaşlının əmisi Teymur Əliyev "Teleqraf"la əlaqə saxlayaraq bildirib ki, 2 yaşlı A.İsmayılovun anası və atası boşanıb, azyaşlı anası ilə yaşayırmış:. "9 yaşlı bacısı is

29 oktyabr
.

Şamaxıda qadın su çənində boğuldu

Şamaxı rayonunda 50 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, Şamaxı şəhər sakini 1976-cı il təvəllüdlü Piriyeva Pakizə Gülaməddin qızı həyətindəki su çəninə düşüb. O, suda boğularaq vəfat edib. Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılı

11 noyabr
.

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var

Oktyabrın 20-si gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub. -a istinadən xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqda

21 oktyabr
.

Azərbaycanda molla arvadını qətlə yetirdi: Amansızlıqla törədilən qətlin pərdəarxası

Qusar rayonunun Hil kəndində 32 yaşlı keçmiş həyat yoldaşı Diana Təyibovanı xüsusi amansızlıqla qətlə yetirən 1990-cı il təvəllüdlü Asif Təyibovun məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Cinayət Məcəlləsinin 120.2.

4 noyabr
.

Meşədə yanmış meyiti tapılan şəxs məmur imiş - Foto

Üç gün öncə Oğuzda meşədə Aqil Rəsulov adlı şəxsin yanmış meyiti tapılıb. Ölkə.az-a istinadən xəbər verir ki, həmin şəxs Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırmış. Hadisənin təfərrüatı hələlik məlum deyil. "Qafqazinfo"nu

3 noyabr
.

Naxçıvanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb

Naxçıvanda yeni doğulan körpəni öldürən 1974-cü il təvəllüdlü K.S.-nin məhkəmə prosesi başa çatıb. -a istinadla xəbər verir ki, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dəhşətli faktlar üzə çıxıb. Məlum olub ki, qadının öldürdüyü körpəni onun öz qızı dünyaya gətirib. 52 yaşlı təqsirləndirilə

23 sentyabr
.

Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib

Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək

7 oktyabr
.

Novruz bayramı günü bibisi oğlunu öldürənə - 14 il həbs verildi

Bu ilin mart ayında bibisi oğlu 1976-cı il təvəllüdlü Rövşən Abdullayevi bıçaqlayaraq öldürən Rizvan Söhbətova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 120.1 və 228.5-ci maddələri ilə təqsirli bilib. Araşdırmalar zamanı məlum olu

19 oktyabr
.

Qətlə yetirilən "Ceyhun Sabunçu"nun əsl adı Cəlal imiş

Bakıda Xətai rayonu, General Şıxlınski küçəsi, 145 ünvanında yerləşən "Ab Hava" restoranında qətlə yetirilən "Ceyhun Sabunçu" ləqəbli şəxsin kimliyi bilinib. xəbər verir ki, bu, Baş Prokurorluğun bu gün yaydığı məlumatdan aydın olur. Bildirilib ki, qətlə yetirilən şəxs 1983-cü i

27 oktyabr