Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin adları məlum olub – YENİLƏNİB + RƏSMİ/FOTO
Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətin məlumat yayıb.
Bildirilib ki, martın 31-i saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Nehrəm qəsəbəsi, 3 saylı tam orta məktəbdə aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər şəxs hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Vurğulanıb ki, axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar içərisində daha bir nəfərin cəsədi aşkar edilərək çıxarılıb.
Həlak olan şəxslər:
2000-ci il təvəllüdlü Qadir Süleymanov,
1972-ci il təvəllüdlü Həsən Əliyev,
1961-ci il təvəllüdlü İbrahim Məhərrəmov,
1988-ci il təvəllüdlü Asəf Rüstəmov.
Xəsarət alan şəxs:
1996-cı il təvəllüdlü Alı Əliyev.
"Hazırda Babək rayon prokurorluğunda araşdırma davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda vurğulanıb.
16:33
Baş Prokurorluğun Mətbuat Xidməti Naxçıvanda məktəb binasının çökməsi ilə bağlı məlumat yayıb.
Qurumdan bildirilib ki, martın 31-i saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər şəxs hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hazırda Babək rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir və digər zəruri istintaq hərəkətlər icra edilir.
"Araşdırmanın gedişatı barədə əlavə məlumat veriləcək.
Eyni zamanda, bəzi media səhifələrində qeyd edilən məktəbdə bədbəxt hadisə nəticəsində 20-dən çox şəxsin ölməsi və çoxlu sayda yaralıların olması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır.
Həmin məlumatlar tərəfimizdən təkzib olunmaqla media nümayəndələrindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların yayılmaması bir daha xahiş olunur", - məlumatda qeyd edilib.
14:21
Naxçıvanda baş verən hadisə zamanı 3 nəfərin öldüyü bildirilir.
Bu barədə Oxu.Az-a Naxçıvan MR Xəstəxanasının qəbul şöbəsindən məlumat verilib.
Qeyd edilib ki, ilkin məlumata görə, üç nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Təhsil Nazirliyindən isə bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur:
"Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər. Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".
14:11
Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbdə aparılan inşaat əsnasında təhsil ocağına məxsus binanın çökməsilə bağlı məlumat yayılıb. Hadisə nəticəsində bir neçə şəxsin öldüyü bildirilib.
Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə yeni inşa olunan məktəb binasında baş verib:
"Ölən və yararlanan var. Amma onlar məktəb şagirdləri deyil. Çünki məktəb istifadəyə verilməyib".



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi
Anar Bayramov nazir təyin olundu - Sərəncam
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Prezident onları təltif etdi - Siyahı